“Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                 

İcra başçısı daha “Rayonun Allahı” sayılmayacaq! - "Toxunulmazlar kastası"nı nə gözləyir?...
Tarix: 25-12-2019, 09:27 | Çap et
İcra başçısı daha “Rayonun Allahı” sayılmayacaq!
Kino incilərimizdən olan “Qanun naminə” (Mehman) filmində məşhur bir ifadə var – “Sən bilirsən prokuror kimdir? Rayonun Allahı!”...

Artıq uzun illərdir prokurorlar yox, əlindəki rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən, rıçaqlardan istifadə edən bir çox icra başçısı var ki, doğrudan da təyin olunduğu vəzifədə özünü “rayonun Allahına” çevirib. Belələrinin “iş metodlarını” isə təkcə yerli əhali deyil, onlara nəzarət etməli olan qurumlar da yaxşı görürdülər. Lakin son hadisələrə, struktur islahatlarına qədər hansısa icra başçısının birbaşa vəzifə başında həbs və ifşa edilməsinə rast gəlinməmişdi...

Ümumiyyətlə, hakimiyyət ierarxiyasında bir “toxunulmazlar kastası” yaranmışdı və bu “kastada” icra başçıları özünəməxsus yerə malik idilər. Lakin yerlərdəki bəzən hətta əhalinin kütləvi narazılıqlarına, ciddi qarşıdurmalara səbəb olan hadisələrdə əsas qıcıq və qəzab mənbəyi, eləcə də etirazların hədəfləri məhz həmin rayonların icra başçıları olub. Bunu Quba, İsmayıllı və digər rayonlarda baş verən bir neçə aksiyalara aid etmək olar. Doğrudur, belə aksiyaların sayı çox olmayıb və ölkə rəhbərliyi zamanında müdaxilə edərək, problemin mənbəyinə yönələn addımlar atmaqla, vəziyyəti stabilləşdirib. Bir çox vəzifəli şəxslər cəzalandırılsa da, başçıların həbsi praktikası olmayıb. Lakin belə başçıların idarəetmə fəlsəfəsi, daşıdığı mənəvi keyfiyyətlər və s. istər əhali, istərsə də siyasi hakimiyyət üçün problem və təhlükə mənbəyi olaraq qalırdı və təəssüf ki, bəzi rayonlarda hələ indi də qalmaqdadır. Deməli, böyük ehtimalla kasıb əhalinin maaş kartına göz dikən icra başçısı da təkcə Nizaməddin Quliyev deyil...

Son həbslər ölkə rəhbərliyinin artıq bütün əndazələri aşan belə korrupsiya hallarına göz yummayacağından xəbər verir. Lakin bu həbslərin və ölkə başçısı tərəfindən verilən bəyanatların zamanlaması da diqqət cəlb edir. Belə ki, bu hadisələr “köhnə qvardiyanın” yola salınmasından çox qısa müddət sonra, struktur və kadr islahatları olaraq başladılan proseslərlə paralel həyata keçirilir. Bu da təsadüfi sayıla bilməz. Çünki böyük ehtimalla indiyə qədər parlamentə hakimiyyətdəki ayrı-ayrı qruplaşmaların təmsilçiləri olaraq tanınan şəxslər düşdüyü kimi, icra hakimiyyətlərində də belələri var. Lakin onların namizədliyini irəli sürüb, təsdiq olunmasına çalışan və bəzən də buna nail olanların hakimiyyətin üst eşalonlarından uzaqlaşdırılması həmin başçıların “qoruyucu jiletdən” məhrum olması ilə nəticələnib.

İcra başçılarını “rayonun Allahı” edən ən başlıca məqamlardan biri isə bu struktura nəzarət etmək, onlardan hesabat tələb etmək, onları yoxlamaq və gərəkərsə qanunda nəzərdə tutulan formada məsuliyyətə cəlb etmək səlahiyyəti olan qurumların fəaliyyəti, yaxud fəaliyyətsizliyidir. Axı icra hakimiyyətlərini mütəmadi olaraq müxtəlif qurumlar yoxlaya bilir və yoxlayır da.

Azərbaycanda hamı bilir ki, icra hakimiyyətlərinin bir çoxunun keçirdikləri tenderlərin qalibləri icra başçıları ilə hansı qaydada “pay bölgüsü” aparırlar və ümumiyyətlə, bu tenderlər hansı “rəqabət mühitində” keçirilir. İnhisarçılıqla mübarizə aparmalı olan İqtisadiyyat Nazirliyinin bütün bunlardan xəbəri olmayıbmı? Hesablama Palatası da həmçinin - uzağı ortaya bir neçə “dişsiz” rəqəm qoymaqla, öz işini bitmiş hesab edib və məsələ qısa müddət sonra “bağlanıb”.

Bununla yanaşı, hüquq-mühafizə, prokurorluq orqanlarına, məhkəmələrə icra başçılarının və bu strukturda çalışan digər iri məmurların neqativ fəaliyyətilə bağlı materiallar, iddialar daxil olur. Hanı nəticəsi? Cəsarətləri çatıbmı tədbir görməyə? Xeyr, əksinə, çalışırlar ki, başçılarla konfliktə girməsinlər və mehriban, “qarşılıqlı anlaşma” şəraitində işləsinlər.

Nəhayət, bu ölkənin uzun illərdir əhalinin göndərdiyi qalaq-qalaq şikayət məktublarını elə həmin şikayət olunan icra başçılarına yönləndirən Prezident Administrasiyası var. İcra başçıları uzun illərdir əsas etibarilə həmin qurumdan başqa heç kimi tanımaq istəməyiblər. Digər səlahiyyətli qurumlar isə öz işinin öhdəsindən gəlməyə nə cəsarət, nə də həvəs göstəriblər. Əgər həmin oqranlar vaxtında öz işlərinin öhdəsindən gəlsəydilər, bu gün kifayət qədər böyük bir rayona Nizaməddin Quliyev kimi bu cür keyfiyyətlərə malik birisi başçılıq etməzdi, onun ifşası və həbsi isə, məsələn, prokurorluq yox, məhz DTX tərəfindən həyata keçirilməzdi...

Hazırda görünən reallıq budur ki, artıq əsas etibarilə toxunulmaz sayılan kasta tam sıradan çıxarılmaq üzrədir və ölkə rəhbərliyi tərəfindən ortaya yerlərdəki korrupsiyayla bağlı qəti iradə qoyulub. Ancaq hələ də nə baş verdiyini anlamayan, tamahı, nəfsi hər şeyə güc gələnlər var. Ümid edək ki, belələri bundan sonra rusların məşhur “Jadnost frayera qubit” (xəsislik frayeri məhv edir-red.) ifadəsini qulaqlarına sırğa edəcək, ölkə başçısının dediyi kimi, özlərini bədbəxt etməyəcəklər... (azpolitika)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Bu gün, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru