
Qanunsuz olaraq həbs olunmuşdum. Bir məktəb direktoru ilə aramızda mübahisə yaranmışdı. Həmin vaxt isə gerçəklik, əslində, təqdim olunan kimi deyildi.
"DİA-AZ" xəbər verir ki, bu sözləri aktyor, ssenarist, rejissor Rza Rzayev (Drakon) Axar TV-yə müsahibəsində deyib.
“Həmin şəxsin respublikamızda böyük vəzifə tutan bir şəxsə - xalq artistina yazdığı məktub nəticəsində bizim cinayət işinin mahiyyət və məzmunu dəyişdi. Yaxın 1-2 ayda o xalq artistinin adını açıqlayıb, həmin məktubu dərc etdirəcəyəm. O məktub işin mahiyyətini dəyişmişdi. Əslində cinayətkar biz yox, qarşı tərəfdir”, - aktyor bildirib.