"Kraliça Yelizavetanın xarakteri mənim öz xarakterimlə tam əksdir"
Tarix: 2-04-2014, 09:14 | Çap et
DİA.AZ xalq artisti Elmira Şabanovanın Milli.Az-a istinadən müsahibəsini təqdim edir: Televiziya teatrı təkcə sırf televiziya rejissorlarının meydanı olmadığı üçün teatr və kino rejissorlarına fərqli imkanlar verir. Televiziya teatrı yaradıcılığında iştirak edən rejissorlar başqa meydanda gerçəkləşdirə bilmədikləri ideyaları teleməkanda realizə edə bilirlər – dramaturji materialın seçilməsində daha azad və sərbəst olurlar. Bu azadlıq və sərbəstlik yalnız rejissorlara deyil, dramaturq və aktyorlara da aiddir. Nəticədə, tamaşaçılar yeni təzahürlərlə tanış olmaq şansı qazanırlar. Əlbəttə ki, televiziya tamaşasını ərsəyə gətirmək üçün rejissorun teatr təhsilinin və təcrübəsinin olması vacib şərtlərdəndir.
Televiziya və ya kinematoqrafın, məsələn, iri plan kimi xüsusiyyəti ilə vəhdətdə isə teatr elementləri televiziya teatrı anlayışını yaradır. Teatr tamaşaları kimi televiziya tamaşaları da əsasən dar məkanlarda, teatr səhnəsini xatırladan kifayət qədər sadə dekorasiyalarda, bəzən interyerlərdə oynanılır. Bu zaman ümumi harmoniyaya və janrın qaydalarına xələl gətirmədən natura çəkilişlərindən də istifadə olunur.
Teletamaşaların daha bir növü telebaletlərdir. Telebaletlər də teletamaşalar kimi məhz televiziyanın qanunlarına cavab verən orijinal yaradıcılıq nümunələridir. Film-tamaşalara həm kinoplyonkaya çəkilmiş teatr tamaşaları, həm də televiziya tamaşaları aid edilir. Lakin bu termin heç də ümumişlək deyil: mütəxəssislər teatr və televiziya quruluşlarını ayırmağa üstünlük verirlər, birinciləri daha çox televersiya, ya da sadəcə tamaşa, ikinciləri isə teletamaşa adlandırırlar.
Maraqlıdır ki, Rusiyanın “Kultura” telekanalı islahatlar dövründə unudulmuş janrlar sırasına keçən teletamaşalara yeni nəfəs vermək niyyətilə 2004-cü ildə 5 çox da böyük olmayan tamaşanı ərsəyə gətirsə də, bu təcrübə televiziya tamaşasının bir janr kimi yeni həyat qazanmasına və yeni quruluşların teletamaşa janrına aidliyinə şübhədən başqa bir reaksiya ilə qarşılaşmadı. Uzun fasilədən sonra ötən əsrin 80-90-cı illərində müxtəlif teletamaşalara, filmlərə, kliplərə çəkilən xalq artisti Elmira Şabanova populyar aktrisalardan biri kimi tanınır. Aktrisa ilə budəfəki söhbətimiz “Teletamaşalar” rubrikası səbəbində oldu. Söhbətimiz zamanı bu və ya digər səbəblərdən arxivdə qorunub-saxlanılmayan tamaşalardan da söz düşdüyünə görə rubrikanın növbəti buraxılışlarında bu mövzunu ayrıca işıqlandırmağa çalışacağıq. Elmira Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.) əvvəlcə aktyorluq (1958-1962), sonra isə rejissorluq fakültəsində təhsil alıb (1969). Ömrünün 30 ildən çox hissəsini bu ali təhsil ocağında pedaqoji fəaliyyətə həsr edib. 2006-cı ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.
E.Şabanovanın filmoqrafiyasında “Avqust gələndə”, “Bədbəxtliyin astanasında”, “Çalışan adam”, “Dairə”, “Əlvida, cənub şəhəri”, “Əsl dost”, “Fəryad”, “Gecə qatarında qətl”, “Gəmi saatının sirri”, “Qafqaz”, “Qəm pəncərəsi”, “Qızlar”, “Qocalar”, “Mirzə Babayev”, “Ötən ilin son gecəsi”, “Özgə vaxt”, “Şahid qız”, “Səhər”, “Son döyüş”, “Sürəyya”, “Təhminə”, “Yoxlama”, “Zirzəmi”, “40-cı qapı”, “İnsanı öldürmək”, “Qaraşın ledinin sonetləri”, “Təkbətək döyüş”, “Kölgə”, “Qapalı orbit”, “Gəlinlər” kimi film və teletamaşalar var. E.Şabanova: - Televiziya tamaşasına dəvət olunmağım ilk dəfə keçən əsrin 78-ci ilində baş verib. Mərhum həyat yoldaşım, kinorejissor Rüfət Şabanovun Cek Londonun “İnsanı öldürmək” hekayəsi əsasında hazırladığı tamaşada Miss Setlif rolunu ifa etmişdim. Tərəf-müqabilim də Həsən Məmmədov idi. Bu tamaşa televiziyanın “Qızıl fond”una daxil edilmişdi. Amma sonralar həmin tamaşanın lent yazısı müəmmalı şəkildə yoxa çıxdı...
