Niyə hələ də SƏFƏRBƏR OLA BİLMİRİK? - İTTİHAM VAR!
Tarix: 18-03-2022, 09:36 | Çap et
![Niyə hələ də SƏFƏRBƏR OLA BİLMİRİK? Niyə hələ də SƏFƏRBƏR OLA BİLMİRİK?](/uploads/posts/2022-03/thumbs/1647581816_0001.jpg) 3 gün öncə yayılan rəsmi məlumatdan bəlli oldu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı ciddi nöqsanlara görə cəzalandırılıb. Daha dəqiq desək, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bu barədə konkret səbəblər göstərilib. Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquq pozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb. Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb. Hesabata fikir verdinizmi ? Çox yumşaq formada, sanki nə şiş yansın, nə kabab qaydasında hazırlanıb hesabat. Hesabatda qeyd olunur ki....təsdiqini tapan faktlar əsasında... Əgər faktlar təsdiqini tapıbsa, nə üçün intizam qaydasında cəza olmalıdır..? Həm də 46 nəfərdən söhbət gedir, bu artıq şəbəkədir. Görəsən, bu faktlara niyə Hərbi Prokurorluq göz yumur ? Bəli, heç kimə sirr deyil ki, köhnə adı “Azvoyenkom”, indiki adı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olan qurum neçə illərdir ki, rüşvət və korrupsiya yuvasıdır. Bunu inkar etmək mümkün deyil. Qarabağ müharibəsinin olması isə bu qurumun əlini-qolunu daha da açdı. Yəni imkanı olan şəxslər öz övladlarını ordudan yayındırmaq üçün Xidmətin rayon şöbələri ilə “bazarlıq” edərək minlərlə gənci “neqodnu”, yəni orduya yararsız edərək rəsmi sənəd veriblər. Minlərlə “neqodnu” gənc, milyonlarla pul deməkdir. Bu böyük cinayət əməlidir və müharibə dövründə baş verib. Deməli, həmin vəzifəli şəxslər müharibə qanunlarına uyğun olaraq cəza almalıdırlar. Biz hələ Xidmətin rayon şöbələrinin ( bəzi rəsmi sənədlərdə idarə yazılır ) inzibati binalarının tikilməsi, təmiri üçün dövlətin ayırdığı milyonları demirik. Təsəvvür edirsiniz, qurumun rəisi, general-polkovnik Arzu Rəhimovun 4 müavini var. Başda Arzu Rəhimov olmaqla bu 4 müavinlə birlikdə Arzu Rəhimov nə qədər mübarizə aparsalar da rayon komissarları bildiklərini edirlər. Görün bunlar nə qədər özlərini arxayın aparırlar ki, heç bir həbsdən və həbsxanadan qorxmurlar. Cənab Prezidentin tapşırıqlarını eşitmirlər. İstər Zəngilan rayon hərbi komissarlığında, istər Xətaidə, istər Səbayeldə, istərsə də Binəqədidə çox ciddi problemlər mövcuddur. Hətta elə hərbi komissarları tanıyırıq ki, neqodnuların pulları ilə başlarına tük əkdirirlər. Bu pulun çoxluğunun son həddi deməkdir. Vaxtı ilə söz deyəndə tər-su aparan komissarlar indi ağsaqqallıq edirlər. Bu haqda növbəti yazıda. Sözün qısası, bu qurumun bəzi rayon şöbələri bu gün də rüşvət və korrupsiya mənbəyi olmaqda davam edir. Bəzi rayonların “hərbi komissarları” az qala milyonçuya çevriliblər. Belə “hərbi komissarlar”dan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon İdarəsinin sabiq rəisi Adil Nadir oğlu Hüseynovdur. O hazırda qurumun Nəsimi Rayon İdarəsində çalışır. Adil Hüseynov Zəngilanın “voyenkomu” olduğu müddətdə xeyli sayda gənci ordudan yayındırıb və bu yolla milyonlara sahib olub. Zəngilan sakinləri deyir ki, Adil Hüseynov pulu “bardamla” daşıyırdı. Bəli, Adil Hüseynov rayonda qiymət qoymuşdu ki, kim övladını “neqodnu” etmək istəyirsə, 7-8 min manat verməlidir. Bütün bunlar ortada ola-ola görəsən, Hərbi Prokurorluq nə üçün susur ? Heç bir tədbir görmür ? Biz Gündəlik-Bakı olaraq Hərbi Prokuror cənab Xanlar Vəliyevə müraciət edirik ki, bu hallar ciddi araşdırılsın. Yəni söhbət təkcə Zəngilan rayonundan getmir, digər rayonlardakı “neqodnu” siyahıları araşdırılsın. Həm də söhbət təkcə “neqodnu” məsələsindən getmir. Bu haqda növbəti yazımızda bəhs edəcəyik. Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|