
DİA.AZ: - Aktyor Elməddin Cəfərov ATV-də efirə gedən seriallarından bəhs edib.
DİA.AZ-ın məlumatına görə, o, bu haqda verilişlərin birində bəhs edərək bildirib ki, artıq mövsüm finalına hazırlaşdıqlarını bildirib. Elməddin qeyd edib ki, yeni mövsümdə tamaşaçılara sürpriz hazırlayıb: "Mövsüm finalı üçün artıq çəkiliş etdik. "Qız atası"nda bir az dəyişiklik olacaq. "Ailəmiz" 180 dərəcə dəyişəcək. Sentyabrda yenidən efirdə olacağıq. İdeyanı dəyişib, ardından aktyorların planını quracağıq".