Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Müəllim kimi təqdim edilən müğənni sertifikasiyadan kəsilibmiş
Əsas Səhifə > Şou-biznes > Müəllim kimi təqdim edilən müğənni sertifikasiyadan kəsilibmiş

Müəllim kimi təqdim edilən müğənni sertifikasiyadan kəsilibmiş


31-03-2025, 09:52
Müəllim kimi təqdim edilən müğənni sertifikasiyadan kəsilibmiş
Sosial şəbəkələrdə "gənc müğənni" kimi təqdim edilən İsmət Səfərovun Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbinin müəllimi olması ilə bağlı məlumatlar yayılıb. Onun müəllim adına uyğun olmayan hərəkətləri qəzəblə qarşılanıb.

Modern.az mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Səfərov Qismət Sərraf oğlu hazırda Lənkəran rayonu N.Həsənov adına Şıxakəran kənd tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərmir.

Qeyd edilib ki, O, 2024-cü ildə öz ixtisası üzrə təhsilverənlərin təkrar sertifikasiya imtahanında iştirak edib, lakin uğur qazanmayıb. Bu səbəbdən ötən il müqaviləsinə xitam verilib.

Geri qayıt