![Brillianta avtomobil hədiyyə etdilər Brillianta avtomobil hədiyyə etdilər](/uploads/posts/2014-06/thumbs/1401867734_0001.jpg)
Xalq artisti Brilliant Dadaşovanın Amerikada “Big Apple Music Awards” mükafatı alması ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, mükafatla bərabər müğənniyə 30 min dollar dəyərində pul da verilib. Bu günlərdə isə B.Dadaşovaya “Mercedes” markalı avtomobil hədiyyə edildiyi ortaya çıxıb. O, maşını gizlətməsinin səbəbini belə izah edib:
“Avtomobili Bakıya gətizdirdim. İstədim mediaya da bundan sonra açıqlayım”.
Qeyd edək ki müğənni dünya ulduzları ilə bərabər Nyu-York şəhərinin "Master Theatre" zalında keçirilən möhtəşən "Big Apple Music Awards" mərasimində "Dünya musiqisinə verdiyi töhfələrə" görə mükafatlandırılıb.