Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                 

"Sual verdi ki, Xoşqədəm xanım, belə həyatdan bezmədiniz?"
Tarix: 14-04-2014, 10:04 | Çap et
"Sual verdi ki, Xoşqədəm xanım, belə həyatdan bezmədiniz?"
Televiziya məkanının ən reytinqli proqramlarından olan “Səni axtarıram” verilişinin efirə çıxmasından 3 il ötür. Proqramın aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı ilə söhbətimizdə müsahibimiz layihənin məramından, statistikasından, işin alınması yönündə çəkilən zəhmətdən və alınan uğurlu nəticədən söz açıb.
– Xoşqədəm xanım, öncə, aparıcısı olduğunuz proqramın 3 yaşının tamam olması münasibətilə Sizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq. Verilişin yaranma tarixçəsindən söz açmağınızı istərdik.
–Təşəkkür edirəm. Bilirsiniz ki, daha öncə “Sən tək deyilsən” layihəsində aparıcı idim. Bu layihəni apardığım müddətdə çoxlu tamaşaçı məktubları gəlirdi. O məktubların böyük əksəriyyəti axtarışlarla bağlı idi. Belə qərara gəldim ki, bu verilişin içərisində 3 dəqiqəlik “Səni axtarıram” rubrikası açaq, bununla da öz itmiş yaxınlarını axtaranlara şərait yaradaq. Beləcə, bu üç dəqiqəlik rubrika sonradan böyük bir layihəyə çevrildi. Elə bir layihəyə ki, bu, artıq dünya televiziyasında böyük bir yeri olan, “Jdi menya” kimi əfsanəvi bir proqramla işlədi, böyük bir əməkdaşlığa imza atdı. Bu bazar günü Azərbaycan tamaşaçıları bizim ilk telekörpümüzü izləyəcəklər. Fəxrlə deyə bilərəm ki, o üçdəqiqəlik bir rubrika bu dərəcəyə gəlib çatdı.
– Proqramın statistikası barədə nə deyə bilərsiniz?
– Deməli, axtarışları yekunlaşan, görüşən, studiyaya çıxarmadan bir-birini tapmalarına şərait yaratdığımız yüzlərlə insan var. Elələri də var ki, gəliblər, verilişin vasitəsilə, amma bizsiz o görüşlər, o zənglər baş verib.
–Necə düşünürsünüz, 3 il üçün bu statistika böyük rəqəmdir, deyilmi?
– Bəli, təsəvvür edin ki, bu, həftədə bir dəfə yayımlanan verilişin nəticəsidir. Elələri olub ki, biz heç onları efirə çıxarmamışıq. Belələri onlarla, yüzlərlədir. Elələri də var ki, axtarışları yekunlaşıb, gəlib bizə təşəkkür edirlər ki, çox sağ olun, biz sizə müraciət edəndən sonra oğlumuz, qızımız tapıldı, ya da zəng etdi. Yaxud da sizin verilişdə bizim şəklimiz getdikdən sonra xəbər aldıq. Yəni, belə faktlar çoxdur. Bir çoxları hələ açılmayıb, mövsüm sonuna qədər açılacaq. Elə də olur ki, birbaşa studiyadan onlarla insana efirdən xəbər vermişik ki, sizin övladınızın, atanızın, ananızın, qohumunuzun axtarışı yekunlaşıb, bizimlə əlaqə saxlaya bilərsiniz.
– Siz neçə illərdir peşəkar jurnalistikadasınız. Amma teleaparıcı olduğunuz son üç ildə verilişinizin sayəsində həm də ulduz oldunuz. Teleulduz olmaq sizin həyatınızda nələrisə dəyişdimi?
– Əslində mən heç vaxt ulduz olmaq istəməmişəm. Bunu tam səmimi deyirəm. Buna ehtiyacım da yox idi. Çünki mən 18 yaşımdan jurnalistikadaydım. İmzam kifayət qədər tanınırdı. Mən “Üç nöqtə” kimi mətbuata səs salan, yarandığı müddətdən 6 ay sonra ilin debütantı, onlarla mükafatın sahibi olan bir qəzetin əsasını qoymuşam. Yəni, mənim ulduzluğa ehtiyacım yox idi. Ancaq televiziya çağırılmamış qonaqdı də (gülür). Baxmayaraq ki, hər zaman deyirəm, mənim üçün ən böyük xoşbəxtlik, ən böyük uğurum qəzetdi. Mən qəzeti, yazılı mətbuatı akademiya hesab edirəm. Ancaq düz vurğulayırsınız, mənim ehtiyacım olmasa da, bu ulduzluq baş tutdu. Lakin inandırım sizi, bunun müsbət tərəflərindən çox mənfi tərəfləri var. İnsanam, nəsə bir fikir yazmaq istəyəndə, hansısa bir status yazanda yoxlamadan, izləmədən, məndən fikir soruşmadan bunu xəbərə çevirdilər. İstər-istəməz mənim həyatım müzakirə predmeti olmaqla yanaşı, həm də bir çərçivəyə salındı sanki. Bu da hardasa azadlığımın bir az qısıtlanmasına, sərhədlənməsinə gətirib çıxardı. Ona görə də mən bu ulduzluğu istəmirəm (gülür). İllər öncə istədiyim şəkildə, istədiyim geyimdə bulvarda gəzirdim, rahat idmanımı edirdim, tennisimi oynayırdım, kimsə mənə yaxınlaşmırdı, kimsə mənə demirdi ki, səni tanıyıram. Bütün bunlar bəlkə də yaxşıdı, şükürlər olsun Allaha. Sadəcə mən öz azadlığıma hədsiz dərəcədə düşkün insanam. Bu baxımdan mənə görə mənfi tərəfi daha çoxdu.
– Hətta geyiminiz və saç düzümünüz belə bəziləri üçün dartışma mövzusuna, bəziləri üçün bir brendə çevrilib...
– (gülür) Halbuki mən heç vaxt nə geyimlə, nə saç düzümü ilə gündəmdə olmaq istəməmişəm. Sadəcə televiziya ilə onminlərin, yüzminlərin, milyonların evinə daxil olduğumuza görə imicimizə, saç düzümümüzə də fikir verməliyik. Parlaq makiyaj, dəbdəbəli geyim mənim üçün heç vaxt önəm daşımadı, sadəcə çalışdım ki, efirdə səliqəli görünüm. Yəni, tamaşaçı qarşısındakı aparıcının geyiminə yox, onun etdiyi əməllərə, söylədiyi fikirlərə, apadığı müzakirələrə diqqət yönəltsin deyə televiziyada necə geyinmək, tamaşaçı önünə necə çıxmaq lazımdırsa, o şəkildə çıxmağa çalışıram. Nümunəvi olmağa cəhd edirəm. İndi bilmirəm, alınır ya alınmır, bunu tamaşaçı bilir, mən yox.
– İtkin düşmüş insanları tapanda, onların yaxınlarını sevindirəndə hansı hissləri keçirirsiniz?
– Bilirsiniz ki, bizim ailəmizdə də axtarılan biri var. Bu gün həyatda olmayan, erkən – 42 yaşında dünyasını dəyişən, bizə atalıq, böyüklük etmiş, bizi bu səviyyəyə çatdırmış böyük qardaşımı itirmişəm. Onun ailəsi olsa da , övladı yox idi (kövrəlir). İllər sonra bizim üçün bir sirr açıldı ki, onun bir qız övladı var. Hər dəfə kiminsə övladını gətirəndə, kiminsə nəvəsini, yaxınını gətirəndə sanki öz qardaşımın övladını tapdım. Sanki illər sonra qardaşımıza qovuşduq. Hələ ki onun axtarışları gedir, bu yaxınlarda yekunlaşacaq inşallah. Bilirsiniz, bəzən atdığımız hansısa bir addım, daha doğrusu, bu verilişdə baş verənlər bəziləri tərəfindən düzgün qarşılanmır. Bu verilişdə sünilik, saxtalıq alınmır, sən nə qədər eləsən də o verilişdə hisslərini cilovlaya bilmirsən. Yəni, demək istəyirəm, hamı bizi tərifləmir ki, tənqid edənlər də var...
–Tənqid demişkən, Xoşqədəm xanım, verilişin çox pafoslu olduğunu da deyirlər hərdən ...
– O tənqidləri mən də oxumuşam. Biri yazır ki, “Səni axtarıram”da göz yaşı çoxdur. Sual verirəm: ata 30 ildən sonra öz övladını tapıbsa, nə etməlidir? Öz uşağımızı bir yerə göndərəndə, bir həftə sonra övladımız qarşımıza çıxanda az qala ürəyimiz dayanır...İnsan 30-50 ildən sonra əzizini tapırsa, reaksiyası necə olmalıdır ki? Biz yaşlı bir atayla 60 ildən sonra qızını qovuşdurduq. Sizcə, həmin an o göz yaşlarına boğulmazmı?
– Həyatınızı riskə atıb qaynar bölgələrdə də olursunuz. Çətin şəraitdə çəkiliş aparırsınız. Bəzən ölümlə burun-buruna dayanmaq, bu çətinliklər sizi usandırmır?
– Azad Azərbaycan Televiziyasının vitse-prezidenti Məqsəd Nura dünən başqa bir ölkədən aeroportdan zəng eləmişdim. İki saatdan sonra zəng elədm ki, Bakıdayam (gülür). Məqsəd müəllim mənə sual verdi ki, sən bu enerjini hardan alırsan? Deyirəm ki, bu enerji deyil, sadəcə işimə olan sevgimdi. Mən sevgi ilə, ruhla yaşayan bir insanam. Sevmədiyim yerdə, sevmədiyim insanın yanında, sevmədiyim işdə ola bilmirəm. Televiziya mənim uşaqlıq arzum idi. Televiziya xəyallarımda hər zaman “bir gün orda olacam” dediyim bir məkan idi. İllər sonra mən bu arzuma çatdım. Digər bir arzum da bu idi ki, hüquqşünas, prokuror, hakim olum, araşdırmalar aparım. “Səni axtarıram” layihəsi ilə iki arzuma birdən çatmışam. Bir tərəfdən çox sevdiyim televiziyadı, digər bir tərəfdə hər zaman arzuladığım araşdırma işidi. Bu layihə konkret araşdırmadı. Hər iki işimdə çox böyük həvəslə, çox böyük sevgiylə işləyirəm. Həmin sevgi məni hər bir yerə qaynar nöqtəyə də, ən gözəl bir məkana da apara bilər. Rusiyada elə qəsəbələrə, elə kəndlərə yolumuz düşür ki...bəlkə də inanılmazdı, amma orda bir qəsəbədə üç gün heç nə yemədim. Ac qaldım, yalnız su içirdim. Bir dəfə daim mənimlə birlikdə səfərlərə gedən operator sual verdi ki, Xoşqədəm xanım, siz artıq belə həyatdan bezmədiniz? (gülür) Dedim nə qədər ki, bu işə sevgiylə yanaşıram, necə ki sevgim bitməyib, bu iş davam edəcək. Sevgi vacib şərtdir. Digər tərəfdən bu verilişlə biz həm də cəmiyyətə mesaj ötürmək istəyirik ki, heç bir insan səhvdən sığortalanmayıb. Əsas odur ki, insan öz səhvlərini dərk edir, anlayır. İstər “Səni axtarıram”da olsun, istər başqa bir yerdə, çıxıb deyirlərsə ki, səhv etmişəm, 30 il əvvəl itirdiyim, baxmadığım, nə bilim, aliment vermədiyim, qayğısına qalmadığım qızımı, oğlumu axtarıram, yaxud da imtina etdiyim ata-anamın arxasınca gəlmişəm-sizcə, bunun nəyi pisdir? Biri səhv edibsə, hamımız onu baltalamalı, uçuruma aparmalıyıq? Bəzən qadına yönələn mənfi münasibəti dəyişmək istəyirik bu proqramla. Harda olurlarsa olsun, bütün qadınlar xoşbəxt olmaq istəyir. Ən güclü qadın da axşam evə gedərkən, tək qalarkən sığınmaq istədiyi bir insanı axtarır. Bu mütləqdir. Necə ki, deyirlər hər bir güclü kişinin arxasında güclü qadın dayanıb, onun əksini də demək olar. Hər bir güclü qadının yanında onu sevən, dəstək duran, dayaq olan güclü bir kişinin olması vacibdir. Şəxsən mən çox xoşbəxtəm ki, hər zaman çətin anlarımda atam-anam, qardaşım, bacılarım- bir sözlə, mənə dəstək olan ailəm var.
– Son sualım: Proqramın birincilik reytinqini qoruyub saxlamaq üçün daha hansı yeniliklərə, dəyişikliklərə imza atmağı düşünürsünüz?
– Üç il reytinqdə birinci olmaq asan deyil. Üç ildə hər ay, hər mövsümdə dəyişdik. Yeni-yeni nələrsə etdik. “Səni axtarıram” mübaliğəsiz, yalansız-filansız üç ildi ki, reytinq cədvəllərində birinci yerdədi. “Səni axtarıram” ailəsi reytinq birinciliyini böyük zəhmət bahasına qazanıb. Biz heç boş oturmuruq, dünən gəlmişəm xaricdən, bir gün sonra təkrar gedirəm. Bir çəkiliş qrupumuz bir az sonra Vladiqafqazdan gəlir, başqa bir çəkiliş qrupu Tümenə yola düşür. Burada çalışan insanların ailəyə, şəxsi həyatına sərf edəcək vaxtı belə yoxdu. Reytinqimizin arxasında belə bir güc, qüvvə var, çalışan, zəhmət çəkən “Səni axtarıram” ailəsi var. Mənim fikrimcə, reytinqdən daha üstün bir məqam var burda, illərdir gözü yollarda qalan insanları bir araya gətirmək, onların həsrətinə son qoymaqla neçə-neçə ailəni sevindirmək, qurmaq, birləşdirmək. Məncə, reytinq budur. Daha bir möhtəşəm dəyişikliyimiz bu bazar “Jdi menya” ilə ilk telekörpümüzdü, biz burda 5 ölkəyə bağlandıq. Bu həftə Şabrandan olan bir kişinin həyat hekayəsini təqdim edəcəyik, ikinci telekörpümüz hazırlanır, bu dəfə daha çox ölkələrlə telebağlantı quracağıq. Yekun nəticə də möhtəşəmdi. İzləməyə dəyər!

"525-ci qəzet"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru