Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Əsas Səhifə > Şou-biznes > “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”

“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”


Bu gün, 11:16
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu tez-tez qalmaqallarla gündəmə gəldiyi üçün qardaşı, Əməkdar incəsənət xadimi Baba Vəziroğluya şikayət edilməsinə etirazını bildirib.

A.Vəziroğlu Pravda.az-a açıqlamasında deyib ki, Baba Vəziroğlu orta xətdədir, hamısının gözü onu görür.

“Həm də yumşaq adamdır, nə desələr, deyir ki, “başına dönüm, Anar uşaq deyil ki, mən ona nə deyim?” Sözlərini yumşaq mənada deyir. Mənə zəng etməzlər axı. Bilirlər ki, sərt şəkildə yerlərinə oturduram. Mənim 68 yaşım var, Babanın 70 yaşı. Aramızda nə qaldı? İki bayram. Bunlar öyrəncəlidirlər. Baba yumşaq adamdır deyə ondan şeirləri alırlar, mahnıları qoşurlar. Havayı yerə. Bir gün Xalq artistlərindən biri dedi ki, mənim mahnımı filankəs oxuyub. Sonra evə zəng etdilər ki, bu nə deməkdir? Dedim ki, sən o Xalq artistindən soruş, mahnını ona satmısan, ya yox? Soruşdu, o da dedi ki, yox, satmayıb. Bunlar öyrəşiblər. Hamı çıxıb Babanın yazdığı mahnılara deyir ki, “mənim mahnımdır”. Şair bir kənarda qalır, bəstəkar bir kənarda. Nə var, nə var, 2 min pul verib. Ac şairi tapıblar. Bunların ən zəif cəhətləri budur ki, mən danışdıqca, kiminsə üstünə getdikcə Babaya zəng edirlər. Deyirlər ki, sənin qardaşın belə... Ay balam, daha Baba açıqlama verdi ki, bu adam belədir, Anarı təpiyimin altına salası deyiləm axı. Nə etməlidir? Məni danlamalıdır? Hərdən deyir ki, qınanılası verilişlərə getmə. Yenə də deyirəm ki, mənim öz ağlım, öz başım... Düzdür, Baba müəllimin yanında adicə qız adı çəkməyə qorxuram. Amma bilirəm ki, müğənnilər yumşaq tərəfini tutublar, Baba müəllim belə gəldi, elə getdi. Anar müəllimi isə deyən yoxdur, çox qəribədir. Baba müəllimə tanınmış müğənnilər, onunla dost olanlar zəng edirlər, mənim barəmdə ürəklərini boşaldırlar. Mənimlə danışa bilmirlər, çünki birdəfəlik rədd edirəm. O gün də bir qız zəng edib, mənə deyir ki, sən efirdə ssenari oynayırsan. Dedim, elə olsaydı, nə var idi ki? İndi ortada olardım. Bədəxtliyim budur ki, susa bilmirəm. Danışanda sözlərini kəsirəm, deyirəm ki, belə deyil. Mən söz adamıyam, filologiya üzrə fəlsəfə doktoruyam. Sənin oxuduğun mahnıdan görünür ki, qandığın “qrafa” yoxdur. Bunu açıq deyirəm. Meyxananı gətirib xalq mahnısına çeviriblər. Az qala televiziyada rinqə çıxırlar. Elin qızısan, müğənnisən, ortadasan. Bir-birilərinə hədə-qorxu gəlirlər, nədir, nədir, pulları var. Hörmətli hökumət bunları eşitmir? Çağırıb pullarını alsın, özlərini də salsın içəri. Anası məşhurdur deyə guya qızı da məşhurlaşır. Başlayıblar efirdə hamını yıxıb-sürüməyə. Abır-həya yoxdur. Abırlı kişidən, abırlı qadından həmişə nümunəvi övlad çıxıb...”

Geri qayıt