Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                 

Goranboyda dövlətin pulu yoxdur: İcra hakimiyyəti sahibkarlara AĞIZ AÇIB - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!
Tarix: 5-01-2022, 09:18 | Çap et
Goranboyda dövlətin pulu yoxdur: İcra hakimiyyəti sahibkarlara AĞIZ AÇIB
44 günlük müharibənin iştirakçılarından olan 21 yaşlı Vüsal Quliyev gözü önündə həlak olan döyüş yoldaşını ərazidən çıxaranda özü də yaralanıb. Həm bel, həm də ayaq nahiyəsindən ona güllə və qəlpə dəyib. Aylarla müxtəlif hospitallarda müalicə olunmasına baxmayaraq, deyir ki, hələ də sağlamlığı tam bərpa olunmayıb. Üstəlik, ailənin sosial vəziyyəti, yaşayışı da acınacaqlıdır. DİA.AZ meydan.tv-yə istinadən bildirir ki, Vüsal Quliyev Goranboy rayonunda yaşayır. O, Füzuli, Xocavənd istiqamətlərindəki döyüşlərdə iştirak edib. 2020-ci ilin oktyabrında Hadrutda yaralanıb:

“Şəhid olan yoldaşımı oradan götürüb aparmaq istəyəndə yaralandım. Məni Əhmədbəylidəki hospitala gətirdilər, 15 gün orada yatdım. Sonra təxminən üç ay da “Papanin”də (Mərkəzi Hərbi Klinik Hospitalı nəzərdə tutur) qalmışam. Yaddaşım pozulub, heç oradan nə vaxt çıxdığım dəqiq yadımda deyil. Düzdür, əməliyyatla bədənimdəki qəlpə, güllə çıxarılıb. Amma bədənim günü bu gün də ağrıyır. Xüsusən soyuq havada zülm çəkirəm. Bir az işləyən kimi də ağrıdan ölürəm, ayağım tərpənmir…”

Müharibə iştirakçısının böyük ailəsi var. Ana və 8 övladı illərdir ki, birotaqlı, qamışla örtülü daxmaya sığınıb. Evin böyük qız övladı 4 ay öncə Goranboyda – Dəliməmmədli şəhərində avtoqəza nəticəsində həyatını itirib. Bundan sonra ailə daha bir faciə ilə üzləşib – birotaqlı daxmada təxminən iki ay öncə yanğın baş verib. Orada olan yorğan-döşəkdən tutmuş, stol-stula qədər bir çox əşya yanıb.

Ailəyə dost-tanış, müəyyən qədər də icra strukturları yardım edib, bəzi əşyalar göndəriblər.

“İcra hakimiyyəti də müvəqqəti yaşamağa, istifadə etməyə əşyalar göndərib. Necə yerdə yaşadığımızı görürsüz. Buz kimidi, iki ədyalla yatırıq, yenə də canımız qızmır…”, – Vüsal Quliyev xüsusən kiçik bacı-qardaşlarının durumuna acıdığını deyir.

Uşaqlar məktəbə getmir, heç birinin sənədi yoxdur

Vüsal Quliyev hazırda evin böyük övladıdır. Evin ən kiçik uşağı 8 aylıqdır. Bir neçəsi məktəbə gedəsi yaşdadılar. Amma hamısı da təhsildən kənarda qalıb. Onların nəinki dəftər-kitabı, heç şəxsiyyətlərini təsdiq edən sənədləri də yoxdur. Bu mənada, Vüsal Quliyevin özünün durumu da ailənin digər övladlarından fərqlənmir. O, hərbi xidmətə gedib-qayıtsa da, indiyədək şəxsiyyət vəsiqəsi yoxdur.

Vüsal Quliyev deyir ki, anası, bacı-qardaşı acından ölməsin deyə, nasaz canıyla fəhləlik eləməyə məcburdur:

“Onun-bunun qapısında fəhləlik eləyirəm. Bəzən ağır yük olanda canım çıxır, güllənin, qəlpənin yeri ağrıdır. Amma məcburam. Çünki bu qədər ailə mənim əlimə baxır. Heç olmasa, yavan çörəklərini də olsa, qazanıram ki, acından ölməsinlər”.

Ana: “Ürəyim parçalanır, oğlum müalicə oluna bilmir, bu vəziyyətdə işləməyə məcburdur”

Vüsalın anası, 41 yaşlı Tünzalə Abbasova deyir ki, oğlunun fəhləliklə qazandığı gündəlik 10-15 manatdan başqa evə pul gəlmir. Qarabağ qazisi olsa da, Vüsal buna görə müavinət almır:

“Dedilər ki, müavinət verilməsi üçün sənədlər olmalıdır. Vüsalın şəxsiyyət vəsiqəsi də yoxdur, deyirlər ki, Goranboy polisi şəxsiyyət vəsiqəsini düzəltməyə çalışır. Bir neçə dəfə icra başçısı ilə görüşmək istəmişik, alınmayıb. Gah dedilər ki, başçı xəstədi, gah dedilər ki, sabah gələrsən. Düzdür, axır vaxtlar köhnə əşyalar, tikinti materiallarıyla da olsa, müəyyən qədər kömək ediblər. Amma hamısını icra eləməyib. Sağ olsun bu ölkənin qeyrətli övladları, onlar da müəyyən qədər kömək eləyib. Vəziyyətimiz çox ağırdır, sözlə deyiləsi deyil. Bu daxmada qaz yoxdur, işıq da kartladı, qızdıra bilmirik. 8 aylıq südəmər uşağa verməyə bəzən yemək tapmıram. Ürəyim parçalanır, Vüsal o vəziyyətdə, müalicə oluna bilmir, üstəlik, bu halda, gedib fəhləlik eləyir…”

Ailənin arzusu Vüsalın nənəsindən qalan torpaq sahəsində babat bir ev tikib, orada yaşamaqdır. Hazırda dost-tanışın köməyilə evin bünövrəsi qoyulur.

İcra başçısının müavini: “Həqiqətən ağır vəziyyətdə yaşayırlar”

Goranboy Rayon İcra Hakimiyyətindən də Vüsal Quliyev və ailəsinin acınacaqlı vəziyyətdə olduğunu təsdiqləyiblər. İcra başçısının müavini Rafət Qurbanov bildirib ki, müharibə iştirakçısı ailənin ağır durumuyla əlaqədar təxminən bir həftə öncə icra hakimiyyətinə müraciət edib. Bu barədə məlumat alandan dərhal sonra müəyyən addımlar atıblar:

“Biz də onun haqqında yenicə məlumat almışıq. Həqiqətən ağır vəziyyətdə yaşayırlar. Nəinki özünün, ailədə heç kimin sənədləri yoxdur. Vüsal Quliyevin hərbi biletinin əsasında sənədlərini toplamışıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərə növbəlilik prinsipiylə ev tikilir. Dediyim kimi, Vüsal Quliyevin sənədləri olmadığına görə onu növbəyə yaza bilməmişik”.

İcra başçısının müavini əlavə edib ki, yeni ev hazır olana qədər ailəyə rayondakı əvvəlki xəstəxana binasında müvəqqəti yerləşmək təklif olunub. Lakin ailə imtina edib. Buna baxmayaraq, həmin xəstəxanada salamat vəziyyətdə olan məişət avadanlıqları (stol, stul, çarpayı, mətbəx əşyaları) ailəyə göndərilib. Eyni zamanda, ailəyə pul və ərzaq yardımı olunduğunu deyən Rafət Qurbanovun sözlərinə görə, sahibkarlara da müraciət olunub ki, imkanı çatan şəxslər müharibə iştirakçısı üçün ev tikintisinə yardım etsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru