
Məşhur azərbaycanlı müğənni Miri Yusif iyunun əvvəlində Yaşıl Teatrda üç günlük solo konsert verəcək.
ONA-nın xəbərinə görə, bu haqda məlumat müğəninin şəxsi İnstaqram-bloqunda yerləşdirilib.
Miri Yusif İnstaqram səhifəsində yazıb: «Əziz ruh əkizlərim, iyunun 7, 8, 9-da Yaşıl Teatrda görüşə hazırsınızmı?! Sizin üçün və sizlərlə birlikdə oxumaq üçün çox darıxmışam».
Qeyd edək ki, keçən ilin iyul ayında da Miri Yusifin Yaşıl Teatrda üç günlük konserti baş tutmuşdu.