
DİA.AZ: - İstedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev "TET -A TET" layihəsinin qonağı olub.
DİA.AZ-ın məlumatına görə, PR menecer müğənnilərlə işbirliyindən danışıb. O, ən kaprizli məşhurun adını açıqlayıb:
"Çalışdığım məşhur insanların çoxunu azaltmışam və sevdiklərim yanımdadır. Hər səhnə adamının öz kaprizi var. Səhnəyə çıxan ərəfədə onların kaprizini başa düşmək olur. Bir-birimizə etibarımız yarananda isə kapriz itir. Amma ən kaprizlisi Cəmil “STAR”dır".