
DİA.AZ: - Aparıcı Hüsniyə Məhərrəmova Hind-Çin yarımadasında yerləşən Laosun paytaxtı Vyentyana yollanıb.
DİA.AZ-ın məlumatına görə, şəhərin bazarına yollanan aparıcı oradan fotolar yayımlayıb. O, paylaşımına bu sözləri yazıb: “Bu gün bazarlığa getmişdim – Vyentyanın “Yaşıl bazar”ına. İy, qoxu, üfunət... Hoppanan, uçan, yeriyən, sürünən... Meyvə, tərəvəz, ət, göyərti..
Satan, alan, dilənən, baxan... Toz-torpaq, milçək, antisanitariya... Kasıb-varlı, yetim-yesir...
Həyat! Burada əsl həyat var. Bəzək-düzəksiz, qlamursuz – doğru və səmimi!”.
Qeyd edək ki, Vyentyan şəhərinin əhalisi 750 min nəfərdir.


