Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                 

Şəmkirin gənc başçısı qocaların YOLUNU GEDİR... - Dövlət əmlakı rəsmən talan edilir
Tarix: 29-04-2022, 09:28 | Çap et
Şəmkirin gənc başçısı qocaların YOLUNU GEDİR...
DİA.AZ: - "Rəşad Tağıyev Şəmkirdə həyatının ən biabırçı dövrlərini yaşayır. Belə ki, gənc oğlan artıq 1 ilə yaxındır Şəmkir kimi siyasi ağır rayona rəhbərlik etməsinə baxmayaraq, özündə olan komplekslərini ata bilmir. Böyük auditoriya qarşısında çıxış edərkən rabitəsiz qurduğu cümlələr, sahibkarlarla görüş adı ilə özünü fotosessiya etdirməsi, ancaq özünün parıltılı şəkillərini paylaşdırması insanlarda ikrah hissi oyadır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Problemlər məngənəsində boğulan Şəmkirin kənd təsərrüfatı, insanların həyat və məişət şəraiti ağırlaşdığını görə bilməyən Rəşad Tağıyevin başı qarışıb ətrafında topladığı kadrlara şərait yaratmağa. Bu arada məlumat üçün deyək ki, özünə aid Facebook səhifəsini də İcra Hakimiyyətinin vətəndaşlarla iş şöbəsinin müdiri, özünü mətbuat katibi və media nümayəndələri ilə işin təşkilatçısı kimi təqdim edilən Elgün Seyidova həvalə edib. Bu barədə başqa yazımızda ətraflı yazacağıq. Niyə icra başçısı şəxsi səhifəsini işçisinə həvalə etsin ki ? Ona daxil olmuş müraciətləri niyə başqa adam görməlidir ki ? Suallara cavab verəcəyik...

Şəmkirdə xidməti avtomobillər şousu

Şəmkir rayonu həm əhali həm ərazi baxımından böyük rayon olduğu üçün, dövlət büdcəsindən külli miqdarda vəsaitin ayrılmasını müşahidə edirik. Bundan istifadə edərək, Rəşad Tağıyev tabeçiliyində ona "sədaqətli" olan kadrları maşınla mükafatlandırır. Şəmkir rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili, qiyməti 100 min manatdan artıq olan Toyota Land Cruiser markalı maşındır. 1 ci müavin Süleyman Zeynallı 57-AA-002 nömrəli, 2006-cı ilin köhnə, ciddi təmirə ehtiyacı olan, istismar müddəti başa çatmış BMW markalı maşında gəzir. Nazirlər Kabinetinin avtonəqliyyat vasitələrinin istismarı haqqında qaydalarında göstərilir ki, xidməti avtomobillər yalnız rayon icra hakimiyyətinin başçılarına, 1 ci müavinlərinə və müavinlərinə təhkim olunur. Lakin Şəmkirdə icra hakimiyyətinin balansında olan maşınlar kimə gəldi "peşkar" olunur. Belə ki, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri, adı rüşvət və korrupsiyada hallanan, Alimpaşa Məmmədovun pulyığanı kimi tanınan Rasim Mustafayev 57-AA-003 nömrəli Chevrolet Niva markalı maşında gəzir. Başçının humanitar məsələlər üzrə müavini Aynur Abdullayeva 57-AA-004 nömrəli avtomobilini sırf öz ailə ehtiyaclarını ödəmək üçün istifadə edir. Mövzumuz getdikcə dərinləşir. Başçının bütün gün kabinetdə oturan köməkçisi, Alimpaşa Məmmədovun qara kassası Mahir Əliyevə 57-AA-005 nömrəli yeni Xəzər avtomobili təhkim edilib. Ən maraqlı məqam isə, Başçının sürücüsü, ancaq öz şəxsi ailəsi üçün istifadə məqsədi ilə sürülən 57-AA-006 nömrəli başqa bir Xəzər avtonəqliyyat vasitəsi ilə təmin olunub. Xatırladaq ki, bir müddət əvvəl geniş yazımız getmişdir ki, İcra Hakimiyyətinin şöbə müdiri Elgün Seyidov 57-AA-181 nömrəli avtomobillə ağır yol nəqliyyat hadisəsi törətmişdir. Yazımızdan 3 gün sonra həmin maşın çox bərbad vəziyyətdə təmir olunaraq, insanların gözü qarşısına çıxarıldı ki, belə hadisə olmayıb təəssüratını yaratsınlar.

Digər maraqlı məqam İcra Hakimiyyətinə, yəni dövlətə məxsus avtonəqliyyat vasitələrinin digər dövlət qurumlarına təhkim olunmasıdır. Belə ki, Rəşad Tağıyev Bakıdan özü ilə gətirdiyi, rayonda fəaliyyəti ilə qalmaqal yaratmaqla məşğul olan Alışan Yusifova icra hakimiyyətinə məxsus 57-AA-459 nömrəli yeni Xəzər markalı maşını təhkim edib. İcra Hakimiyyətinə məxsus 57-AA-122 nömrəli avtonəqliyyat vasitəsi rayon Təhsil Şöbəsinin qalmqallı müdiri Qüdrət Əliyevin sərəncamındadır. Halbuki Qüdrət Əliyev öz MMC-nin balansında olan şəxsi 57-AA-010 markalı maşında gəzir. İcra Hakimiyyətinə məxsus digər 57-AA-212 nömrəli Chevrolet Niva şəhər icra nümayəndəsi Pərviz İbrahimovun ixtiyarındadır. Sual olunur, bu maşınların yanacaq, təmir təminatı hansı pullar hesabına həyata keçirilir ? Xatırladaq ki, bu yaxınlarda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayon Olimpiya İdman Kompleksinin bəzi avadanlıqlarını öz şəxsi maraqları üçün istifadə etdiyinə görə ölkə rəhbəri tərəfindən sərt cəzalandırılmışdır. Ümid edirik ki, bununla bağlı Prezident Administrasiyası tərəfindən sərt mövqe sərgilənəcək və bu dövlət əmlaklarını talama işləri dayandırılacaq. Qeyd olunan bütün avtonəqliyyat vasitələrinin sürücüləri hansı ştatlardadır ? Bununla bağlı araşdırmalarımız davam edir".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru