Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Bu Şəhərdə" mart arzusuna çatdı
Əsas Səhifə > Şou-biznes > "Bu Şəhərdə" mart arzusuna çatdı

"Bu Şəhərdə" mart arzusuna çatdı


3-03-2020, 15:19
"Bu Şəhərdə" mart arzusuna çatdı
DİA.AZ: - “Bu Şəhərdə” komandası ənənələrinə sadiq qalaraq bu il də 8 Mart Beynəlxalq Qadınlar bayramı günündə konsert verməyə hazırlaşır.

Aylardı yeni səhnəciklər və ssenarilər üzərində çalışan komandanın ssenaristi Müşfiq Abbasov DİA.AZ saytına baş tutacaq konsertləri haqda açıqlama verib: “Konsertin adı “CanaVar” dır. Kimin üçünsə canavar, kimin üçünsə “Cana” “var” anlamına gəlir. Sosial, ailə-məişət mövzuları olacaq. Ənənəyə sadiq qalara toy səhnəciyimiz olacaq. Artıq yeni parodiyalar üstündə çalışmışıq. Bunlardan Roza Zərgərli, Nazilə Səfərli, Elza Seyidcahan, Könül Kərimova, Cabbar Musayev, Teymur Mustafayev və böyük sənətkarımız Nəzakət Məmmədova hədəfimizdədir. Ailə səhnələri ilə yanaşı, məmurla bağlı maraqlı bir səhnəciyimiz də var. Biz artıq fevralın 29-dan martın 1-i və 2-si Sumqayıtda konsert proqramıyla çıxış etdik. Martın 4,5,6,7,8-i Bakıda çıxış edəcəyik. Ayın 14-ü və 15-i Naxçıvana, 27-si Xarkovda, 29-u Kiyevdə tamaşaçılarımızla görüşəcəyik”.

Geri qayıt