1979-cu ildə rəhmətlik Tahir Tahirov Bernard Şounun “Qaraşın ledinin sonetləri” əsərinin televiziya tamaşasını hazırlayanda mənə kraliça Yelizaveta obrazını həvalə etmişdi. Bu obraz mənim üçün çox maraqlı idi. Çünki kraliça Yelizavetanın xarakteri mənim öz xarakterimlə tam əksdir. Ona görə o obrazın üzərində çox zəhmət çəkdim və çox da sevdim onu. O obrazdakı zəhmi, ötkəmliyi özümdə uzun müddət tərbiyə etdim ki, rolum təbii alınsın. Özü də rejissor Yelizavetanı fərqli tərzdə tamaşaçılara təqdim etmişdi. Mən portret oxşarlığını tətbiq eləmək istəsəm də, rejissor dedi ki, yox, mən istəyirəm ki, bu tamaşadakı Yelizaveta gözəl olsun. Təəssüf ki, bu tamaşa da məhv olub. Tahir Tahirov telestudiyadan işdən azad olunmasını qəbul etmədiyinə görə bütün arxivini özü öz əliylə yandırmışdı... 1991-ci ildə Vaqif Əsədovun hazırladığı “nkvdeşniklər”in (SSRİ Xalq Daxili İşlər Komissarlığının işçiləri - red.) əməllərindən bəhs edən “Təkbətək döyüş” tamaşası (müəllif A.Stavitski - red.) da çoxdandır gözə dəymir... Teatr, kino, televiziya təbliğat vasitələri olduğundan insanlara örnək olmalıdırlar. Mən indi də rejissorlardan təkliflər alıram. Amma razılıq vermirəm, çünki ssenarilər çox zəifdir. İndi yazılan ssenarilər başqa ölkələrin, daha çox da Türkiyənin həyat tərzinin yamsılamasıdır. Buna görə də baxımlı deyil, tamaşaçılar öz filmimizə, öz serialımıza baxırlarsa, orada gerçəklikdəki həyatı, istedadla qələmə alınmış süjeti görmək istəyirlər. Rejissora da, aktyora da güc verən mükəmməl ədəbi materialdır. Məsələn, “Gəlinlər”i (əsərin müəllifi M.Atəş, quruluşçu rejissor M.Bədirzadə. 2002) hamı sevdi, bütün sosial təbəqələrə aid olan adamlar. O qədər müxtəlif reaksiyalar eşitdim ki!.. Bir nəfər etiraf elədi ki, o tamaşadan sonra xanımını yaxşıca tənbeh eləyib, başqa bir nəfər dedi ki, “Gəlinlər”ə baxandan sonra xanımının qaynanasına olan münasibəti çox mülayimləşib... - Çəkilişlər vaxtı kadr arxasında qalan hansısa məqamlar yadınıza gəlir? - Oğullarımdan ikisini oynayan Rafaellə Coşqun həm də tələbələrim olublar. Coşqun sakit tələbə olub, Rafael isə bir az dəcəlliyi ilə seçilib. Ailə başçısı olduqları üçün bir dəfə məşqdən əvvəl gəlib dedilər ki, saat beşdə toyda olmalıyıq. Mən də buna etiraz etdim. Dedim ki, əvvəla, məşq vaxtını belə işlərə qurban vermək düzgün deyil, ikincisi, mən, sizin müəlliməniz burada ola-ola belə sözü necə gəlib deyirsiniz? “Gəlinlər” əsərindəki Şərəf xanım obrazını bir az mənə uyğunlaşdırmışdılar. Əsərin orijinalında o, günü həyət-bacada keçən evdar qadındı. Məni bu rola dəvət edəndə düşünüblər ki, xarakterimin təbii çalarları özünü mütləq büruzə verib obrazla uyğunsuzluq yaradacaq, ona görə onu tamaşaçılara keçmiş müəllimə kimi təqdim etmək qərarına gəliblər. Bu tamaşadan sonra Nəsibə xanım Zeynalova mənə zəng edib əsərin özünün də, tamaşanın da, ifamızın da çox xoşuna gəldiyini demişdi, mənim ifamdakı qaynana obrazını xeyli tərifləmişdi. Mən də ustad aktrisanın təriflərindən sıxılıb demişdim ki, nə danışırsınız, Nəsibə xanım, bizim bir qaynanamız var, o da sizsiniz. O da cavab vermişdi ki, respublikada iki qaynana var, biri mənim oynadığım qəddar qaynana, o biri sənin oynadığın müdrik qaynana. - Teleteatr məkanımızın maraqlı tapıntılarına “Qapalı orbit” (əsərin müəllifi A.Laurinçyukas, quruluşçu rejissor R.Həsənoğlu. 1984 ) və “Kölgə” (əsərin müəllifi Ə.Babayeva, quruluşçu rejissor T.Zeynalov. 1985) tamaşalarını da aid etmək olar. Bu tamaşalardakı rollarınız bir-birindən və onlara qədərkilərdən tam fərqli ampluadadırlar. Onların iş prosesi, əks-sədası necə olmuşdu? - “Qapalı orbit”dəki Stella rolundan sonra “Torqovı”dakı dükanların birində bir satıcı qız mənə dedi ki, mənim də falıma baxa bilərsiniz? “Kölgə” tamaşasının ədəbi materialı da, quruluşu da doğrudan da çox maraqlı və qeyri-standart idi. Oradakı tərəf-müqabilim Həsən Əbluc da vaxtilə mənim tələbəm olub. O, teatrda çalışmadığına görə həmişə təəssüflənirdi. Onunla ilk dəfə bu tamaşada tərəf-müqabil olduq. Tamaşadan sonra Ələviyyə xanımla çox gözəl münasibətlərimiz quruldu. Mənim Bənövşəm onu tam qane etmişdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
|