İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                 

“Balta işi”ndən hər kəs dərs götürsün - ÇAĞIRIŞ
Tarix: 9-03-2025, 13:01 | Çap et
“Balta işi”ndən hər kəs dərs götürsün
“Balta işi” nəhayət yekunlaşıb. İctimaiyyətin bir müddətdir diqqət kəsildiyi məhkəmə prosesi - Xalq artisti Ağadadaş Ağayev və “MedEra” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesində hökm oxunub. Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti hesab edilməklə cəza şərti hesab olunub. Həmçinin A.Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “MedEra” hospitalın mühafizəçisi Nurəddin Cəlilova da Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Nurəddin Cəlilov 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, həmin cəza şərti hesab olunub. Məlumdur ki, xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” hospitalının mühafizəçisi arasında ötən ilin iyul ayında yaranmış qarşıdurma zamanı xalq artisti mühafizəçiyə sarı balta atıb, mühafizəçi də ona ağır fiziki zərbələr endirmişdi. Bu hadisə uzun müddət ictimai müzakirələrin mərkəzində oldu. Xalq artistini qınayanlar da oldu, xəstəliyi ilə bağlı haqq qazandırmağa çalışanlar da. Həmçinin, mühafizəçinin də vəzifə səlahiyyətlərini aşdığı qeyd edildi. İş məhkəməyə qədər uzandı, məhkəmədə isə tərəflər arasında barışıq əldə olundu.

Baş vermiş hadisənin ictimaiyyətə təsiri barədə “Sherg.az"a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi, kulturoloq Aydın Xan Əbilov qeyd etdi ki, xalq artisti, sevilən sənətkar Ağadadaş Ağayevin başına gələnlər görünməmiş hadisə deyil. Demək olar hər həftə çoxsaylı bu cür hadisələr baş verir. Amma hadisə iştirakçıları tanınmış şəxslər olmur və ya çəkiliş edilmir deyə gündəmə çevrilmir, maraq kəsb etmir. Ağadadaş Ağayev məhz tanınmış sənətkar, xalq artisti olduğu üçün onun iştirakı ilə baş vermiş hadisəyə bu qədər böyük maraq yarandı, izləndi, müzakirə predmeti oldu:

- Böyük sənətkarımızın başına gələn bu hadisə göstərdi ki, fərqi yoxdur, dahisən, böyük sənətkarsan, varlısan, kasıbsan, kim olursan ol, qanun qarşısında cavabdeh olacaqsan və məsuliyyət daşıyacaqsan. Çox maraqlı nümunədir və bütün vətəndaşlara nümunə olmalıdır ki, qanunu pozmasınlar. Hadisə baş verdi, kifayət qədər analiz edildi, tənqid edildi. Kaş olmayaydı. Amma olubsa da, mənfi hadisədən də müsbət nələrsə əxz etmək mümkündür. Elm sübut edir ki, təcrübədən, səhvlərdən yararlanaraq onlara düzəliş etməklə bəşəriyyəti irəli aparmaq olur. Düzdür, mən elmlə bilavasitə bu kriminal hadisəni müqayisə etmək istəmirəm, çünki bütün müqayisələr qüsurlu ola bilir.

Kulturoloq qeyd etdi ki, Ağadadaş Ağayev Azərbaycanın görkəmli sənətkarıdır, Azərbaycan dilində xalq, el mahnılarını, bəstəkar mahnılarının səsləndirilməsində onun rolu əvəzsizdir:
- Sovet dövründə dilimiz sıxışdırılan zaman, rus dili təsirinə və sovetin senzurasına qarşı musiqidən, Azərbaycan poeziyasından, dilindən, xalq mahnılarından Ağadadaş Ağayev və onun kimi sənətdaşları kulturoloji müqavimət kimi istifadə edirdilər. Amma xalqın, dövlətin yolunda ən böyük xidmətiniz, rolunuz olsa da, bu, sizə qanunu pozmağa haqq vermir. Bu kriminal hadisə bir daha sübut edir ki, son illərdə cəmiyyətdə mövcud olan gərginlik, ictimai və sosial həyatımızdakı dəyişkənlik sadə insanlarla yanaşı tanınmış insanların həyatında da böyük iz buraxa bilir. Bu tip hadisələr vaxtilə Avropa ölkələrində də baş verirdi. Avropa bu mərhələni keçdi artıq. İnsanlar buna ictimai-sosial sferada gərginliklə yox, məhz bir-birinə hörmət etmək, bir-birinin ağrısını yaşamaq, bir-birinə kömək etmək, insanların sosial problemlərinə həssaslıq göstərməklə nail oldular. Bizdə təəssüf ki, belə deyil. Yolda sürücülərin bir-birinə qarşı aqressiyasından tutmuş, insanların bir-birinə etinasızlığı, qanunu pozanların digərlərinin üzərinə hücum çəkməsi, haqsızın özünü haqlı hesab etməsi cəmiyyətdə hələ də gərginliyin qaldığını göstərir. Biz qəbul edirik ki, bir sistemdən digərinə keçmişik, biz qəbul edirik ki, Qarabağ müharibəsi, qaçqın və köçkünlük həyatı yaşayanlarımız olub, ərazilərimizi itirmişik, amma bunların heç biri artıq yoxdur. Torpaqlarımız işğaldan azad olundu, köçkünlər doğma yurdlarına qayıdır, Qarabağda nəhəng quruculuq işləri aparılır.... Şəhərimiz böyüdükcə, modernləşdikcə, bir çox problemlərimiz həll olunduqca, biz varlandıqca, xarici avtomobillərə malik olduqca, vəziyyət düzəlməliydi, Avropanın həm də ictimai etik normaları, sivil davranış qaydaları oturuşmalıydı, biz etik davranış qaydalarına riayət etməliydik. Amma əksini görürük. Gəncləri çox tənqid edirik ki, yaşlılara hörmət qoymurlar, ictimai nəqliyyatda yer vermirlər, amma görürük ki, yaşlılar özünü gənclərdən pis aparmağa başlayıb. Toylarda adətən gənclər dava-dalaş salardı, yaşlı insanlar araya girib sakitlik yaradardı, dalaşanları barışdırardı. İndi əksinədir. Yaşlı adamlar içir, başlayırlar dava salmağa. Hər hansı problemi dillə, sözlə həll etmək mümkün olduğu halda, onu balta ilə həll etməyə çalışırlar. İctimai nəzarət, ictimai qınaq olmalıdır ki, belə hadisələr olmasın. Ağadadaş Ağayev sənət adamıdır, tanınmış şəxsdir, onun kimi digər müğənnilər də hərəkətlərinə, davranışlarına diqqət etməlidir ki, gənclər onlardan ibrət götürsün. Problemi balta ilə həll etməyə çalışacaqlarsa, gənclər onlardan nə ibrət götürəcək? Ağsaqqal, sanballı sənətkar Ağadadaş Ağayev belə hərəkət edirsə, görün gənc müğənnilər, hacılar üstə dalaşan müğənnilərin və digər manısların vəziyyəti nə yerdədir. Biz necə ki texnikanı xaricdən gətiririk, övladlarımızı xarici ölkələrə təhsil almağa göndəririk, ictimai münasibətləri, davranış qaydalarını da ölkəmizdə oturuşdurmalıyıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru