
DİA.AZ: - Aparıcı Afaq Gəncəli verilişlərin birində qonaq olub. DİA.AZ-ın məlumatına görə, aparıcı şou-biznes əhlindən bəhs edib: “Bəzi müğənnilərlə danışmıram. Hətta blok etmişəm. Amma adlarını açıqlamayacam”.
Afaq aparıcının “Hansı müğənniyə zəng edib desən ki, benzinim qurtarıb, yolda qalmışam. Mənə kömək et” desən gələr? sualına belə cavab verib: “Əməkdar artist Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov və Sevda Yahyayeva mənə kömək edər”.