Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                 

DAHA BİR TENDER MADARI: “Stone Construction”... - Adları hər işdə keçir...
Tarix: 17-12-2021, 09:23 | Çap et
DAHA BİR TENDER MADARI: “Stone Construction”...
Nə qədər deyilsə, yazılsa, tənqid olunsa da Azərbaycanda dövlət qurumlarının tender və dövlət satınalmaları “siyasəti” dəyişmir. Sanki dövlət büdcəsi və ümumilikdə ölkə iqtisadiyyatı, biznes mühiti üçün həyati əhəmiyyət kəsb edən bu sahə lənətlənib. Hətta ölkə başçısı səviyyəsində belə dəfələrlə tender və satınalmalarda yol verilən nöqsanlar, çatışmazlıqlar tənqid olunsa da, bunun heç bir nəticəsi yoxdur.

Yenə nazirlik və digər dövlət qurumları özlərinə yaxın, yaxud da uzun illər boyu “tender əjdahaları”na çevrilmiş, bu sahədə inhisarçılığa yiyələnmiş şirkətlərlə “işləyirlər”. Nəticədə dövlətin milyonları, on milyonları, hətta yüz milyonları müxtəlif əyri-üyrü yollardan keçib, kimlərinsə ciblərinə axır...

Son illər “tender meydanlarında at oynadan” şirkətlərdən biri də “Stone Construction” QSC-dir. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Hacızadə Elman Xalid oğludur.

QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pros., ev 29-da yerləşir. Ancaq real biznes aləmində nə adıçəkilən şəxsi tanıyan var, nə də sözügedən ünvanda hansısa böyük bir şirkət yerləşir. Bu isə “tender əjdahaları” üçün xarakterik haldır – bir mənzilə bir neçə şirkət qeydiyyata salınır, axtaranda isə adətən heç birini tapmaq olmur...

Həmin ünvana baş çəkdik. Qara Qarayev metrosunun üstündə yerləşən bu 9 mərtəbəli binanın birinci mərtəbəsində “Kapital Bank”-ın filialı, eləcə də müxtəlif adi geyim və telefon mağazaları yerləşir. Üst mərtəbələr isə yaşayış mənzilləridir. Burada “Stone Construction”-a aid hər hansı lövhəyə, elana, reklama və s. rast gəlinmir. Hansı ki, şirkətin ildə “fırlatdığı” 10 milyonlarla manat, bəlkə də daha böyük dövriyyəni nəzərə alsaq, burada “Stone Construction”-un bəlkə də elə bütöv 9 mərtəbəli bina boyda ofisi olmalı idi. Niyə? Çünki sözügedən şirkətin kağız üzərində görmədiyi iş, göstərmədiyi xidmət, satmadığı məhsul yoxdur...

Rəsmi sənədlərdən belə aydın olur ki, şirkətin əsas müştəriləri icra hakimiyyəti orqanları və nazirliklərdir. Onların da sırasında Mədəniyyət Nazirliyi və Təhsil Nsazirliyi ən öndə gedir.

Məsələn, cari ilin oktyabrında keçirilən tenderin nəticəsinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinə görə “Stone Construction” QSC-yə 4 milyon 517 min 630 manat ödəyəcək. İlk baxışdan burada rəqəmin böyüklüyündən və açıq-aşkar şişirtməyə yol verildiyinə dair şübhə yaratmasından başqa qeyri-adi heç nə yoxdur.

Doğrudan da müqavilədən aydın olur ki, "Stone Construction” QSC Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə 161 896 manat dəyərində 19 600 ton su satacaq. Mətbuatda dərc edilən hesablamalardan aydın olunur ki, qurum 1 kub metr içməli su üçün 8.26 AZN (1 ton su = 1,0183 kub metr) ödəməlidir. Hazırda Azərbaycanda əhali üçün 1 kub metr suyun qiyməti 70 qəpik, qeyri-əhali üçün isə 1 manatdır. Beləliklə, "Stone Construction” QSC 1 manatlıq suyu 8 manata satır. Hətta bu qablaşdırılmış su olsa belə, yenə də qiymət dəfələrlə bahadır.

Ancaq məsələ bununla da bitmir. Məsələ ondadır ki, sözügedən şirkət o dərəcədə “universal imkanlara” malikdir ki, eyni zamanda həm çirkab suları daşıya, həm də xor kollektivləri üçn üst geyimi, rəqs paltarları təşkil edə bilir.

Bəli. Dövlət satınalmalarına dair rəsmi portala istinadla “Stone Construction”-un son dövrlərdə “qazandığı” tenderlərdən bir neçəsini misal gətiririk: “Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satınalınması”, “Xor və rəqs dərnəkləri üçün paltarların və xalçaların satınalınması”, “Çirkab suyun daşınması işlərinin satınalınması”, “Dəftərxana və təsərrüfat mallarının satınalınması(təkcə Mədəniyyət Nazirliyinə bir dəfəyə 891 min manatlıq), “Əsaslı təmir işləri, bərk inventarlar, digər maşın və avadanlıqların satınalınması(təkcə Axundov Kitabxanasına 1 milyon manata yaxın)”, “İdman geyim və ləvazimatlarının satınalınması”, “Kartric və tonerlərin satınalınması”, “Rəqs geyimlərinin və pərdə materialının satınalınması”, “Odun yanacağının satınalınması”, "14 ədəd Kamaz" təkəri, 80 ədəd "Ford" təkəri, 14 ədəd "Volvo" təkəri, 17 ədəd akumulyatorun satınalınması” və s.

Uzandıqca uzanan siyahıdan belə çıxır ki, az qala yuxarıda adı sadalanan dövlət qurumlarının elə bir tenderi yoxdur ki, orada “Stone Consrtaction”-un “barmağı” və payı olmasın. Özü də odun yanacağından rəqs geyiminə qədər hər şey satır, cari təmirdən dövlət müəssisələrinə subsidiyaların verilməsinə qədər tamamilə fərqli profillər və istiqamətlər üzrə bütün xidmətləri göstərir. Axı, bu, ən azından fiziki cəhətdən mümkün deyil. Bəlkə də dünyada bütün bu işləri eyni zamanda görə biləcək şirkət yoxdur, çünki bunlar hamısı tamamilə fərqli sahələrə aiddir. Ancaq nə möcüzədirsə Azərbaycanda bütün bu fərqli işləri görə bilən şirkətlər var və onların sırası yalnız “Stone Consrtaction”-la məhdudlaşmır.

Deməli, belə nəticəyə gəlmək olar ki, bu cür şirkətlər sadəcə, vasitəçi rolu oynayırlar və tenderlərin də çoxu kağız üzərində reallaşır. Ya da görülən işlərdən vasitəçiliyə görə faiz götürürlər. Bu variantların hansından istifadə olunmasına baxmayaraq, ortada dövlət vəsaitlərinin bu və ya digər yollarla mənimsənilməsinə, saxtakarlığa yol verilməsinə dair ciddi şübhələr yaarnır.

Ancaq nə işdirsə, nə hüquq-mühafizə və prokuroprluq orqanları, nə də bu sahəyə nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, böyük ehtimalla, arxasında iri məmurların dayandığı belə şirkətləri ifşa etməsinə, nöqsan və saxtakarlıqları üzə çıxarmasına dair rəsmi məlumatlara rast gəlinmir...
//azpolitika.info//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru