
DİA.AZ: - İddialı fotosessiyası ilə gündəm yaradan aparıcı Humay Muxtarova “Space” TV-də yayımlanan “Onda başladıq” verilişində qonaq olub.
DİA.AZ xəbər verir ki, son zamanlar yayımlanan açıq-saçıq fotolarından danışan Humay onu təhqir edənlərə sərt cavab verib.
“Məndən sonra hamı soyunmağa başlayıb. Ancaq bu o demək deyil ki, kimsə məni təhqir edə bilər. Məni tənqid edənlər getsinlər, “Tarqovı”da ərəblərə nömrə paylayanlara da baxsınlar. Təhqir etmək yolverilməzdir” ,- deyə Humay bildirib.