
DİA.AZ: - Azərbaycanın "gümüş səsli" müğənnisi Cəmil yeni vətənpərvər ruhda olan layihəsini təqdim edəcək.
DİA.AZ-ın məlumatına görə, müğənni İnstaqramın canlı yayımına girib və ona ünvanlanan sualları cavablandırıb. Cəmil çox vətənpərvər olduğunu deyərək, yeni layihəsini açıqlayıb:
“Çox vətənpərvər insanam. Belə şeylərə önəm verirəm. Hətta bu yaxınlarda Azərbaycana həsr olunmuş mahnı da oxuyacam”.