
DİA.AZ: - Müğənni Xatun Əliyeva və reper Okan yeni duetlərini təqdim ediblər.
DİA.AZ xəbər verir ki, "Ovsun Olsun" adlanan mahnı, ifaçıların sayca üçüncü duetidir. Onlar daha əvvəl “Tutur-Tutur” və “At getsin” adlı mahnıları birlikdə ifa etmişdilər. Reper Okanın rəsmi youtube kanalında yayımlanan mahnının sözləri Okana özünə məxsusdur.