Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                 

Kino Günündə lazımsız adamlar lazımsız adamlara lazımsız mükafatlar verdilər - Emil Quliyev
Tarix: 16-12-2024, 10:38 | Çap et
Kino Günündə lazımsız adamlar lazımsız adamlara lazımsız mükafatlar verdilər
Müsahibim son illər Azərbaycanda çəkdiyi “Pərdə”, “İkinci Pərdə”, “Sonuncu Pərdə”, “Pərdəarxası”, “Körpü”, “Əqrəb mövsümü” kimi film və seriallarla məşhurlaşan kinorejissor, ssenarist, prodüser Emil Quliyevdir.

Gununsesi.info Emil Quliyevlə müsahibəni təqdim edir:

– Emil bəy, söhbətə yaradıcı sahələrin ən yaralı yeri ilə başlamaqda fayda var. Necədir vəziyyət, film çəkmək üçün maliyyə məsələsində çətinlik çəkirsiniz? Bir dəfə demişdiniz ki, imkanlı dostlarım var, onlar pul verir.

-O vaxtlar hə, film çəkəndə elə idi. Amma indi də guya kim məhz kinoya dəstək olur, maraq göstərir ki? Dəstək olurlar bloqerlərə, vaynerlərə.

-Bloqer, vaynerlər özləri də artıq kinoya gəlirlər…

-Hə, elədir. Amma ziyandır. Onlar adətən, iş birlikləri olan sponsorlara müraciət edirlər, sponsor da dəstək olur, sadəcə, qarşılığında istədiyi şeylər ümumi işi məhv edir, beləliklə, ortaya film çıxmır. Baxıram və deyirəm ki, kaş, elə o sponsorlar olmazdı. Çox müdaxilə edirlər. Düşünürlər, pulu ilə deyil? Onu dəyiş, bunu dəyiş, onu göstər, bunu göstər. Belə də kino olar? Mənim açığı, hazırda sponsora ehtiyacım yoxdur. İctimai TV kifayət qədər maliyyə ayırır, sağ olsunlar. “Çilov” filmi çəkdik, bir sponsor var idi, maşın üçün danışdım birinci, verirdilər də. Amma sonra dedim, bunu o adaya aparıb nə ilə əsaslandıracam? Heç nə, axırda da “Qaz 24” götürdüm.

-“Ümid” filminə görə “Ən yaxşı rejissor” mükafatı, “Paradoks” filminə görə Nyu-Yorkda “ən yaxşı film diplomu” mükafatı, o cümlədən “Ana üçün ağla” və.s. Belə baxanda, sizi Azərbaycan filmində uğurlu hesab etmək olar, hə?

-Yox, yox. Onlar heç mükafat da deyil. Açığı, əvvəllər çox gənc idim, kino haqqında çox şey bilmirdim deyə, elə bilirdim, o mükafatlar əhəmiyyətli mükafatlardır. Sonra gördüm ki, bekara şeylər imiş. Onlar uşaq baxçasıdır, dəxilsiz, heç kimin tanımadığı festivallardır. Hazırda festival üçün heç nə çəkmirəm, çəkdiklərimi də göndərmirəm.

-Böyük festevallara gedəcək mövzularınız var heç? Məsələn, adətən, böyük mükafatlar bəşəri dəyəri olan, təbliğata söykənən mövzulara da verilir.

-Bəli, bəlli mövzular var. LGTB filan, propaqanda məqsədli. Açığı, belə şeylərə- mükafatdı zaddı marağım yoxdur.

-Emil bəy, yaradıcı sahələrin bir çox şəxsləri, məsələn, əksər yazıçılar tez-tez oxucu qıtlığından şikayətlənir. Siz necə, tamaşaçıdan narazı deyilsiniz?

-Mənə elə gəlir ki, hə, lazım olan kütləm var, onlara çata bilmişəm. İşlərimə baxırlar. “Əqrəb mövsümü” serialını hamı gördü ki, necə bir tendensiya yaranıb. İstehsalçılar başa düşdü ki, keyfiyyətli çəkəndə baxılır.

-Bəs izləyici səviyyəsi necə? Tutalım, Azərbaycanda daha çox yüngül ədəbiyyat oxunur, filmdə də kommersiya filmlərinizdirmi ən çox izlənilənlər?

