
DİA.AZ: - Nyu-York Moda Həftəsi çərçivəsində azərbaycanlı modelyer Rüfət İsmayıl 2019-2020 kolleksiyasını möhtəşəm dəfilə ilə təqdim edib.
DİA.AZ xəbər verir ki, "Affair: The Butterfly Effect (Kəpənək təsiri)" kolleksiyasının dəfiləsində podiuma çıxan tanınmış azərbaycanlı model Günay Musayeva qüsursuz bədən quruluşu ilə hər kəsi heyran buraxıb.
Qeyd edək ki, model 6 aydır ki, bu dəfilə üçün hazırlaşıb. O, ciddi şəkildə diet və idmanla məşğul olub.Dizaynerin keçən il Nyu- Yorkda keçirilən moda nümayişində də G.Musayeva iştirak edib.
