Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                 

Azərbaycanda təhsil adına daha çox şou yaradırlar - Təhsilimizdə “müsabiqə sindromu” - Mikayıl Cabbarovun töhfəzi bundan ibarətdir...
Tarix: 8-12-2014, 09:02 | Çap et
Azərbaycanda təhsil adına daha çox şou yaradırlar - Təhsilimizdə “müsabiqə sindromu”
DİA.AZ: - Deyəsən, tez- tez keçirilən və “geniş auditoriya” toplayan gözəllik yarışmaları təhsilimizə də sirayət edib.Təhsil Nazirliyinin həftə səkkiz, mən doqquz elan etdiyi müxtəlif müsabiqələr mənə unudulmaz klassıkimiz Mirzə Ələkbər Sabirin artıq çoxları tərəfindən çoxdan bəri unudulmuş bir şer parçasını xatırlatdı:
Beş deyil,on beş deyil, hər yan baxırsan, var madam,
Ev madam, mənzil madam, balkon madam, talvar madam,
Sirk madam, qəstin madam, pasaj madam, bulvar madam,
Müxtəsər,əqlim çaşıb, ey dad-bidad, Ərdəbil !
İndi də sabiranə desək məktəb müsabiqə, direktor müsabigə, müavin müsabiqə, müəllim müsabiqə, laborant müsabiqə ... və şagid də müsabiqə.Başqa sözlə, işə düzəlmək müsabiqə yolu ilə, vəzifəyə keçmək müsabiqə ilə, həvəsləndirmə, mükafatlandırma, rəğbətləndirmə, bir sözlə hər yerdə və addımbaşı müsabiqə. Bircə cəzalandırmada müsabiqə “priyomu” tətbiq olunmur ki, o da yəqin, təhsilimizdə müşahidə olunan “cəzasızlıq tendensiyası” ilə bağlı olan bir haldır. Son illərdə cəmi-cümlətani beş-üç şəxs tutduğu vəzifəsindən azad olunub kı, onlar da “öz şəxsi ərizələrinə əsasən” kimi rəsmiləşdirilib.
Müsabiqələri gözdən və nüfuzdan salmaq niyyətindən uzağam. Həmişə müəllimlərimizin maddi və mənəvi stimulaşdırılmasının tərafdarı olmuşam, təhsilimizin uğurlarına sevinmişəm.Sözümün canı budur ki, yəni, müsabiqələrin də bir vədəsi, təhəri, qədəri olmalıdır.
Sivil ölkələrdə müəllimlərin novatorluğunu, innovasiyalara meylliliyini üzə çıxarmağın, onların təcrübəsini yaymağın başqa üsullarından istifadə edilsə də, bizdə nədənsə, nə belə müsabigələrin keçirilməsinin üsulları, nə də onun şərtləri, elə bir etiraz doğurmur.Elə götürək müsabiqədə iştirak etmək üçün müraciət etmiş 296 müəllimdən 131 nəfərinin bu günlərdə təşkilat komitəsi tərəfindən seçilib, növbəti mərhələyə buraxldığı “Ən yaxşı müəllim” müsabiqəsini. Müsabiqənin şərtləri, onun formal keçiriləcəyinə bəri başdan zəmanət verir.



Müsabiqədə iştirak etmək istəyən müəllimlər azı beş il pedaqoji iş stajına malik olmalı, ixtisasartırma kurslarından keçməli, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olmalı, təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməli, ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs deməli, məşğələlər aparmalı, tədris etdiyi ixtisas üzrə şagirdləri ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanmalı, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutmalı və digər keyfiyyətlərə malik olmalıdır.
Digər keyfiyyətlər bir yana. Bunu “azı beş il pedaqoji iş stajına malik olmalı” şərti üzərində anlamağa çalışaq. Burada, ortaya çıxan ilk sual budur ki, müsabiqədə iştirak etmək üçün, azı beş il iş stajı tələbi hansı məntiqə uyğundur? Əgər, üç il stajı olan gənc bir müəllim, yüksək göstəricilərə nail olubsa, tədris prosesində müasir təlim texnologiyalarından istifadə edibsə, şagirdləri ali məktəbə yüksək ballarla qəbul olunubsa, ona hansı əsasla demək olar ki, sən hələ iki il də gözləməlisən. Bu hüquq bərabərliyi prinsipinin pozulması deyilmi? Məgər, biz bu müəllimi yüksək və məsul bir vəzifəyə təyin edirik? Sadəcə, əməyini rəğbətləndiririk, istedadını daha da inkişaf etdirməyə həvəsləndiririk. Elə isə, gəlin qəbul imtahalarında 500 bal toplaynalara “Gələcəyin müəllimi”, 700 bal toplayanlara Prezident təqaüdləri verməyib, onlara da 5illik staj tətbıq edək, muğam müsabiələrində qalib olan 10-15 yaşlı istedadlı yeniyetməyə, sənin stajın çatmır deyək.
Staj tələbinə cavab verməyən gənc istedadın günahı nədir ki, təcrübə mübadiləsi məqsədilə onu digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməyə göndərməyiblər və özünün də buna maddi və digər imkanları olmayıb. Məgər, ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs demək, məşğələlər aparmaq, kiminsə arzu və istəyindən asılıdır? Yəni, bu vaxta qədər keçirilən müsabiqələrin yüzlərlə qalibi pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olub? Suallar çoxdur, məntiq isə birdir. Özündən asılı olmayan hər hansı göstəricini, kiminsə qarşısına şərt kimi qoymaq, artıq iş göstəricisi yox, loru dildə desək “işə lim qoymaq” predmetidir.
Çünki, şəffaflığa və obyektivliyə təminat verməyən bu kimi şərtlər müsabiqə iştirakçılarının maraqlarından daha çox, müsabiqə təşkilatçılarının korporativ maraqlarının təmin olunmasına xidmət edir və təşkilatçılara istənilən iştirakçını, istənilən mərhələdə müsabiqədən kənarlaşdırmaq imkanı verir.
Digər bir müsabiqəyə cəlb olunan şəhər və kənd məktəblərinə də nisbətən fərqli, lakin eyni xarakterli şərtlər tətbiq etməklə “Ən yaxşı məktəb” seçmək üsulu da məntiqə uyğun olmayıb heç cür obyektivliyə söykənə bilməz.
Müsabigə yolu ilə üç ayliq təlimlərə cəlb edib namizədlər müəyyənləşdirmək, daha sonra yeni müsabiqə keçirib, namızədlərdən məktəb direktorluğuna yeni namizədlər seçməyin hər hansı bir effekt verəcəyinə ümid bəsləmək isə, sadəcə olaraq sadəlövhlükdən başqa bir şey deyildir.
Adi laborantı dəbə mindirib, laborantlar məni bağışlasın, rus demiş “kakoy-nibud” laborant ştatına namizədin də “yüksək ranqlı” komissiya səviyyəsində çoxpilləli və qəliz mərhələli müsabiqə yolu ilə işə götürməyin görəsən anlamı nədir? Sanki məktəblərimizin “geniş infrastruktura” malik “zəngin laboratoriyalarına” birdən işdir təsadüfən müsabiqədən keçməyən, yüksək ixtisasa malik olmayan qeyrı-peşəkar və təcrübəsiz laborant təyin olunsa qələvi turşu ilə, reostat kamertonla, amöb hidra ilə qarışıq salınar. Bəlkə, yeni laborant təyinatının yeni mexanizmlərinin işlənib hazırlanmasına və müsabiqələrin keçirilməsinə sərf olunan müddətdə laboratoriyaların mövcud durumu ilə, laborantların iş-gücləri ilə maraqlanmaq daha səmərəli olardı.



Nəhayət, sadaladığımız müsabiqələr hələ yekunlaşmamış, elə bu günlərdəcə Təhsil Nazirliyi “Kiçik yaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı yeni müsabiqə elan edib. Müsabiqənin gələn ilin sonunda yekunlaşdırilması və qalib əsərlərin antologiya şəkilində çap olunması nəzərdə tutulur. Topluya daxil olan əsərlərin sayı və müsabiqənin mükafat fondu da müəyyənləşib.
Elana əsasən müsabqənin keçirilməsində məqsəd kiçik yaşli məktəblılərə “mənəvi zənginlik”, “vətənpərvərlik”, “milli və ümumbəşəri dəyərlər”, “emosional və idraki keyfiyyətlər” aşılayan, onların “bədii zövqünün” inkişafinı şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir. Məqsəddən göründüyü kimi, müsabiqə kiçiklərdən daha çox böyüklərin “stimullaşdırilmasına” yönəldilib.Çünki, adi dərslik oxumaqda problem yaşayan şagirdlərimizin haçansa qalib çıxıb, işıq üzü görəcək 2,5 çap vərəqi həcmində antologiyanı oxuyub “ümumbəşəri” və digər sadalanan keyfiyyətlərə yiyələnəcəyi heç də real görünmür.Bu müsabiqənin Yaziçılar İttifaqı tərəfindən keçirilməsi, Təhsil Nazirliyinin isə proqram və dərsliklərdə əlaqədar dəyişikliklər aparması daha ağlabatan olardı.
Bəlkə, məktəblərimizdə nəsr, nəzm və dram əsərlərinə aid müntəzəm olaraq imla, ifadə, inşa yazilarınin keçirilməsi, buraxiliş imtahanları blokuna yalnız qavramaya xidmət edən testlə yanaşı nitq mədəniyyətinin və yazı vərdişlərinin inkişafını təmin edə biləcək şifahi və jazılı imtahanlar salınması daha çox fayda verərdi. Orta təhsili başa vurduqdan sonra hərbi xidmətə cəlb olunub Vətənin müdafiəsinə qalxan məzunlarımız da, adi ərizə yazmaq üçün çətinliklərlə üzləşməzdilər.
Hələ il başa çatmayıb. Növbəti illərdə isə daha hansı müsabiqələrin keçirələcəyi barədə yəqin ki, nazirlikdə indidən “intensiv” iş gedir.
Deyirəm, ola bilməzmi ki, müsabiqələrə bir az ara verib şərait yaradaq ki, müəllimlərimiz Təhsil Qanunu ilə təsbit edilmiş “təhsil proqramlarının mənimsənilməsini təmin etmək”, şagirdlərimiz isə “dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq” vəzifələri ilə məşğul olsunlar. Sistemləşdirilmiş bilik, bacarıq və vərdişləri mənimsəsinlər, ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazir olsunlar. Məktəblərimiz də bir az dərindən nəfəs alıb, diqqətlərini təhsilimizin əsas məqsədinə-“Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirmək” missiyasına yönəldə bilsinlər.
Əhali sayının durmadan artması, ildən-ilə yeni məktəblərin və tədris korpuslarının istifadəyə verilməsi fonunda şagird kontingentinin kəskin azalması, təhsildən yayınmanın kütləviləşməsi, təkcə ali təhsil müəssisələrinin hazirladıqları pedaqoji kadr sayının real tələbatı təxminən iki dəfə üstələdiyi bir şəraitdə məktəblərimizdə minlərlə vakant iş yerinin yaranması, planlaşdırmanı balanslaşdırmaq üçün hamıya ucdantutma attestat verilməsi, ali məktəblərə qəbul balının ilbəil aşağı salınması, bəzı ixtisaslara imtahansız qəbul keçirilməsi, biliyin deyil diplomun həlledici olması barədə təsəvvürlərin getdikcə aktuallaşmasi, bunun nəticəsi kimi bütövlükdə elmə və təhsilə marağin azalması və digər bu kimi tənəzzül faktlarının hər hansı bir şəkildə olsa belə izahını verən varmı?
Niyə məktəb mühitini dağıdıb, proqram və dərsliklərimizi yararsız hala salıb,sonra isə bilavasitə tədris prosesində formalaşdırılmalı olan keyfiyyətlərin aşılanması üçün digər vasitələr axtarırıq, müsabiqələrə kurslara təlimlərə antologiyalara, toplulara pənah aparırıq.Bəlkə, zəmanə dəyişib. Elə isə, zəmanəni dəyişən də bizik.

Nadir Israfilov, təhsil eksperti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru