Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                 

Təhsil sistemimizin ABSURDLARI... - Gənc nazirimiz bilsə yaxşıdır...
Tarix: 10-12-2021, 09:43 | Çap et
Təhsil sistemimizin ABSURDLARI...
Deputat Etibar Əliyev: «Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar»

Təhsil nazirliyinin müşaviri Elnur Nəsibov: «Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı»


Pandemiyanın çox ciddi zərbə vurduğu təhsil sistemi görülən bütün tədbirlərə, aparılan bütün islahatlara rəğmən hələ də cəmiyyətin ən ağrılı yeri olaraq qalmaqdadır. Az qala təcrübə laboratoriyasına dönən təhsilimizdə bir çox ölkələrin praktikası tətbiq edilsə də istənilən nəticə əldə olunmur. Bir çox hallarda naşı idarəçilik, sistemə yad olan kadrların prosesləri idarə etməsi pedaqoji mühiti acınacaqlı duruma salıb. Axşama qədər mənasız kağız yığınlarının içərisində eşələnməyə məcbur olan müəllimlər proseslərin arxasınca sürünməyə məhkumdur. Hansısa nazirliyin dəftərxanasını xatırladan məktəblərdə müəllimlər təzyiq, xof altında müxtəlif sənədlər yazmalı, summativlər çıxarmalı, jurnallar doldurmalı və imkan olarsa dərs də keçməlidirlər.
Fakt odur ki, bu gün təhsil sisteminə müxtəlif yollarla doluşan naşı kadrlar inzibati yollarla tədrisin anasını ağladırlar. Tamamilə sistemə yad olan və öz ixtisasına aid olan sahələrdə özünü doğrultmayan kadrlar bu gün Azərbaycan təhsilini “dirçəltməklə” məşğuldurlar. Deputat Etibar Əliyevin bu günlərdə yayımlanan müsahibəsində çox ciddi mətləblərə toxunulub. O haqlı olaraq qeyd edir ki, “Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar. Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur“.
Deputatın müsahibəsində sadəcə bir məqama diqqət yetirsək təhsil sistemində hansı oyunların baş tutduğuna şahid olarıq. “Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir?
Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özünü təyin elətdirib.”
Göründüyü kimi təhsil sistemində hələ də monopoliya, tayfabazlıq, klan prinsipləri hökm sürür. Nədəndirsə qosqoca təhsil nazirliyi “Məhəbbətin qüdrəti”nin qarşısında hələ də acizdir və paytaxt məktəbləri “portfelsiz nazirin” kurasiyasında qalmaqdadır. Bu arada deputatın bu statusundan Təhsil nazirliyində narahat olanlar olub. Belə ki, müşavir Elnur Nəsibov öz şəxsi facebook səhifəsində ünvanını göstərməyə cəsarət etməsə də (kstati nazirliyin öz XƏCALƏTİ, əstəğfirullah CƏSARƏTİ özünə bəsdir) belə bir status paylaşıb.«Bağda ərik var idi, salam əleyk var idi. Bağda ərik qurtardı, salam əleyk qurtardı». Nə isə, məşhur kinoda deyildiyi kimi, «matroslar dalaşanda aralarına girməzlər».
Qayıdaq millət vəkilinin müsahibəsində qeyd etdiyi “onda bu imtahan oyunları nədir?” fikrinə. Ondan başlayaq ki, təhsil nazirliyinin təhsilin inkişafına xeyri olan istənilən təşəbbüsünü alqışlamışıq, saytımızda dəstək vermişik. Hələ illər öncə şagird qəbulunun və yerdəyişməsinin vahid elektron sistemlə həyata keçirilməsi üçün təşəbbüs irəli sürmüş, bu barədə silsilə yazılar yazmışdıq. Doğrudur sonradan bizim təklifimiz M.Vəliyeva tərəfindən özününküləşdirilərək təqdim olundu. Amma hər halda təşəbbüsümüzün həyata keçirilməsi naminə çox da dərinə getmədik. Bu gün də deputatın “imtahan oyunu” adlandırdığı məsələyə bir qədər geniş yanaşmaq istəyirik. Müəllimlərin işə qəbulu və yerdəyişməsi imtahan balları əsasında baş tutur. Bu zaman heç bir əsası olmayan absurd bir proses-sırf müəllimlərin incidilməsinə hesablanan bürokratik əngəl formalaşdırılır. MİQ nəticəsi ilə paytaxt məktəblərində yerdəyişmə etmək istəyən müəllimlər yenidən imtahana cəlb olunur. Əgər müəllim Bakı məktəbləri üçün məqbul balı toplayıbsa onun yerdəyişmə üçün yenidən imtahana cəlb olunmasına hansı ehtiyac var. Şəxs artıq imtahan verib və lazım olan balı toplayıb. Sadəcə Bakı daxilində məktəbi dəyişir. Onun yenidən imtahana cəlb olunması hansı məntiqə sığır?
Eyni proses rayondaxili və yaxud rayonlararası yerdəyişmələrə də aiddir. İşə qəbul üçün lazım olan balı toplayan müəllim yenidən prosesə sıfırdan başlamalı olur. Təbii ki, bütün bunlar əlavə vaxt itkisi və bürokratik əngəllər yaradır. Təklif edirik ki, MİQ ilə Bakı məktəbləri üçün lazım olan balı toplayan şəxs paytaxt daxilində yerdəyişmə etmək istəyərkən yenidən imtahana cəlb olunmasın. Əgər müəllim rayondan paytaxta gəlmək istəyirsə yenidən imtahana cəlb olunması lazımdır. Amma Bakı üçün lazım olan balı toplayan müəllimin yenidən imtahan olunmasına nə hacət. Adamın yadına məhşur lətifəəki söz düşür- Şəkidən Bakıya da 5 manat, Bakıdan Bakıya da 5 manat?
İnanırıq ki, nazirliyin rəsmiləri təklifimizi ciddi dəyərləndirəcək və bu bürokratik əngəlin aradan qaldırılmasına yardımçı olacaqlar.

Nicat Mahmudov
Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru