!["Amma, Nazim, satdın məni" "Amma, Nazim, satdın məni"](/uploads/posts/2016-02/thumbs/1456289893_0001.jpg)
Türkiyənin məşhur müğənnisi Özcan Dəniz və Röya Ayxanı nə birləşdirir?
Gecce.az ATV-yə istinadən məlumat verir ki, bu barədə müğənni, bəstəkar Nazim “10lar” verilişinin kamerası önünə keçərək bildirib:
“Müəllifi olduğum “Dostumsan, yoxsa sevgilim” mahnısı Özcan Dəniz tərəfindən bəyənilib. Bu mahnını yaxın günlərdə Özcan Dəniz ifa edəcək”.
Röya isə cavab olaraq, bunları bildirib:
“Mənə xoşdu. Özcana hallalıq verirəm. Özcan Dəniz mahnını oxusa da, o mahnı yenə də mənimdir. Özcan Dəniz mahnını Türkiyədə oxusun, Bakıda yox. Amma Nazim, satdın məni”.