-Vallah, qəribədir ki, mənim kommersiya xarakterli çəkdiklərimə baxmadılar, batdı. O cür filmlərin baxılan olması çox normaldır, dünyanın hər yerində belədir, amma nə hikmətdirsə, mənə baxmadılar.

-Yeri gəlmişkən, komediya filmlərinə də tənqidlər səngimir. Deyirlər, məişətdən çıxa bilmirlər. Razılaşsınız? Məsələn, sizin məhsulunuz olan komediya filmlərində necədir vəziyyət?

-Razılaşıram, amma nə çəkək? Məişət mövzuları baxılandır, kommersiya xarakterlidir də. Bu sözləri, tənqidləri hamıya qarşı edirlər. “Çelovek Pauk” kimi qəhrəmanı burada edə bilməzdik axı.

-Reallığa əsaslanırsınız onda? Tarantino deyir, kino reallıqdan gözəldi.

-Başa düşürəm e. Bizdə fantastik olanlar da var. Amma bütün hallarda məsələ tamaşaçını inandırmaqdır.

-Diqqətimi çəkən bir məqam odur ki, daha çox gənc nəsil aktyorlarla işləyirsiniz. Hətta onları çoxu çox da tanınan aktyorlar olmur. Amma baş qəhrəmanlar daha çox məşhurlardır. Burada nəsə xüsusi səbəb var? Məsələn, ola bilər ki, filmin yaxşı olmasının əsas səbəbi rejissor, ssenari işi yox, aktyor işidir, aktyorun məşhur olması, ona görə baxılmasıdır?

-Məşhur dedikləri adamların çoxu axı sonradan tanındılar. Məndən qabaq az qismi əvvəllər də çəkilirdi, amma tanınmaqda çəkdiklərim əsas yer oldu. Dostuq, bir yerdə işləyirik də, nə edək? Birlikdə inkişaf etmişik. Simadan istifadə etmək də normal prosesdi. İndi məşhur olmayanı məşhur edəndən sonra necə? Ümumiyyətlə, qəribə adamlar var, nə edirsənsə et, mütləq bir şey tapıb mız qoyacaqlar.

– Azərbaycanda filmlərin son zamanlar əsas tənqid hədəfi söyüşlərin olmasıdır. Hətta yaşlı aktyorlar da bunu tərbiyəsizlik hesab edir bəzən…

-Söyüşə qarşı olan aktyorların özləri min dəfə söyüş işlədiblər, amma bizə çatanda olmaz? Danışırlar da. Söyüşlü filmlərdə də çəkilib hamısı. Allah mənə göstərməsin ki, özlərinə “korifey” deyən o adamlarla işləyim.

-Belə çıxır, yaşlı nəsil aktyorlara münasibətiniz yaxşı deyil.

-Niyə yaxşı olsun ki? Pisdi. Onlar mənə nə edib? Badalaqdan başqa heç nə etmirlər. Yaşlı nəslin yanına getdim də o vaxt, nazirlikdə otururlar. Dedim, “Pərdəarxası”nı çəkmək istəyirəm, veclərinə olmadı.

-Aranız indi necədir bəs?

-İndi yoxdur, əvvəlki ilə var idi, amma necə olacaq? Ssenarini verdim, götürdülər, veclərinə olmadı. Getdim özüm çəkdim də. Bir dəfə yolum düşdü, ssenarini götürürdüm, dedilər, qalsın, oxuyacayıq. Dedim, a kişi, çəkmişəm e. Həmin o adamlar indi özü yanıma gəlir. Ssenarimi qəbul etməyənlərdir, işsiz qalan kimi yanımda tapırlar özlərini.

-Emil bəy, ARKA-ya münasibətiniz necədir?

-Heç nə, heç bir münasibətim yoxdur.

-Görünür, nəsillərin savaşı gedir sizdə də…

-Yox, o deyil. Amma daha onların bizə, bizim onlara aidiyyatı yoxdur. Hərə öz işi ilə məşğuldur. Demək, Nizami kinoteatrı mənə çatacaq pulu gedib işıqpuluna verib. Bir il gözlədim, axırda bezib bir xırda status yazdım, onda da yuxarıdan çağırdılar ki, bizə aidiyyatı yoxdur, amma niyə elə yazmısan? Dedim, aidiyyatı yoxdursa, niyə soruşursunuz? Bütün hallarda isə pulun bir qismi qaldı. İstəsəm, onları məhkəməyə də verərəm, müqaviləmiz var. Amma baş qoşmuram. Heç qazandığım pul hesabatını vermədilər heç.

-Emil bəy, “Körpü”, yoxsa “Əqrəb mövsümü”?

-“Körpü” mənə daha yaxındır. İstəmirəm e, artıq istəmirəm, çirkli mövzulardan bezmişəm. Uşaqlıqdan buyana nə neqativ var idisə, hamısını filmlərdə verdim, bitdi. Yeddi filmim, beş serialım var. Ölkə tarixində məndən çox çəkən yoxdur.

-Bəlkə elə buna görə sizə təkəbbürlü deyirlər?

-Doğrudan? Elə düşünürlər? Axı elə deyiləm.

-Film sektorunda Emil Quliyevdən yaxşı kim var?

-Kumirim yoxdur, açığı. Amma məndən yaxşı yoxdu, ya var deməyim düz deyil. Bunu tamaşaçı deməlidir. Məsələn, mənimlə rəqabət yoxdur deyə bilərəm. Heç ümumi də yoxdur bu rəqabət. Hərənin bir baxışı var. Eyni səhnəni on rejissor fərqli çəkəcək. Sadəcə, ortaya iş qoymaq lazımdır. Bu işdə mən rəqib də axtarmıram.

-Bir şey də var, siz DİN-in Moskva universitetinin hüquq fakültəsində təhsil almısınız. Bəs niyə kino? Üstəlik də, hələ bir polis kapitanı…

-Bilmirəm. Konkret cavabım yoxdur.

-Vəzifədəsiniz hazırda?

-Xeyr. 20 il polis işlədim. Belə deyim, bizdə hamı polisdə işləyir, kim idi qoyan başqa sahəyə? Var axı elə ailələr, nəsillər ki, hamı bir işin davamçısı olur. Amma bir də görürsən, uşaqlardan biri mütləq lax çıxır. Buradakı o lax da mənəm.(gülür).

-Peşmanlıq var?

-İşdən çıxmağa?

-Hə.

-Peşmanlıq yoxdur, istəyərdim orada qalım. Bilirsinizmi o işin mənə ən çox köməyi nədir həm də? Məsuliyyət. Bu gün mən məsuliyyətə görə uğurlar qazanmışam, işləyə bilmişəm. O iş mənə duruşu öyrədib. İndikilərin çoxuna baxırsan, məsuliyyətsizlik baş alıb gedir. Bu adamlar sonra ailə qurub ata da olur. Ailə institutu buna görə məhv olur da. Hamısı “infantil mamauşaqları”na görə olur. Məsuliyyətsiz adam hər yerdə, hər şeydə belə olacaq. Elə olur da. Maksimum iki il evli qalırlar, işləyə də bilmirlər.

-Bəs yaxşı, bu proseslərə filmlə təsir edə bilirsiniz?

-Əlbəttə, bütün filmlərim belə şeylərin üstündə qurulub. “Pərdə” nə idi? Azad seçim məsələsi. Yaxud, xəyanət məsələləri. Çoxdur belə işlərim.

-İş dünyasında baş verən hadisələri filmə gətirirsiniz? Məsələn, keçmiş rəislər yazıçı olanda əsərlər yazırlar hadisələr barədə.

-Olur, olur. Filmlərdə təcrübəmdən çox şey qatmışam. Həmişə özüm haqqında yüksək danışmamağa çalışıram, amma Əqrəb çıxsın, görəcəksiniz. “Çilov” çəkmişik dedim, o da polisin fəaliyyəti ilə bağlıdır. Bir polis əməkdaşıdır, təkbaşına qalır, özünə aid olmayan işin üstünü açır.

-Yəni, konyuktur olaraq polisin müsbət siması göstərilir?

-Həqiqətən göstərirəm ki, polis olmaq çətindir, məsuliyyətdir. Hamı polisə qarşı hər şey deyə bilir. Bəzən elə şeylər olur ki. Belə mərdsən, belə hər şeyi özün bacarırsansa, evinə oğru girəndə niyə polisə yığırsan? Qəbul edirsən ki, bu gücdür. Onsuz xaos olar.

-Rasim Balayev Azərbaycan Kinematoqrafçılar ittifaqına sədr seçiləndə tənqid olunmuşdu. Deyirdilər, yaşlıdır, yenilikçi deyil. Razılaşırsınız? Yaxud, sizə bu vəzifə təklif edilsə, reaksiyanız necə olardı? Gözləntiləriniz var mükafat olaraq?

-Vəzifə təklif olunsa da, ora getməzdim. Amma adama təsir edən şeylər var. Yeddi film-bunlardan altısı şəxsi filmdir. Bu qədər film çək, iş gör. Bunlar Azərbaycan incəsənətinə yatırım deyil? Nə qədər çarxlar var, filmlər, hələ ortaya çıxmayan xeyli iş. Bunların özü də fərasətimin nəticəsidir. Nə qədər yatırım etmişəm. Azərbaycan kinosu üçün gənc, kinoya aidiyyatı olmayan, diplomu olmayan adam bu qədər işlər gördü. Yaxşı yadımdadır, “Pərdə”-ni çəkəndə deyirdilər, etmə, daşlayacaqlar. Heç bilmirdim, necə olacaq sonu. Hətta bir araya qorxuya da düşmüşdüm. Amma nə oldu? YARAT-ın qabağında yer yox idi, bir neçə seans etdik. Birinci götürmək istəmirdilər ki, baxılmır. Cəmi 60 yerlik zal idi, amma o qədər adam gəlmişdi ki, hamı yerdə oturmuşdu. Düzdü, bunu lokal uğur hesab edirəm, bütün hallarda yenə də işdir də. Pis və ya yaxşı söhbətinə girmirəm heç.

-Emil bəy, sizin üçün əsas şərt nədir: Peşəkarlıq, ya tamaşaçı sevgisi, diqqəti?

-Ancaq peşəkarlıq.

-Bəs peşəkarlıq uğur gətirməsə?

-Gətirəcək. Ürəklə görürsənsə, gətirəcək. Sevmək, məsuliyyət. Kütləvi də olacaq. Geci-tezi var. Öz tamaşaçını tap. Onsuz da, sənə hamı baxmayacaq. Mənə hamı baxır? Yox. Məni sevən, məsələn, Əlixanı sevməyəcək, Əlixanı sevən məni. Belə olur da.

-Siz özünüz necə, sevirsiniz Əlixanı, ya elə Taleh Yüzbəyovu da?

-Bütün işlərini yox. Hər ikisini çox istəyirəm. İş isə başqadır. Düzdür, onların işini müzakirə etməyə mənəvi haqqım çatmır. Amma sevdiyim də var, sevmədiklərim də.

-“Əqrəb mövsümü” serialında bir çox keçmiş filmlərə göndərmələr var idi. Məsələn, rəqs səhnəsi ilə Rasim Ocaqova, “Babamın babasının babası” filminə, Vaqif Mustafayevin “Yaramaz”-ına. Səbəb nədir? İroniya, yeni nəfəslə təqdimat, ya ehtiram, hörmət?

-Məqsədli deyildi. Körpü də Süleymani rəqsi vermişdim. Hiss edirdim ki, belə etmək lazımdır. İkinci Əqrəbdə də rəqs səhnəsi var, möhtəşəmdir. Sadəcə, xoşuma gəldi, etdim. Sizə deyim, mən çəkəndə qəribə şeylər baş verir, vallah. O qədər sevgiylə işləyirəm, bütün işlər də gözəl gedir. Elə bilirəm, çəkən mən deyiləm. Allaha çox inanıram. Bəlkə qəribə səslənər, amma mən işlərimi pula görə etməmişəm. Düşünürəm, uğur da burdan gəlur. Sıfıra düşdüyüm də olur.

-Stimul ölmür? Pul qazanmaq lazımdır axı…

-Ölmür. Axı mənim istəklərim var. Çəkmək istəyirəm. Demək istədiyim şeyləri vizuallıqla deyirəm. Sevirəm də bu işi. Bir il əvvəl mənəvi olaraq pis olmuşdum amma. Mənə elə gəlir, adım it dəftərində də yoxdur. Sadəcə, pis olduğum şeylər var. Kino günündə lazımsız adamlar lazımsız adamlara elə mükafatlar verirlər, baxırsan ki, bu nə idi? Deyə də bilmirsən ki, axı sən nə etmisən? Amma neylirsən, özləri özlərinə hədiyyə verir. 14 ildir çəkirəm. Lovğalıq deyil, amma məndən çox çəkən yoxdur. 14 il ərzində 7 film, 5 serial, 50-yı yaxın qısametrajlı film kim çəkibsə, gəlsin, desin ki, mənəm. Dayanmadan, durmadan çək, amma heç kim səni vecinə almasın…

-Amma bunlar dediyiniz fədakarlıqla tərs mütənasibdir.

-Düz deyirsiniz, lakin söhbət odur ki, layiqli adam olsa, dərd yarı. Adamı yandıran layiqsizlərdir.

-Ad çəkə bilərik?

-Allah aqqı, adlarını bilsəydim, mütləq deyərdim. Demək, Kino Günündə dedilər ki, gəl, diplom veririk. İlahi, o nə idi? Təsəvvür edin, diplomu səhnənin arxasında tezbazar yazıb verdilər. Belə şey olar? Bildiyimiz flomasterlə. Hələ bir dedilər ki, pul da olacaq. Zəng edirdilər, deyirdilər, rekvizitləri ver, pul köçürürürük. Verdim, söhbət onunla da öldü. Bu günə qədər də səs gəlmir. İndi o mükafat adı ilə verilən diplomu videomüsahibə olanda cırıb tullaycam ki, mənə bu lazım deyil. Bu, konkret təhqirdir. Çağırsalar getmərəm, versələr götürmərəm. Azərbaycanı dünyaya tanıda biləcək ssenarilərim var, çəkə bilərəm, çəkəcəm də bəlkə. Amma bunlara görə? Hazırda İctimai Televiziya ilə işləyirəm. Çox rahatam. Oradakı insanlar da, kollektiv də, oranın rəhbəri də. Bu insan işini bilir. Asılacağım yoxdur, onun da bu sözlərə ehtiyacı. Sadəcə, idealdır. Gecə 3-də yığsa ki, filan səhnəni dəyiş, dəyişərəm. O dərəcə. Zor kişidi, işini də bilir. Adekvatdır. Azərbaycanda əsl kinoprodüser odur.

-Kitabla aranız necədir?

-Əvvəllər var idi. Kitabla yatıb, sözün həqiqi mənasında kitabla da dururdum. Vaxtı ilə çox oxumuşam. Moskvada elə mühitə düşdüm, dəhşətə gəldim. Oxumağa orada başladım.

-Niyə müasir Azərbaycan yazıçılarının əsərlərinə müraciət etmirsiniz?

-Oxumamışam. Oxumağa başlayanda dediyimi kimi, Moskvada idim. 2003-cü il idi. Ona qədər ancaq məktəbdə olanlar idi. Univeristerdə görürdüm ki, hamı nəsə danışır, amma başa düşmürdüm. Terminlərlə danışırdılar. Utandım, vallah. Çox yad idilər, elitni cəmiyyət idi. Bizə dərs deyən müəllimlər böyük adamlar idi. Generallar, keçmiş nazirlər və.s Bu cür adamlardan tıhsil alanda çox şeyi başa düşürsən. Amma məktəbdə aldığım təhsil sıfır idi. Beş almaq, univeristetə girmək üçün oxuyurdum.

-Sabah film çəkməsəniz polisə qayıdarsınız?

-İndi də qayıtmaq istəyərəm, amma bəzi şeylər var ki, olmur. Yaşım imkan versə də, film məsələləri mane ola bilər. İkisini bir yerdə aparmaq olmur. Əvvəllər belə idi. İşdə olurdum, paralel də çəkirdim. Çatdırmaq olmurdu.

-Emil Quliyevə görə ən yaxşı üç film?

-“Children of Men”, “Üçüncü Dünya Müharibəsi”, “Cooper Noun”.

-Siyahıda Azərbaycan filmi yoxdur?

-Yoxdur, amma məsələn, yaxşı film olaraq “Bəyin oğurlanması”-nı deyə bilərəm.

-“Bizim Cəbiş müəllim” necə?

-Yox. Ümumiyyətlə, çox filmlərimiz oğurluqdur.”Тихий Дон” Dəli Kür, yox? Yeddi oğul istərəm də “Семь самураев ”. Neynirəm mən bunu? İrana baxın, necə möhtəşəm filmlər çəkir. Məcidinin “Səma uşaqları” məsələn. Möhtəşəmdir.

-Bəs ən yaxşı üç aktyor?

-Azərbaycanda Səməndər Rzayev, Ruslarda Ролан Быков, Amerikanlarda da “Марлон Брандо”. Bizim əslində, çox yaxşı aktyorlarımız olub, amma heyif ki, hamısı yazıq olub, ələbaxan ediblər onları.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru