Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                 

Azərbaycanın ən böyük meyvə-tərəvəz bazarına qarşı şok ittihamlar - Çirkli pulların yuyulduğu ünvan...
Tarix: 26-11-2014, 09:26 | Çap et
Azərbaycanın ən böyük meyvə-tərəvəz bazarına qarşı şok ittihamlar
Azərbaycanın ən böyük meyvə-tərəvəz bazarlarından biri kimi tanınan "Meyvəli" Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazası ilə bağlı ciddi problemlər gündəmə gəlməkdədir. Bazarda ticarətçilərə qarşı münasibət, qanunsuz pul yığımı, anti-sanitariya və digər çatışmazlıqların olması həm satıcıların, həm də istehlakçıların narazılığına səbəb olub.
Borc-xərclə, min bir əziyyətlə məhsul yetişdirib satmaq istəyən kəndli bazar rəhbərliyinin əlində qalıb. Bu barədə "Unikal"a açıqlama verən adının çəkilməsini istəməyən ticarətçilərdən biri deyib ki, Meyvəli Ticarət Mərkəzinin rəhbərliyi elə bir sistem qurub ki, heç kim səsini çıxara bilmir: "Ölkədə bir çox bazarlar məmurların əlindədir deyə, hərə öz bildiyini edir. Amma "Meyvəli"də vəziyyət çox pisdir. Qapıdan girən kimi 20-30 manat, gündəlik də satdın-satmadın 5-10 manat yer pulu verirsən. Biz məhsulu gətirib heç yol pulunu çıxara bilmirik. Məhsul isə sahələrdə qalıb çürüyür. Amma burda bazar rəhbərliyi hazıra nazir dururlar. Fermerlərin əksəriyyəti əkib-becərdikləri məhsulu özləri bazara çıxara bilmirlər. Çünki "Meyvəli" rəhbərliyi külli ixtiyarı özlərinə yaxın alverçilərə verirlər. Onlar isə ucuz qiymətə alıb, camaata baha satırlar. Ortada həm ticarətçilər itirir, həm də alıcılar baha məhmsul əldə edir. Orda isə bircə "Meyvəli" bazarının sahibləri və yaxın ətrafı qazanır. Burada bazar rəhbərliyinin qurduğu sistem nəticəsində məcburuq məhsulu maya dəyərindən aşağı sataq. Bazarda "Kamaz", "Qazel" görən kimi 20-50 manat arasında pul alırlar. Gündəlik də 5 manat yer pulu. Balaca maşınlardan isə 2-3 manat alırlar. Ona görə də məhsulumuz burada çürüyənə kimi bazardan çıxa bilmirik. Heç olmasa, bizdən yer haqqı almasınlar. İmkan versinlər kəndli malını satsın. Yəni, bu bazarda hər şey özlərinin xeyrinə qurulub. Bir tərəfdən kəndliyə, o biri tərəfdən də qiymət artımı yaradaraq, camaata zülm edirlər".
Onu da nəzərə çatdıraq ki, bu bazarda da antisanitarik vəziyyət çox kritik həddədir. Meyvə tərəvəz bazarındakı natəmizlik ətrafdan pis qoxu gəlməsinə səbəb olur. Bu isə bazar rəhbərliyinin təmizlik qaydalarına tam riayət etməməsi və bu problemlərin həll olunması üçün lazımi vəsait ayırmamasıdır. Gün ərzində yüz minlərlə manat pul qazanılır, amma təmizliyin təşkilinə vəsait xərclənmir.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Meyvəli Ticarət Mərkəzindəki vəziyyətlə bağlı ürəkaçan fikirlər səsləndirmədi. Ekspertin fikrincə, "Meyvəli"də bir sıra standartlar pozulub, ərzaq məhsulları üçün lazımi şərait yoxdur: "Hələ üç il öncə Meyvəli bazarında ekspertiza laboratoriyasının olmaması barədə məlumatlar alırdıq. Yəni, ən primitiv ekspertiza işləri belə görülmürdü. Bu barədə məsələ qaldırdıq. O zaman bizə məlumat daxil olmuşdu ki, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrini də həmin bazara buraxmırdılar. Düzü dəqiq bilmirəm ki, real vəziyyət necədir. Şifahi olaraq, məlumat almışıq ki, orda laboratoriya qurublar. Lakin o laboratoriyanın heç bir işi göz qabağında deyil. Əgər belə bir laboratiya varsa da, yəqin ki, görüntü xarakteri daşıyır".
E.Hüseynov təəssüflə onu da qeyd edib ki, bazara Geni Modifikasiya Olunmuş (GMO) məhsullar da gətirilir. Onun sözlərinə görə, bazar rəhbərliyi gəlir əldə etmək üçün bu qanunsuzluğa göz yumur: "Baxmayaraq ki, ölkə prezidentinin bununla bağlı fərmanı var, GMO-lu məhsulları ölkəyə gətirənlər, satanlar, istehsal edənlərin yüksək məbləğdə cərimə olunması və cəzalanması nəzərdə tutulur, yenə də bəziləri öz bildiklərini edirlər. Baxmayaraq ki, Azərbaycan Kartogen protokoluna qoşulub, BMT-nin ətraf mühitin biomüxtəlifliyinin qorunması protokoluna imza atıb,amma Azərbaycana bu cür məhsullar gətirilir və "Meyvəli" kimi bazarlarda satılır. Təəssüf ki, biri Bakıda, biri Naxçıvanda GMO-nu yoxlayan laboratoriyalar olsa da, bu günə kimi onların heç bir səsi çıxmayıb".
Onu da qeyd edək ki, bir müddət öncə məlumat verilmişdi ki, Azərbyacan gömrükçülərinin və Kənd Təssərüfatı Nazirliyinin əməkdaşlarının Meyvəli Ticarət Mərkəzində apardığı araşdırmalar zamanı Gürcüstandan gətirildiyi ehtimal edilən kartofda xəstəlik aşkar olunduğu üçün maşınlar möhürlənib. Araşdırmalar zamanı məlum olub ki, kartof əslində Gürcüstan yox, Ermənistandan gətirilib. Sözügedən məsələ Gürcüstanla Ermənistan arasında da qalmaqal yaradıb. Erməni mətbuatında da bu barədə məlumatlar yer almışdı. Belə ki, Ermənistandan Gürcüstana ixrac olunan kartofda bir sıra infeksiyalı xəstəliklərin aşkar olunması iki ölkə rəsmilərinin qarşılıqlı ittihamları ilə müşahidə olunurdu. 2013-cü ildə Ermənistanın Gürcüstana ixrac etdiyi 3.2 min ton kartofun 1137 tonu infeksion xəstəliyin aşkar olunmasına görə geri qaytarılıb. Gürcüstan tərəfi bildirib ki, Sadaxlı gömrük nəzarət məntəqəsində Ermənistandan Gürcüstana keçirilən axırıncı partiya yoxlanılarkən ciddi xəstəliklər aşkarlanıb və bu, rəsmi Tiflis ilə İrəvan arasında gərginlik yaradıb. Ermənistanla-Gürcüstan arasında bu cür kartof qalmaqalı yaşandığı halda həmin infeksiyalı məhsulların Azərbaycana gəlməsi, üstəlik Meyvəli Ticarət Mərkəzi kimi böyük bir bazara daxil olması ciddi rezonansa səbəb olmuşdu.
Bu barədə fikirlərini "Unikal"la bölüşən Eyyub Hüseynov burada təəccüblü bir şey olmadığını bildirib. Onun sözlərinə görə, Gürcüstan bazarından Ermənistan istehsalı olan məhsulların ölkəmizə daxil olması mümkündür. "Bazarlarda normal ekspertiza olmadığından Ermənistandan belə təhlükəli məhsullar bazarlara gətirilir. Təəssüf ki, Mevəli Ticarət Mərkəzi, eləcə də digər bazar rəhbərlərinin məqsədi yalnız pul qazanmaq olduğu üçün düşmən dövlətin istehsalı olan məhsullar da bazarda satılır", - deyə ekspert fikrini tamamlayıb.
Göründüyü kimi, Meyvəli Ticarət Mərkəzində istehlakçı hüquqları kobud şəkildə pozulur, böyük vəsaitlər qazanılsa da, ona uyğun xidmət göstərilmir.
"Unikal"ın əldə etdiyi məlumata görə, bazar rəhbərliyi ilə ticarətçilər arasında bağlanan müqavilələrin əksəriyyəti qeydiyyatdan keçirilmir. Buna səbəb isə yığılan rüsumların büdcədən yayındırılmasıdır. Belə ki, Sahibkarlardan yığılan vəsaitlərin böyük bir qismi rəsmiləşdirilmir, vergidən yayınmalar da var. Bununla bağlı ətraflı araşdırmadan sonra oxucularımıza məlumat veriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru