Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

QƏRİB MƏMMƏDOVUN «KORRUPSİONER OVU»
Tarix: 2-11-2011, 16:34 | Çap et
QƏRİB MƏMMƏDOVUN «KORRUPSİONER OVU»

KOMİTƏ RƏHBƏRİNİ GORANBOYA HANSI TELLƏR BAĞLAYIR?

DİA.AZ: - Bu ilin fevral ayının 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov da həmin ərəfədə startı verilən və az-qala bütün dövlət strukturlarının cəlb olunduğu antikorrupsiya tədbirlərinə öz töhşvəsini verdiyini bəyan etdi. Qərib Məmmədov bildirdi ki, həmin tarixdən etibarən onun rəhbərlik etdiyi DTXK-də korrupsiyaya qarşı mübarizə üzrə komissiya yaradılıb və “qaynar xətt” fəaliyyət göstərir.

“Vətəndaşlar üzləşdikləri neqativ hallarla bağlı həm komissiyaya, həm də “qaynar xətt”ə müraciət edə bilərlər. Məqsədimiz korrupsiya və özbaşınalığa səbəb olan amilləri kəsməkdir”. Bunu da Qərib Məmmədov söyləmişdi və əminliklə bildirmişdi ki, artıq bələdiyyələrin özbaşına torpaq satmasına son qoyulub: “Bilirsiniz ki, artıq torpaqlar hərraclarda satılır”.

Amma heç kimə sirr deyil ki, Azərbaycanın demək olar ki, bütün bölgələri nazirlər, komitə rəhbərləri, millət vəkilləri tərəfindən bölünüb. Hər kəs bilir ki, filan bölgə filan nazirə aiddir və burada yalnız o nəzarət edə bilər. Bir sözlə, hər bir sahənin nəzarəti olduğu kimi rayonların da nəzarətçiləri var. Hörmətli oxucular dünən axşam saatlarında aldığımız məlumat çox maraqlı olduğu üçün sizlərə də çatdırırıq.

Belə ki, Goranboydakı etibarlı mənbədən aldığımız məlumata görə, sən demə, Goranboy rayonu Dövlət Torpaq Komitəsinin rəhbəri Qərib Məmmədovun nəzarətində imiş. İstədiyi qədər torpaq satan, istədiyi obyekti burada çox asanlıqla ucaldan Qərib Məmmədovu Goranboya bağlayan tellər barədə bir qədər sonra.

Hələliksə hörmətli komitə rəhbərinin rayondakı iş fəaliyyətindən danışaq. Məlumata görə, rayonda aparılan tikinti, abadlıq işləri komitə rəhbərinin nəzarəti altında həyata keçirilir və onun icazəsi olmadan bir addım belə atıla bilməz. Tikinti, abadlıq işlərinə də öz adamlarını nəzarətçi təyin etdirən Qərib Məmmədov bu şansdan istifadə edərək, özü üçün çox bahalı obyektlər də tikdirməkdən çəkinmir. Bütün bunlar azmış kimi, dövlət hesabına tikilən, dəyəri milyon manatlarla ölçülən yeni tikililəri satmaq üçün yollar axtarır.

Belə ki, etibarlı mənbənin məlumatına görə, Qərib Məmmədov bu dəfə satmaq üçün rayonda fəaliyyət göstərən və dövlət balansı hesabına tikilən "Goranboy Hotel"i hədəfə alıb. Məlumata görə, komitə sədri hoteli 5 milyon manata satmağa çalışır. Etibarlı mənbə onu da qeyd edir ki, bu hotelin avadanlıqları xarici ölkələrdən gətirilib və hotel çox yüksək standartlara uyğun təmir olunub. 10 hektara yaxın ərazisi olan hotelin yerləşdiyi məkan isə ən bahalı ərazi sayılır.

Lakin mənbə onu da bildirir ki, komitə sədrinin iştahası bununla küsmür. Mənbə əlavə edir ki, hazırda rayonda Naftalanda məskunlaşan məcburi köçkünlər üçün 15 binanın tikintisi nəzərədə tutulur ki, artıq o binalardan 5-nin açılışı olub. Bildirilir ki, bu işlərə Qərib Məmmədovun adamı Qulam adlı şəxs rəhbərlik edir. Mənbə bildirir ki, Qərib Məmmədov bu binalara da göz dikib və tikinti işlərinin tamamlanmasını gözləyir.

Qaldı ki, Qərib Məmmədovu Goranboya bağlayan tellərə mənbəmiz bu barədə də ciddi bilgilərə malikdir. Sadəcə onu deyək ki, komitə sədrinin bu rayona doğma edən ciddi səbəblər var. Yəni rayonla Məmmədovun yaxın qohumluq əlaqələri mövcuddur. Hətta o da bildirilir ki, 30 illik təcrübəsi olan Qərib Məmmədovu məlum posta qədər gətirib çıxaran "bazarkom" Şükufə xanımın komitə sədrinə dəstək durması, canfəşanlıq etməsi də təsadüfi deyil.

İndi isə gələk yuxarıdakı xatırlatmamıza. Yəni Qərib Məmmədovun korrupsiya ilə mübarizə üçün komissya yaratmasına. Hər halda, yuxarıda sadalanan faktlar da sübut etdi ki, əslində özü Ən böyük korrupsioner olan bir komitə rəhbərinin korrupsiya ilə mübarizəsnin hər hansı effektinin olması qeyri-mümkündür. Və bu belə də oldu. Gözlənilənlər özünü doğrultdu. Fevral ayının 7-dən etibarən DTÇK-də yaradılan korrupsiya ilə mübarizə komissiyası hansısa korrupsiya faktının aşkara çıxarılması istiqamətində bir addım belə atmadı. Hər halda, kimsə iddia edə bilməz ki, cənab Qərib Məmmədovun rəhbərlik etdiyi struktur aydan arı, Sudan durudur…

Bu məsələ ilə bağlı redaksiyamıza danışan mötəbər qaynağın sözlərindən məlum olur ki, Qərib Məmmədov hətta özü belə bir bir komissiyanın yaradıldığını unudub: «Çünki 7 fevral tarixində bu günə kimi komissiya bir dəfə də olsun yığışmayıb, iclas keçirməyib. «Qaynar xətt» isə simvolik mahiyyət daşıyır. Çünki edilən müraciətlərə təxminən eyni cavablar verilir: «Baxarıq», «Araşdırarıq», «Məsələ diqqətimizdədir». Belə olan şəraitdə isə Qərib Məmmədovun hansısa addımı atmaması heç də təəccüblü deyil».

Mənbə bildirir ki, Qərib Məmmədov «artıq bələdiyyələr torpaq sata bilmir» şəklində açıqlama verməklə yeni ortaqlarının adını da nişan vermiş oldu: ƏDLİYYƏ NAZİRLİYİ. Məlum olduğu kimi, torpaqların satışı ədliyyə nazirliyinin müvafiq qurumlarının nəzarəti altında hərraca çıxarılır. Bu barədə aldığımız informasiyada isə qeyd olunur ki, artıq bələdiyyələrin torpaq satışı biznesindən uzaqlaşdırılması nəticəsində Qərib Məmmədov da Fikrət Məmmədovun idarəsi ilə şərikli torpaq alveri ilə məşğuldur.

Mənbənin bildirdiyinə görə, DTXK-nin bu günə qədər korrupsiya ilə mübarizəyə hər hansı tövhə verə bilməməsi də onun rəhbərlik etdiyi kadr bazasına münasibəti ilə bağlıdır: «Qərib Məmmədov kənar bir adamı yaxın da buraxmır. Başına yığdıqları ya qohumları, ya dostları, ya da qohumlarının dostlarıdır. Kənar bir şəxslə çalışmayan Qərib Məmmədovun bu gün bir nəfəri belə «korrupsioner» adı altında qurban verməsi qeyri-mümkündür. Məsələn, Misir Mərdanov heç olmasa Orxan Kərimovu qurban Verdi. Yəni qurbanlıq fiqur tapdı. Amma Komitə rəhbərinin belə bir namizədi də yoxdur».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru