Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                 

Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı fərmanı niyə icra olunmur? - ETİRAZ
Tarix: 4-10-2021, 10:38 | Çap et
Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı fərmanı niyə icra olunmur?
Bu günlərdə Milli Məclis şəhid ailələrinə növbəti “diqqət və qayğı “ göstərərək, hər bir şəhid ailəsi üzvünə Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ fərmanının 1-ci hissəsi ilə müəyyən edilən aylıq 12 manatlıq müavinətin verilməsindən imtina edilməsini qərara alıb. Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (və eləcə də ƏƏSMN başbilənləri ) şəhid ailələrinə bu “diqqət və qayğını” onlara ayrılan Prezident təqaüdünün bir il öncə 300 manatdan 500 manata qaldırılması ilə izah edib. Belə çıxır, “sosial” hökumət “bığdan kəsib saqqala yapışdırır”? Onu da vurğulayaq ki, prezidentin 31.12.2020-ci il tarixli 1223 saylı fərmanı ilə sözügedən 26.12.2001 tarixli 613 saylı fərmanının 1-ci hissəsinin beşinci abzasından “şəhid ailələrinin hər birinə” sözləri çıxarılıb. Amma bu ilin ilk günlərində prezidentin 05.01.2021 tarixli 1244 saylı fərmanı ilə 20 il qabaqkı fərmanın 1-ci hissəsinin 3-cü abzasında dəyişiklik edilərək “həlak olmuş döyüşçülərin dul arvadlarına –“90 min manat” ifadəsi 18 manat (aylıq müavinət) ilə əvəz olunub. Bu o deməkdir, şəhid ailələrinin hər birinə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq 12 manatlıq müavinət ləğv olunub, təkcə şəhidin dul qalmış həyat yoldaşına 18 manatlıq müavinət saxlanılıb. Əlbəttə, şəhid “həlak olmuş döyüşçü” sayılırsa.

Bu ilin ilk günlərində 05 yanvar 2021 tarixli 1244 saylı fərmanla 20 il qabaqkı 26 dekabr 2001 tarixli 613 saylı fərmanın 1-ci hissəsinin birinci abzasında dəyişiklik edilərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanlara, 20 Yanvar əlillərinə, Böyük Vətən (bu ifadənin özü düzgün seçilməyib -M. B ) müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, Çernobil qəzası nəticəsində əlil olmuş hərbi qulluqçulara -26 manat aylıq müavinət ayrılması doğrulanıb. Başqa sözlə, indiyədək nəzərdə tutulan 130 min manat denominasiya edilərək 26 manat göstərilib. Gerçəkdə sözügedən fərman denominasiyadan sonrakı 15 il ərzində Qarabağ müharibəsi əlillərinə , şəhid ailələrinə tətbiq edilsəydi , ilə ortalıq 1,5 milyon manat hesabı ilə hərəyə 20 milyon manatdan artıq pul ödənilməli idi. (Nə bilmək olar, bəlkə də elə sosial hökumət qazi və şəhid ailələrinin adına milyardları belə silib yeyib? !) Nə yazıq, heç indi də cüzi müavinət ödənilmir. Absurd teatrına baxın, prezident fərmanı ilə aylıq 26 manat müharibə əlillərinə müavinət ayırır, baş nazir müavinətin verilməsi qaydasına qərar verir, maliyyə naziri pulu köçürür (mü?), amma qazi ailələrinə çatmır. ƏƏSMN tabeliyindəki DSMF-in məsul şəxsləri illərdir “Sosial müavinətlər haqqında” qanunun 7.0.6 maddəsinin Qarabağ əlillərinə bu 26 manatlıq müavinətin verilməsinə yol vermədiyini bildirir. Bu boyda ƏƏSMN, DSMF anlamır ki, Qarabağ əlillərinə ayrılan 26 manatlıq aylıq müavinət sosial müavinət deyil! Bu , kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətdir və HƏM ƏMƏK PENSİYASIÇISI QARABAĞ ƏLİLİNƏ, HƏM də SOSİAL PENSİYAÇI, yəni SOSİAL MÜAVİNƏT ALAN QARABAĞ ƏLİLİNƏ VERİLMƏLİDİR. Yeri gəlmişkən, fərmanda SOSİAL PENSİYAÇILARA 7 MANATLIQ aylıq MÜAVİNƏTİN ayrılmasının qərara alınması , bir daha, “Sosial müavinətlər haqqında” qanunun 7.0.6 maddəsinin fərmana əsassız tətbiq edilməsini ortaya qoyur. Sözügedən 26 manatlıq müavinət Qarabağ əlilləri üçün nəzərdə tutulmayıbsa, niyə prezidentin 05.01.2021 tarixli 1244 saylı fərmanı ilə üstündən xətt çəkilməyib? Necə olur, “Böyük Vətən” müharibəsi əlillərinə, iştirakçılarına 26 və 25 manatlıq kommunal və digər xidmətlər haqqı verilir, Qarabağ Vətən müharibəsi əlillərinə, iştirakçılarına isə yox? Sosial məmurlar, deputatlar bunu Qarabağ əlillərinə, şəhid ailələrinə ayrılan təqaüdün 60 faiz həddində artırılması ilə, Qarabağ veteranlarına 2 ildir 80 manatlıq Prezident təqaüdü ayrılması ilə izah edir. Axı , “Böyük Vətən” müharibəsi əlilləri və iştirakçılarına da (Qarabağ veteranlarından 5 dəfə çox!) 400-500 manatlıq təqaüd ayrılıb! Niyə Qarabağ Vətən şəhid ailələrinin müavinəti Prezident təqaüdü adına kəsilir, amma “Böyük”lərə toxunulmur? Hələ onu da vurğulayaq ki, “Əmək pensiyaları haqqında” qanunun

19 -cu maddəsi də Qarabağ qazilərinə, gözdən əlillərə “qayğı” amacı ilə ləğv edilsə də, “Böyük Vətən” müharibəsi əlilləri və iştirakçıları bu “qayğı”dan qıraqda saxlanılaraq 19-cu maddə ilə pensiyalarına əlavə olunan 154, 120 və 99 manatlıq vəsaiti almaqda davam edirlər. Biz kəsinliklə “Böyük Vətən” müharibəsi veteranlarına verilən vəsaitin verilməsindən imtina edilməsini istəmirik, amma Qarabağ Vətən müharibəsi iştirakçılarına qarşı ögeyliyi də qəbul etmirik . Bu boyda sosial diskriminasiya olmaz axı!

Şəhid və qazi ailələrinə Prezident təqaüdünü onların digər müavinətlərinin kəsilməsi hesabına artırmaq sosial yönümlü hökumətə başucalığı gətirməz. Milli Məclis Qarabağ savaşı qazilərinin , şəhid ailələrinin kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştləri əvəzinə verilən (daha doğrusu, verilməyən, yeyilən) cüzi 26 manatlıq müavinətin normal həddə çatdırılmasını fikirləşsə, daha sosial məntiqli olar . “Əlinin papağını Vəlinin başına qoymaqla” , “ bığdan kəsib saqqala və ya əksinə yapışdırmaqla” qazi və şəhid ailələrinin sosial problemləri çözülməz.

Məğrur Bədəlsoy










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru