"Həm suçlu, həm güçlü"... - "Söküntü" etmək istəyən tikinti şirkəti “Kubinka” sakinlərini məhkəməyə verib
Tarix: 24-02-2024, 08:44 | Çap et
 “Kubinka” yavaş-yavaş tarixin yaddaşına qovuşur. Paytaxtın Nəsimi və Yasamal rayonlarında onminlərlə sakinin məskunlaşdığı hektarlarla ərazi sökülür. Bəzi küçələr tamamilə ləğv olunur. Burada yeni özəl məktəb, stadion salınacağı, çoxsaylı yaşayış binaları tikiləcəyi barədə məlumatlar var. Bir hissəsi Yasamal, qalanı Nəsimi rayonuna düşən “Kubinka”da söküntü-tikinti işləri bir neçə şirkətə həvalə olunub ki, bunların arasında “RR Construction”, “Vialon” və başqaları var.
“RR Construction” şirkəti xeyli vaxtdır ki, sərəncam aldığı ərazidə söküntü işlərinə başlayıb. Lakin həmin ərazidə yaşayan sakinlərin bir hissəsilə şirkət razılıq əldə edə bilmir.
Bizimyol.info xəbər portalının əməkdaşı bir müddət öncə ərazidən reportaj hazırlayarkən narazılıqların nədən ibarət olduğunu aydınılaşdırmışdı. Məlum olmuşdu ki, şirkət sakinlərlə müqavilə bağlayıb, onlara tikiləcək binalarda evlərinin sahəsinə uyğun mənzil təklif edir. O vaxta qədər isə sakinlərə kirayə qalmaq üçün aylıq ödəniş verir. Lakin sakinlərin bir hissəsi bu təklifə “yox” deyir. Onlar bildirirlər ki, indiyədək bir çox tikinti şirkətlərinin dələduzluqlarının şahidi olublar. Bu üzdən binaların tikintisinin başa çatacağına, mənzillə təmin olunacaqlarına inamları yoxdur. Ona görə də evlərinə bazar qiymətlərinə uyğun şəkildə pul tələb edirlər.
“RR Construction” evləri satın alacağı təqdirdə, hər kvadratmetrə görə 2000 manatdan çox pul vermir. Sakinlər isə bu məbləği həmin ərazi üçün çox aşağı qiymət sayırlar. Məsələ burasındadır ki, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən həmin ərazidə yeni tikilən binalarda təmirsiz mənzillərin hər kvadrat metri 2700-2800 manata satılır.
Bizimyol.info xəbər portalının əldə etdiyi məlumata görə, “RR Construction” şirkəti onlarla razılaşmayan sakinləri məhkəməyə verib. Hazırda Yasamal rayon Məhkəməsində bu qalmaqalla bağlı bir neçə məhkəmə işi var. Razılaşmayan ailələrin hər biri ilə bağlı ayrı-ayrılıqda iddia qaldırılıb. Şirkət iddia ərizəsində göstərib ki, sözügedən ərazidə çoxsaylı qəzalı evlər var. Onların yerində müasir tələblərə cavab verən, şəhərin görüntüsünə xələl gətirməyən tikinti işləri aparmaq “RR Construction” şirkətinə həvalə olunub. Ərazidə yaşayanların böyük əksəriyyətilə razılaşma əldə olunub, onlar köçürülüb və evlər də sökülüb. Lakin qalan sakinlər razılığa gəlməməklə onların işini yubadır.
Sakinlər bildirir ki, onların evləri qəzalı olmayıb. Şirkət belə görüntü yaratmaq üçün ətrafda apardığı söküntü işləri zamanı onların da evlərini zədələyir, yararsız hala salır.
“Kubinka” qalmaqalıyla bağlı məhkəmə proseslərindən bir neçəsində hakimlər ekspertiza təyin edib. Ekspertlər evlərin durumu və ödənilməli olan kompensasiya ilə bağlı qiymətləndirmə aparacaq. Ekspertizanın nəticələri məlum olana qədər bu məhkəmə proseslərindən bir neçəsinin müvəqqəti dayandırıldığı bildirilir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
|