Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                 

"Şikayətimə məhəl qoyan yoxdur" - GİLEY
Tarix: 15-02-2020, 10:21 | Çap et
"Şikayətimə məhəl qoyan yoxdur"
Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü birinci qrup gözdən əlil Füzuli Məmmədov şikayətçidir.

Dediyinə görə, artıq bir neçə ildir, davamlı olaraq, rayon icra hakimiyyətinə, o cümlədən, Prezidentə və Birinci vitse-prezidentə məktub ünvanlayır ki, hazırda qəzalı vəziyyətdə olan evinə əncam çəkilsin. Söyləyir ki, icra hakimiyyəti nümayəndələri evinə dəfələrlə baxış keçirsələr də, mənzil problemini həll etməyiblər:

“İcra hakimiyyətində yalandan vədlər verirlər. İş o həddə çatıb ki, kredit götürüb, ev tikmək qərarına gəldik. Çünki icraya ümid yoxdur. Lakin əlil olduğum üçün pul vermədilər. Dedilər ki, sabah-birigün pulu ödəyə bilməsəniz, məhkəməyə müraciət etsək, işi sizin xeyrinizə həll edəcəklər. İki gözüm də görmür, bu vəziyyətdə niyə kredit götürməliyəm? Niyə hökumətim mənə sahib çıxmır? Dəfələrlə rayon icra hakimiyyətinə müraciət etmişəm. Amma şikayətimə məhəl qoyan yoxdur”.

DİA.AZ bildirir ki, yaşadıqları ikiotaqlı kürsülü evin aşağı hissəsi tamamilə yararsız vəziyyətdədir. Şikayətçi deyir ki, oranı artıq otaq yox, zirzəmi kimi istifadə edirlər:

“Ev atam tərəfindən, təxminən 1955-ci ildə çiy kərpicdən tikilib, artıq yaşayış üçün yararsız hala gəlib. Adamın ev deməyə dili gəlmir, tövlə buradan yaxşıdır. Hər iki otağın divarları, döşəməsi və tavanı bərbad vəziyyətdədir. Həyat yoldaşımla oğlum yağış yağanda, evin içərisində vedrə dəyişməkdən bezirlər. Yeriyəndə döşəmə yırğalanır. Divara yaxın getmirik ki, bu dəqiqə üzərimizə uçacaq.

İcrada isə deyirlər ki, prezident vətəndaşların evlərinin tikilməsinə görə pul ayırmır. Mən Prezidentə məktub yazıram, onlara yönləndirilir ki, maraqlanıb vətəndaşa kömək edin. Əgər onlar deyən kimidirsə, qoy, məktubuma rədd cavabı yuxarıdan gəlsin. Bəs yaxşı, niyə evimə baxış keçirməyə gəlirlər? Deməli, mənim problemimi yuxarıya bildirməkdən ötəri gəlirlər. Əgər elə bir məqam yoxdursa, niyə evimə baxırlar, elə birbaşa cavabı Prezidentə yazsınlar də.

Beş-altı dəfə şikayət etmişəm, amma maraqlanan yoxdur. Vətəndaşı saymırlar, problemlərini görmürlər. Həyat yoldaşım deyir ki, otaqlara girməyə qorxuram. Cavan oğlum həmin otaqda yatır. Bir gün divar uçub ödladımın üstünə düşsə, kim cavabdeh olacaq?”

Füzuli Məmmədov evinin qəzalı vəziyyətdə olması ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə ilk dəfə 2018-ci il iyulun 5-də müraciət edib. Dediyinə görə, icra nümayəndələri tərəfindən evə baxış keçirilib, yararsız olması ilə bağlı akt tərtib edilib:

“Növbəti dəfə 2019-ci il iyulun 18-də təkrar icraya getdim. Yenə baxdılar, dedilər ki, ev çox acınacaqlı vəziyyətdədir. Təmir üçün çox pul lazımdır, buna da bizim gücümüz çatmır. Mənimlə eyni vaxtda bir qadın da evinin təmir-bərpası ilə bağlı icra hakimiyyətinə müraciət etmişdi. Onun sözlərindən belə başa düşdüm ki, icra hakimiyyəti tərəfindən həmin qadının evi iki-üç il öncə təmir edilib. Qadın təkrar yenə gəlmişdi ki, evimi yenidən təmir edin. Ona dedilər ki, sənin evini yaxın vaxtlarda təmir etmişik. Qadın narazılıq etdi, başladı ağlamağa. Bundan sonra icradakılar ona dedilər ki, yaxşı, ağlama, get, gəlib evinə bir əncam çəkəcəyik. Mən başa düşmürəm, ağlamayana əppək yoxdur? Gərək mən də ağlayam ki, gəlib, mənim də evimə bir əncam çəksinlər? Məni əliboş geri qaytardılar, şikayətimi həll etmək istəmədilər. Qulaqlarımla eşitdim, həmin qadınla belə bir söhbət oldu. Amma indi oradakılar bu hadisəni boyunlarına alıb-almayacaqlarını deyə bilmərəm”.

Şikayətçi söyləyir ki, rayon icra hakimiyyətinin nümayəndələri dəfələrlə evin yararsız olmasını etiraf ediblər. Lakin köməklik göstərmək məsələsində kənara çəkilirlər:

“Üç nəfər idilər, qapının ağzındaca dayanıb, otaqlara baxdılar, içəri girməyə qorxdular. İcra Hakimiyyətinin memarı Kamil Qasımov evin içinə girmədi ki, uçacaq. Dedilər ki, sizi əlillər üçün nəzərdə tutulan ev növbəsinə götürürük, razılaşmadım. Camaat illərdir ev növbəsi gözləyir, gec olar. Hazırda mən və ailəm təhlükə qarşısındayıq. Bir neçə dəfə evə baxış keçirsələr də, yaxın durub, bir köməklik göstərmədilər. Hazırda evdə, iki nəfər də rəhmətlik qardaşımın övladları olmaqla altı nəfər yaşayırıq. Hamam-tualet, hətta küçə qapısı belə yoxdur. Qonşuluqda yaşayan qardaşımın hamam-tualetindən istifadə edirik. İnanın ki, adam xəcalət çəkir. Bugün-sabah onun övladları ailə quracaq. Belə olmaz axı, nəsə bir əncam çəkmək lazmdır. Gözlərim görməməklə yanaşı, həm yüksək təzyiqim var, həm də şəkər xəstəliyindən əziyyət çəkirəm. İldə iki dəfə müalicə götürməliyəm, amma heç biri olunmur. Maddi imkanım yoxdur. Əlacsızlıqdan heç nə edə bilmirəm. Əlilliyə görə 350 manat təqaüd alıram. Bununla bağlı heç yerə müraciət etmirəm. Çünki etdiyim müraciətlərin hamısı cavabsız qalır. Oğlum Nurlan işsiz idi, dəfələrlə rayonun Məşğulluq Mərkəzinə getmişdi, iş vermirdilər. İşsizliklə bağlı müraciət edəndən sonra ona Məşğulluq İdarəsi tərəfindən Göyçay Abadlaşdırma və Təmir İdarəsində iş verildi, hazırda 241 manat əməkhaqqı alır.

Evə gəlincə, komissiya təşkil olunsun, gəlib baxsınlar, ona müvafiq də qərar verib evi yaşanacaq hala gətirsinlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru