Mikayıl Cabbarov Misir Mərdanovun yolunu inamla davam etdirir - Şağırdlərdən orta məktəblərdə “qurdpulu” yığırlar
Tarix: 15-10-2014, 10:40 | Çap et
Təhsil Naziri postu təzələnəndə hamı çox dəyişiklik gözləyirdi. Amma xeyli vaxt keçsə də, orta təhsil ocaqlarındakı problemlər bitmir. Məktəblərin təmir edilməsi, bir qisim texniki məsələlərin həlli hələ mükəmməl fəaliyyət deyil. Valideynlərin məktəblərdə əvvəlki tempdə pul yığılması şikayətləri davam etməkdədir. Bu məsələ ilə bağlı Təhsil Naziri dəfələrlə xəbərdarlıq etsə də, görünür, problem bu şəkildə həllini tapmayacaq. Əldə olunan məlumata görə, yeni tədris ili başlamasından bir ay keçməsinə baxmayaraq, Nazirliyin “qaynar xətt”inə bu qəbildən zənglərin ardı-arası kəsilmir. Təəssüf ki, ictimaiyyət onu narahat edən suallarına cavab tapa bilmir, məlumatlandırma işi aparılmır.
Təhsil Nazirliyi məktəb həkimlərinə nəzarət edirmi? “Analitik.az” şəhər məktəblərinin bir neçəsindən daxil olan müraciətə əsasən kiçik araşdırma aparıb. Məlum olub ki, orta məktəblərdə “süpürgəpulu” yığmaq ənənəsi davam edir. Eləcə də, şagirdlərdən “qurdpulu” yığılır. Məktəbin tibb bacısı və ya pediatrı şagirdlərə bağırsaq parazitlərinin müayinəsi üçün (nəcis analizi) müvafiq poliklinikaya göndəriş verir. Şagird həmin göndərişə, müayinə üçün cavab gətirmədikdə ondan bir manat tələb edir. Misal üçün, Nizami rayonunda yerləşən 272 saylı orta məktəbdə hazırda pulyığma prosesi gedir. Hətta tibb bacısı təkidlə dərs saatını pozaraq bu tələbini irəli sürür. Kiminsə çörəyinə bais olmamaq üçün, həmin tibb bacısının ad və soyadının çəkilməsinin tərəfdarı deyilik. Sadəcə, bu cür vəziyyətdən məktəb rəhbərliyinin xəbərsiz olması inandırıcı görünmür. Valideynlərsə, “pul istəyəndə, niyə verirsiz”sualını belə cavablandırırlar. Onlar poliklinikalarda nəcis analizinin doğru, dəqiq müayinəsi üçün lobaranta 2-3 manat verməkdənsə, bir manat verib canlarını qurtardıqlarını deyirlər. Fikrimcə, haqsız da deyillər. Bütün hallarda istənilən test, müayinə üçün pul tələb olunur. Bəs biz kimi aldadırıq? Özümüzü aldatmaqla yanaşı uşaqlarımıza ən böyük pisliyi etmirikmi? Məsələylə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Xidmətin Sadiq adlı əməkdaşı sualın onlara aid olmadığını dedi. Suallarımızı mətbuat xidmətinin məsləhəti ilə müvafiq şöbəyə göndərdik. Amma daha çox valideynləri maraqlandıran suallardan biri odur ki, uşaqların sağlamlığı hansısa məsuliyyətsiz tibb işçilərinin əlində oyuncağa çevrilməlidirmi? Ümumiyyətlə, pul yığma bir tərəfə, orta təhsil müəsisələrində tibbi personalın fəaliyyətinə nəzarət hansı formada həyata keçirilir? Nazirliyə göndərdiyim elektron məktuba yalnız dörd gündən sonra cavab ala bildim. Verilən bir cümləlik cavabı olduğu kimi nəzərinizə çatdırıram.“Sorğunuza cavab olaraq bildiririk ki, respublikanın ümumtəhsil məktəblərində tibb xidmətinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.2010-cu il tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na uyğun həyata keçirilir.” Budur, mətbuat xidməti, eləcə də nazirliyin müvafiq şöbələrinin “parlaq” fəaliyyəti göz qabağındadır. Bu cavabdan nəsə anladınızmı? Ümumiyyətlə, bunu cavab hesab etmək olarmı? Mətbuatın suallarına belə laqeyd yanaşan nazirlik əməkdaşları, sadə vətəndaşın, valideynin müraciətinə necə cavab verir, onu bir Allah bilir?.. Valideynlərin nəzərinə! Bağırsaq qurdu ilə zarafat etməyin! Bizim üçün şagirdlərin sağlamlığı onların təhsilindən öndə olmalıdır. Çox təəssüf ki, bu vacib məqamı çoxu vecinə də almır. Elə əsas mövzumuza qayıdaq. Məktəblilərin yarıdan da çoxunun bağırsaq parazitləri ilə yoluxması məsələsinin səbəbləri barədə düşünmək lazımdır. Bu isə Səhiyyə Nazirliyinin üzərinə düşən vəzifələrindəndir. Ən əvvəl şagirdlərin fərdi gigiyenası ilə bağlı təlimatlandırılması əsas şərtdir. Əgər məktəbin ayaqyolunda su kranları işləmirsə, hansı təmizlikdən söhbət gedə bilər?Parazitlərin yayılması daha çox çirkli əl və qida ilə baş verir. Bunu isə hamımız əla bilirik. Rəngi ağarmış, saralmış məktəblinin qarnı da qurdlu olacaq. Parazitlərlə yoluxmuş uşağın vəziyyəti təhlükəli də ola bilər. Bunu isə bizə həkimlər deməlidirlər. Qarın qurdları uşağın qan azlığından tutmuş, zehni, əqli inkişafına da mənfi təsir göstərir. Misal üçün, lambliya deyilən birhüceyrəli parazitlər uşaqların həyatı üçün qorxulu sayılır. Həkimlər bu parazitin tək bir nəcis analizi ilə aşkarlanmasının mümkünsüz olduğunu deyirlər. Bu parazit ən azı üç dəfə verilən və müayinə olunan nəcisdə çıxa bilər. Daha sonra uşağın gecədən (ifrazat yalnız 15 dəqiqə ərzində müayinəyə verilməlidir) götürülmüş nəcisi analizə yararsız hesab olunur. Bu deyilənləri ona görə qeyd etməyi borc bilirik ki, hər hansı məktəbin məsul tibb bacısı bir manat yığmazdan qabaq insaflı davranıb bu məlumatı verməlidir. Bağırsaq parazitlərinin adını yaxşı bilməyən tibb bacısının isə susması daha məqsədəuyğundur. Bu arada mütəxəssis fikirlərini valideynlərin nəzərinə çatdırmağı borc bilirik. Bu xəbərdarlıq sizi övladlarınıza bir az da diqqətli olmağa vadar edəcək. Hazırda Moskvada fəaliyyət göstərən urinoterapevt Səbahəddin Hüseynov parazitlərin insanın ölümünə belə səbəb olacağını bildirir. Mütəxəssisin sözlərinə görə, xəstəliklərin çoxu orqanizmə düşən qurdlarla bağlıdır. “Qurdlar, onların yumurtaları hər yerdə var. Parazitlərlə mübarizə istənilən kimi mümkün deyil.Gigiyenik tələbləri yerinə yetirmə bu təhlükəni yox etmir. Parazitlər insan bədəninə düşdüyü andan onun daxili orqanına xələl yetirir, onu yeyir. Misal üçün, uşaqlarda və böyüklərdə geniş yayılmış askarid qurdları beyinə, qaraciyərə, ağciyərə, hətta ürəyə qədər gedib çıxa bilir. Belə bir faktı qeyd edim. Çənubi Koreyada xəstəyə bağırsaq keçməzliyi diaqnozu qoyulub. Əməliyyat zamanı cərrah bağırsaqda küllü miqdarda askarid qurdunu aşkar edib. Sən demə, qurd kütləsi bağırsaqda tıxac yaradıb və bu müayinədə bilinməyib.Valideynlər uşaqlarını vaxtaşırı könüllü müayinə etdirməlidirlər. Təmiz şəhərlərdə bunu 6 aydan bir edirlər. Bir də qurd xəstəlikləri uzun müddətlik, davamlı müalicə tələb edir. Qurdlarla zarafat etmək olmaz.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
• Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01 |
|
|
|
• `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59 |
|
|
|
|