
DİA.AZ: - Dekabr ayın 16-da “Romance Hall”da "Mister və Missis kids" model yarışması final mərhələsi keçiriləcək.
DİA.AZ-ın məlumatına görə, gecədə möhtəşəm səhnə tərtibatı, dəbdəbəli poduim, neon işıq effektlərindən istifadə olunacaq.
Tədbirin təşkilatçısı Sədaqət Rəşidqızının sözlərinə görə, final gecəsində balalar 3 yaş qrupunda yarışacaqlar. Final gecəsinin iştirakçıları əsas mükafat – “Mister və Miss kids” və 7 nominasiya uğrunda mübarizə aparacaqlar. Qalibləri peşəkar münsiflər heyəti müəyyənləşdirəcək.