
DİA.AZ: - "Eurovision 2020" mahnı müsabiqəsi koronavirus pandemiyasına görə təxirə salındıqdan sonra şounun təşkilatçıları onlayn şəkildə konsertlər təşkil etməyə qərar veriblər.
DİA.AZ-ın məlumatına görə, bu barədə müsabiqənin "Tvitter" səhifəsində məlumat verilib.
Müxtəlif ölkələrin nümayəndələri hər cümə günü yarışmanın Youtube kanalında konsertlər verəcəklər.
Müsabiqənin pərəstişkarları çıxış edən ifaçılara sesvermə imkanına da sahib olacaqlar.