
DİA.AZ: - Azərbaycanın ən sayılıb-seçilən instagram fenomeni Gülruh Nəcəfova uzun fasilədən sonra yenidən gündəmə gəlib.
DİA.AZ-ın məlumatına görə, xeyli arıqlaması ilə diqqət çəkən G.Nəcəfova bundan sonra "Xalq ulduzu" müsabiqəsinin iştirakçısı, müğənni Nicat Mənsimovla duet oxuyacaqlar.
Yeni işbirlikləri ilə bağlı Gülruh bunları qeyd edib:
“Bu da bizim Nicat Mənsimovla birlikdə sizə deyəcəyimiz xəbər: bu gündən Nicat mənim duet ortağımdır. Bu il bizim ilimizdir. Məni tanıyanlar bilir ki, boş-boş danışmıram. Gözləyin, yeni işlər gəlir. Layihələr, konsertlər...”.
Qeyd edək ki, tezliklə yeni mahnı işıq üzü görəcək.

