4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                 

14 saylı Cəzaçəkmə Müəssisəsindəki şübhəli ölüm işini kimlər qaranlığa sürükləyir? - Məhkumun ölümündə şahid olanlara təzyiq edilir?
Tarix: 7-01-2015, 09:56 | Çap et
14 saylı Cəzaçəkmə Müəssisəsindəki şübhəli ölüm işini kimlər qaranlığa sürükləyir?
26 dekabrda saytımızda “Hüquq müdafiəçilərindən birinə icazə verilir, o birinə yox..” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə 14 saylı Cəzaçəkmə Müəssisəsində ( CM ) ölmüş məhkum Elşad Babayevin bacısı Simuzər Babayevanın “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamadan bəhs edirdi. Məhkumun bacısı bildirirdi ki: “Dekabrın 22-də axşam 7-8 radələrində telefonuma zəng gəldi. Kimliyi haqda məlumat verməyən şəxs dedi ki, qardaşın Elşadın meyiti Lökbatanda morqdadır. Ondan onun ölümünün səbəbini soruşdum. Dedi ki, heç bir məlumat verə bilmərik. Dediyi ünvana getdim. Meyitxanada qardaşımın meyitinə baxdım. Onun qollarında, ayaqlarının altında, boynunda, belində, üzündə xəsarətlər, işgəncə izləri vardı. Ayaqlarının altı şişmişdi. Morqdan bir sənəd verdilər. Orada qardaşımın ölümünün səbəbi göstərilməmişdi. Bu gün də bunu bizə deməyiblər. Mən morqda qardaşımın meyidinin şəkillərini çəkmişəm”.
S.Babayeva dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsinə gedərək qardaşının ölümünün səbəbini öyrənməyə çalışıb: “Gecə 12-də müəssisədə oldum. Orada iclas idi. Dedilər ki, generallar gəlib. Mən müəssisəsinin içinə girib generallardan birindən qardaşımın ölümünün səbəbini soruşdum. Çox etinasız şəkildə, gülərək dedi ki, bu haqda məlumatı yoxdur. Mən etiraz etdim. Sonradan dedilər ki, müstəntiq buradadır. Oradan sənədləri aparırdılar. Müəssisəsinin həyətində çoxlu maşınlar vardı. Müstəntiqdən soruşdum ki, qardaşımı məhbuslar öldürüb, yoxsa müəssisə məmurları? İntihar edib etmədiyini də xəbər aldım. Müstəntiq dedi ki, qardaşın idmançı adam olub, intihar nədir? Məhbusların orda nə işi var? Müstəntiq dedi ki, qardaşın məhbus əlində öləcək adam deyil, onu işçilər döyüb”.
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə “Turan”a bildirib ki, məhkumun işgəncə verilərək öldürülməsinə görə məsuliyyəti Penitensiar Xidmətin rəhbərliyi daşıyır.
Elçin Behbudov onu da bildirib ki, məhkumun bədənində çoxsaylı işgəncənin izləri var, bu mərhumun bacısının təqdim elədiyi fotolardan açıq-aşkar sezilir…
Hüquq müdafiəçisinin dediklərindən məlum olub ki, onu obyektiv mövqeyinə görə CM-ə buraxmırlar.
5 yanvarda qafqaznews.org saytı Elşad Babayevin bacısı Simuzər Babayeva ilə əlaqə saxlayıb. Mərhumun bacısı bildirib ki: “ Bir neçə gün əvvəl ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə görüşdüm. O, bildirdi ki, Elşad Babayev özbaşına CM-nin sanitar hissəsinə keçmək istəyib. Guya qardaşım müalicə olunan dostu üçün çay gətirmək istəyib. Və Elşad nəzarətçilərə tabe olmadığı üçün cəzalandırılıb”.
Simuzər Babayeva Mədət Quliyevə bildirib ki, qardaşımın bədənində işgəncə izləri var idi..belə cəza olur?
Nazir müavini isə cavabında bildirib ki, belə hallarda qanun məhkumu dubinka ilə cəzalandırmağa icazə verir.
Mən Mədət Quliyevdən “ Qardaşımın bədənində salamat yer qalmamışdı…siz onun şəkillərini görmüsünüzmü” soruşanda o, belə cavab verdi: “ Mən sizin qardaşınızla bağlı kifayət qədər informasiyaya malikəm. Əsl həqiqət qardaşınızın cəsədinin tibbi ekspertizasından sonra məlum olacaq”.
Mən isə PX-nin rəisinə bildirdim ki, günahkarların haqlı cəza alması üçün mən hətta qardaşımın cəsədinin eksqumasiya olunmasına da razıyam.
Nazir müavini isə əvəzində bildirib ki, hazırda Qaradağ rayon prokurorluğu istintaq aparır, mən özüm də xüsusi araşdırma aparıram, yəqin ki, yanvarın 15-dək ortada obyektiv nəticə olacaq.
Simuzər Babayeva isə qafqaznews.org-a bildirib ki, mən nazir müavinin dediklərinə inanmıram, güman ki onlar işi bağlamaq istəyirlər.
Həqiqətənmi, Mədət Quliyevin dediyi kimi məhkumu dubinka ilə cəzalandırmaq olarmı?
seide 1 Məhkumun ölümündə şahid olanlara təzyiq edilir? FOTOBu suala hüquq müdafiəçisi Səidə Qocamanlı belə cavab verdi: “ Mədət Quliyev düz demir. Nəzarətçilərin məhkuma qarşı dubinka tətbiq etmək hüququ yoxdur”.
Səidə Qocamanlı onu da bildirib ki, Ədliyyə Nazirliyinin nəzdindəki İctimai Komitə bu məsələ ilə bağlı xüsusi araşdırma aparmalıdır. İctimai Komitənin digər üzvü Səadət Bənənyarlı isə qafqaznews.org –a bildirib ki:“ Mən özüm araşdırma aparmışam. Və məlum olub ki, məhkum nəzarətçilərlə deyil, digər məhkumlarla dalaşıb, nəticədə karserə düşüb və orada ölüb. Mərhumun yaxınları narazıdırsa, İctimai Komitəyə müraciət eləsinlər”Onun fikrincə əsl həqiqət ancaq tibbi ekspertizadan sonra məlum ola bilər.

Hüquq müdafiəçisi İradə Cavadova isə qafqaznews.org-a bildirib ki, Mədət Quliyevin dediklərinə məəttəl qalıb: “ PX-nin əsasnaməsində yazılıb ki, ancaq qiyam vaxtı dubinka tətbiq edilə bilər”.
İradə Cavadova Səadət Bənənyarlının dedikləri ilə razılaşmayıb: “ Azərbaycanda hələ heç bir tibb ekspertiza güc strukturlarının verdiyi işgəncəni təsdiq eləməyib”.
Elçin Behbudov da İradə Cavadovanın dediklərini təsdiq elədi: “ Mövcud qanunvericiliyə görə, ancaq qiyam vaxtı dubinka tətbiq edilə bilər”.
Elçin Behbudov qafqaznews.org-a onu da bildirib ki, bugünlərdə 14 saylı CM-dəki 5 məhkumun qohumları ona müraciət edib: “ Onlar Elşad Babayevlə bağlı hadisənin şahidləri olublar. Araz Quliyev, İlham Hətəmov, Ramil Vəliyev, Anar Qasımlı və Rza Ağalı. Onları susmağa məcbur edirlər. Mən bu barədə ədliyyə naziri Fikrət Məmmədova məlumat vermişəm”.
Elşad Babayevin ölümü ilə bağlı iş Qaradağ rayon prokurorluğunun müstəntiqi Eyyub Bəşirova həvalə olunub.
Biz yuxarıda adları çəkilən 5 məhbusa təzyiqlərlə bağlı müstəntiqə müraciət elədik.
Təəssüf ki, Eyyub Bəşirov sualımıza cavab verməkdən imtina elədi.


14 saylı Cəzaçəkmə Müəssisəsindəki şübhəli ölüm işini kimlər qaranlığa sürükləyir?
14 saylı Cəzaçəkmə Müəssisəsindəki şübhəli ölüm işini kimlər qaranlığa sürükləyir?
14 saylı Cəzaçəkmə Müəssisəsindəki şübhəli ölüm işini kimlər qaranlığa sürükləyir?
14 saylı Cəzaçəkmə Müəssisəsindəki şübhəli ölüm işini kimlər qaranlığa sürükləyir?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru