
DİA.AZ: - Xalq artisti Aygün Kazımovanın bir neçə gün öncə Raufla təqdim etdiyi dueti artıq türk tamaşaçıları tərəfindən də dinlənilməkdədir.
DİA.AZ xəbər verir ki, “Yaraşdın Mənə” klipi artıq “TMB TV”nin TOP 20-liyində paylaşılmaqda və sevilməkdədir.
Qeyd edək ki, Əməkdar artist Röya Ayxan türkiyəli məşhur müğənni və bəstəkar Yıldız Tilbenin repertuarından olan “Ummadığım anda” mahnısına çəkdirdiyi klipdə "TMB TV”nin TOP 20-liyində yer alıb.
