“Kontakt Home” soyğunçuluğu - İTTİHAM VAR...
Tarix: 20-02-2024, 08:45 | Çap et
 “Kontakt Home adlı bir şirkət açıq-aydın soyğunçuluqla, fırıldaqla məşğuldur: Ailə üzvlərimiz kreditlə telefon götürüblər. Demək, 25 yanvarda zəng elədilər ki, gecikmələrinizlə birlikdə 160 manat ödənişiniz var, onu ödəyin. Ödədim dedikləri məbləği, tam olaraq. Dedilər ki, növbəti ay üçün sadəcə ödənişiniz qalıb”. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elşad Məmmədli Feysbuk-dakı hesabında yazıb.
Jurnalist bildirib ki, üstündən 20 gün keçir bu gün, yəni bir aylıq period da yoxdur heç, ancaq zəng ediblər ki, yenə 166 manat borcunuz var: “Əməkdaş heç cür izah edə bilmədi ki, bu anormal – 20 günlük period və 20 gündən bir cərimə tətbiqləri, ötən ay bütün cərimələr ödəndiyi halda yeni cərimə yazmaları nə səbəbdəndir. Deyir, üst-üstə son ilyarımda 60 gün gecikmə var, günə 0.5 manat faiz hesablanır. 60 günə bu eləsin 30 manat. Mənə isə 2 ayda 350 manata yaxın ödəniş etdiriblər və həyasızcasına deyirlər ki, bu məbləği cərimələrə hesablamışıq, gedin təzədən kredit ödəyin… Təpəniz haqqı, mən bundan sonra ümumiyyətlə sizə 1 qəpik də pul ödəməyəcəm!” Deputat Elnur Allahverdiyevin sahibi olduğu deyilən “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil. Deputatın mağazalar şəbəkəsi ilə bağlı xeyli şikayətlər var. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmaya görə xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır. Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir. Eyni zamanda “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur və vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma deməkdir. YAP siyahısından mandat qazanan Elnur Allahverdiyevin daşıdığı mandat əslində qanunsuzdur. Vaxtlə Sloveniyanın fəxri konsulu olması hələ də rasmi cavablandırılmayan müəmmadır. Düzdür, MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin arayışına əsasən açıqlama vermişdi ki, Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsinə 29 dekabr 2019-cu ildə xitam verilib. Amma cumhuriyyet.az olaraq bildirək ki, Sloveniyanın rəsmi qəzetinini (Uradni list Republike Slovenije) məlumatı namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub. Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı arayış saxta olub. Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib. Digər bir iddiaya görə, deputatın atası, Marat Allahverdiyev vaxtilə Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyektdə Marat Allahverdiyev və dostları gizlicə yığışıb müzakirə apararirmış. Bundan başqa Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
• PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56 |
|
|
|
• "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
|