Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                     “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                 

Baba Rzayevin oğlu SAHİBKARI BELƏ MƏHV EDİR... - QOÇULUQ ZƏMANƏSİDİR?
Tarix: 7-09-2022, 08:31 | Çap et
Baba Rzayevin oğlu SAHİBKARI BELƏ MƏHV EDİR...
İqtisadi məsələlərə həsr olunan istənilən dövlət tədbirində mütləq şəkildə biznesin inkişafına dəstək çağırışı olur. Prezident çıxışlarında biznes mühitinin yaxşılaşdırılması üçün siyasi iradənin olduğunu vurğulayır və məmurlara sahibkarların qaldırdıqları problemləri operativ şəkildə həll etməyi tapşırır. “Məqsəd budur ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün”, – o, belə tədbirlərin birində deyib və əlavə edib: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır”.

“Amma bu çağırışlara çox vaxt məhəl qoyulmur,” – iş adamı Anar Qəribov bildirir. O da zamanında belə sözlərdən ruhlanaraq, öz biznesini qurub və çox tez bir zamanda müflis edilib: “Oliqarxların, yüksək vəzifəli məmurların ən yaxın çevrəsinin maraqları naminə bizim qanuni hüquqlarımız pozulur. Şikayətlərə baxılmır, sahibkarlara dəymiş ziyanı isə zorla onların özlərinə ödətdirirlər. Bəzən bu, onların tamamilə var-yoxdan çıxması ilə nəticələnir”.

Anar Qəribovun, daha dəqiqi, onun rəhbərlik etdiyi “FB-Company” ASC-nin işində adları keçənlər çoxdur. Buraya həm fiziki şəxslər, həm kommunal müəssisələr, həm də hüquq-mühafizə orqanları daxildir. Məhkəmələr isə artıq üçüncü ildir ki, həqiqəti müəyyən edə bilmirlər (ya da müəyyən etmək istəmirlər).

“Ona görə yox ki, gücləri çatmır. Ona görə ki, bizə qarşı atılan addımların arxasında qüdrətli adamlar dayanıb”, – artıq ümidsizliyə qapılmış iş adamı deyir. – “Fuad Rzayev və onun ortağı Babək Babayev kimi. Birincisi “Azərenerji”nin prezidenti Baba Rzayevin oğlu, ikincisi “Yeni Həyat” şirkətlər qrupunun rəhbəridir. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, biz dörd il əvvəl adıçəkilən şəxslərə məxsus “Azur” ticarət mərkəzində böyük bir sahənin (1285 kv.m) icarəyə götürülməsi barədə müqavilə imzaladıq. Həmin yer beş il boş qalmışdı. Çünki əvvəllər orada müxtəlif səviyyəli yolları olan kartinq yerləşirdi, ciddi vəsait tələb edən əsaslı təmir üçün isə investor tapmaq asan deyildi. Ancaq bizim böyük planlarımız var idi və biz investisiya tapa bildik. Sonradan anlaşılmazlıq olmasın deyə, tərəflər arasında bütün münasibətlər və öhdəliklər ciddi şəkildə sənədləşdirildi”.

“Tezliklə həmin yer tanınmaz dərəcədə dəyişdi”, – deyə Anar Qəribov davam edir. – “Bahalı, zövqlü təmir, düzgün yerləşdirilmiş reklam lövhələri yeni obyekti ticarət mərkəzinin ən çox ziyarət edilən yerlərindən birinə çevirdi. Bu, ticarət mərkəzinin sahiblərinin də diqqətindən yayınmadı, lakin onların reaksiyası çox özünəməxsus oldu. Müqavilənin imzalanmasından cəmi bir neçə ay keçməsinə baxmayaraq, onlar kirayə haqqını birdən-birə beş dəfə qaldırmaq qərarına gəldilər. Təsəvvür edirsiniz, biz əsaslı təmirə, ən müasir avadanlıqlara yarım milyon manata yaxın sərmayə qoymuşduq. Geyim əşyalarının alınmasına və çatdırılmasına da təxminən eyni məbləğ sərf edilmişdi. Mağaza işə başlayan kimi götürdüyümüz kreditləri ödəməyə başladıq. Elə bu zaman heç bir əsas olmadan icarə haqqını dəfələrlə artırdılar. Belə bir ultimatumla razılaşmaq mümkün deyildi”.

Binanın birinci mərtəbəsınin əhəmiyyətli hissəsini tutan mağaza ilə ticarət mərkəzi arasında münaqişə qısa zamanda açıq qarşıdurmaya çevrilib. Anar Qəribovun sözlərinə görə, icarəyə verən tərəfin nümayəndəsi mühafizə xidmətinin köməyi ilə tezliklə icarədarın əməkdaşlarını ticarət mərkəzindən çıxarıb. Sonra elektrik enerjisinin verilməsini kəsərək, günahı “Azərişığ”ın üzərinə atıblar. Yalanı sübut etmək çətin olmayıb: enerji təşkilatı yazılı şəkildə təsdiq edib ki, icarədara qarşı heç bir iddiası yoxdur. Amma bu da mərkəzin sahiblərinə təsir göstərməyib. İcarədar məhkəməyə üz tutmalı olub.

Nəhayət, 35 gündən sonra mağazaya elektrik enerjisinin verilməsi bərpa edilib, işçilər öz yerlərinə qayıda biliblər. Amma bu müddət ərzində ticarət mərkəzinin mərtəbələrində yerləşdirilmiş reklam bannerləri izsiz qeybə çıxıb, mərkəzin monitorunda göstərilməli olan reklam da yox olub. Baxmayaraq ki, hər şey üçün bütün ödənişlər əvvəlcədən həyata keçirilib və müvafiq müqavilənin şərtlərinə görə, icarəyə verən tərəf bannerlərin qorunmasına məsuliyyət daşıyıb.

“Elektrik enerjisi probleminin həllindən 13 gün sonra həmin müqavilənin şərtlərinə uyğun olaraq, reklamın bərpa edilməsi barədə “Azur”a növbəti müraciətimizə cavab gəldi. Bizə icarə müqaviləsinə birtərəfli qaydada xitam verildiyi barədə yazılı məlumat verdilər. Onlar bunu guya çoxlu borc yığılması ilə izah edirdilər”, – Anar Qəribov qovluqlara yığılmış sənədləri göstərərək əlavə edir: “Amma burada söhbət icarəyə verən tərəfin havadan götürdüyü kirayə haqqından gedirdi. Aramızda təsdiqlənmiş və rəsmi müqavilənin şərtlərinə görə, heç bir borc yox idi”.

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru