Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                 

"AZƏRBAYCAN" QƏZETİ NAZİRLƏRİ "VURDU"
Tarix: 3-11-2011, 10:51 | Çap et
"AZƏRBAYCAN" QƏZETİ NAZİRLƏRİ "VURDU"

HAZIRIN NAZİRLƏRİ...

Daxili telefonun qəfil zəngi aranı qarışdırdı, hamı bir-birinə dəydi. Buraxılış şöbəsinin əməkdaşı əlindəki qələmi kənara ataraq mühafizə polisi ilə birlikdə qəbul otağına toplaşanları qova-qova bayıra çıxarmağa, binanın əsas giriş qapısında keşik çəkən digər mühafizə polisi isə tələm-tələsik ətrafı avtomobillərdən təmizləməyə başladılar. Elə bu an yuxarı mərtəbədən qaça-qaça boynu qalstuklu iki nəfər düşdü - biri giriş qapısında, digəri liftin qarşısında farağat vəziyyəti aldılar.

Xeyir, bu binada işləyənlərin fövqəladə vəziyyətlərdə sayıqlığını yoxlamaq üçün keçirilən təlim deyildi, sadəcə, "cənab nazir" (sədr, rəis, baş direktor və digərləri, fərqi yoxdur) işə gəlirdi... Və yəqin ki, ara-sıra hansısa nazirliyə, komitəyə, digər mərkəzi icra orqanlarına yolu və işi düşənlər belə hadisə ilə az qarşılaşmayıblar. Bəli, nə qədər qəribə də olsa, bu gün bizdə bəzi nazirlərin, sədrlərin, rəislərin, baş direktorların gündəlik vəzifə borclarını yerinə yetirmək üçün işə gəlmələri əsl hadisəyə çevrilir. Hələ onların xüsusi cangüdənlər saxlamasını, xidməti avtomobillərinin müşayiət olunmasını və başqa görünməmiş mühafizə tədbirlərindən istifadə etmələrini demirik. Bu cür "atribut"lar artıq çoxdan onların iş və həyat tərzinin ayrılmaz hissəsidir. Sıravi məmurlardan seçilmək, sadə camaatdan qorunmaq üçün... Baxmayaraq ki, birbaşa vəzifələri sıravi məmurlarla birlikdə sadə camaata xidmət etməkdir.

Ulu öndər Heydər Əliyevin müşavirələrin birində nazirlərin işdəki davranışına özünəməxsus tərzdə şirin yumorla tutduğu iradı yəqin hamı xatırlayır. "Evdə həyat yoldaşına çay süzdürə bilməyən kabinetinə çay gətizdirir". O vaxt elə nazir qalmadı ki, əhali Prezidentin kimə işarə vurduğunu ona aid etməsin. Bu, Heydər Əliyevin xalqın ürəyindən tikan çıxaran, ilk baxışdan adi, əslində isə rəhbər işçilərə necə işləmək lazım olduğunu anladan növbəti, sözün hər mənasında böyük dərs idi. Məhz bu zarafatla deyilmiş gerçək iraddan sonra yüksək çinli məmurlar davranış və iş qrafiklərinə "redaktə"lər etdilər, tez-tez yerlərdə oldular, əhali ilə mütəmadi görüşməyə, insanların dərd-sərini, problemlərini öyrənməyə, cavabdehlik daşıdıqları sahələrə daha məsuliyyətlə yanaşmağa başladılar. Başlıcası isə istər işdə, istərsə də kənarda hər cür lazımsız təm-təraqdan, qanunsuz imtiyazlardan imtina etdilər.

Bu, ulu öndərin rəhbər işçilərdən tələbi idi və həmin tələbə əməl etmək, Prezidentlə ayaqlaşmaq məcburi sayılırdı. Çünki bu, onlar üçün müəllimi Heydər Əliyev olan həm də bir dərs idi, o dərs ki, onu öyrənməmək mümkün deyildi, əks halda, sıradan çıxmaq ehtimalı var idi.

Prezident İlham Əliyev də məmurlara dərs keçir və onun adı şəxsi nümunədir. "Prezident kimi həm mən, həm bütün dövlət məmurları, bütün icra başçıları, bütün nazirlər həmişə insanlara xidmət etməliyik. Xüsusən o insanlara ki, onların bu diqqətə, bu yardıma böyük ehtiyacları var... Bir daha demək istəyirəm ki, biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik". Həqiqətən, indi az dövlət başçısı tapılar ki, İlham Əliyev qədər ölkənin regionlarına səfərlər etsin, camaatla görüşsün, böyüklü-kiçikli obyektlərin təməlini qoysun, açılışını etsin, əhalinin problemlərini öyrənib onların aradan qaldırılması üçün operativ tədbirlər görsün. Odur ki, bu gün ölkədə Prezidentin gəlişini gözləməyən rayon mərkəzi, qəsəbə, kənd tapmaq çətindir. Çünki dövlət başçısının hər səfərinin bu və ya digər bölgənin abadlığı, problemlərinin həlli olduğunu hamı yaxşı bilir. Və hamı onu da yaxşı bilir ki, əl çatası, üz tutulası, müraciətin əvəzində konkret əmələ söykənən cavab alınası elə Prezidentdir.

Görəsən, niyə? Axı o işlər ki indi Azərbaycanda görülür, hamının, o cümlədən əhalinin gündüz çıraqla axtardığı yüksək vəzifə sahiblərinin də üzünün ağlığıdır. O sosial-iqtisadi tədbirlər, layihələr ki, bu gün ölkəmizdə reallaşır, elə bir nazirlik, komitə, ASC və digər mərkəzi icra qurumları yoxdur ki, onların fəaliyyət sahələrini əhatə etməsin. O yenilik, abadlıq, inkişaf ki, dörd yanımızı əhatə edir, elə bir adam yoxdur ki, onları dansın, görməsin. Belə halda xalqın yanına gəlmək, onunla ünsiyyət qurmaq, onu eşitmək, sevincini bölüşüb probleminin həllinə yardımçı olmaq nə çətin işdir ki, nazirlər, sədrlər, rəislər ondan qaçırlar?! Bu gün camaat yüksək çinli məmurların əksəriyyətini ya tədbirdən tədbirə televizor ekranlarında görür, ya da haqlarında qəzet səhifələrində oxuyurlar. Onlarla üzbəüz görüşmək demirik, təsadüfən rastlaşmaq da ehtimalı yox dərəcəsində olan hadisələrdəndir. Hətta baxmayaraq ki, ayda bir dəfə qəbuluna gələnləri dinləyib tədbir görmək onların birbaşa vəzifə borclarına aiddir, onu da etmirlər. Ən yaxşı halda qəbulu müavinləri keçirirlər. Onların da ki, adətən, "birinci"dən xəbərsiz oturduqları stulun yerini dəyişməyə belə səlahiyyətləri olmur. İndi gəl, dərdinin çarəsini tap.

Yaxşı, bəs haradadır məsuliyyəti çox, işləri yox bəzi "birinci"lər? Kabinetdə oturmurlar (inanmırsınız, zəng edin, köməkçidən və ya katibədən "yerində yoxdur" cavabından savayı bir söz eşitməyəcəksiniz), yerlərə getmirlər (bir neçə nazirlik istisna olmaqla). Əgər fikirləşirlərsə ki, həftədə bir dəfə poçta baxıb sənədlərə dərkənar qoymaqla, hansısa əcnəbi qonaqla görüşməklə və xarici ölkələrə saysız ezamiyyətlərlə vəzifələrinin öhdəsindən gəlmiş hesab olunurlar, yanılırlar. Yanılırlar ona görə ki, dövrün və dövlətin tələbi fərqlidir və bu fərqin nədən ibarət olduğunu Prezident belə açıqlayır: "Hər bir məmur heç də hamıdan yüksəkdə durmadığını başa düşməli, xalqın iradəsinin icraçısı olduğunu, bir sözlə, cəmiyyətin, dövlətin onun üzərinə böyük məsuliyyət qoyduğunu dərk etməlidir... Əsas tələb ondan ibarətdir ki, hər bir vəzifəli şəxs, hər bir məmur öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsin, öz əməyi, öz zəhməti ilə ümumi işimizə töhfəsini versin, insanlara diqqət, qayğı göstərsin".

Amma insanlara diqqət, qayğı o vaxt olur ki, gərək bunu istəyəsən və xidməti vəzifəni dövlət başçısının bu tövsiyə xarakterli tələbləri çərçivəsində həyata keçirəsən. Yoxsa camaatdan qaçıb gizlənməklə, cavabdeh olduğun sahədəki vəziyyəti yalnız şablon arayışlardan öyrənməklə, yerlərə yalnız, Allah eləməmiş, təbii fəlakət üzündən yaranan fövqəladə vəziyyət zamanı baş çəkməklə (çox vaxt da ayaqüstü) bu nümunədən doğan tələbə cavab vermək mümkün deyil. Elə əsasən ona görə bu gün əksəriyyət məzmunundan asılı olmayaraq qarşılaşdığı hər hansı problemin həlli üçün aidiyyəti icra qurumlarından çox, daha yüksək və səlahiyyətli ünvanlara üz tutmağa üstünlük verir. Bilirlər ki, probleminin aid olduğu qurumda "birinci"nin qəbuluna düşə bilməyəcək. Görüşə biləcəyininsə hansısa problemi yoluna qoymaq səlahiyyəti olmayacaq.

Haradan olacaq ki? Onların özləri "birinci"ni ayda-ildə bir-iki dəfə görsələr yaxşıdır. Çünki bəzi cənab "birinci"lər özlərini təkcə əhalidən yox, tabeliyindəki işçilərdən də təcrid ediblər. Mərkəzi qurumlarından birində xidmət rəhbəri işləmiş tanışım deyir ki, orada "birinci" ilə görüşmək üçün yazılı müraciətlə köməkçiyə müraciət olunmalı, köməkçi həmin müraciəti poçta qoymalı, "birinci" vaxt tapıb poçta baxanda (bəzən bu günlərlə çəkir) ona razılığı əks etdirən dərkənar qoymalıdır. Yalnız həmin "prosedur"lardan sonra qəbula düşmək şansı yaranır. Amma bu şans da o demək deyil ki, görüş baş tutacaq. Dərkənarda göstərilən gün "birinci"nin işdə və ya vaxtı olub-olmaması məsələsi var. Belə şəraitdə kiçik məmurların hansı səlahiyyətindən söhbət gedə bilər. Odur ki, bu cür daxili rejimin hökm sürdüyü qurumlarda çalışan sıravi işçilər yalnız kargüzarlıqla və bir pillə yuxarıdan verilən tapşırıqların müzakirəsiz icrası ilə məşğul olurlar. Düzdür, bu, onların birbaşa vəzifə borclarına daxil olan fəaliyyətdir. Amma bir məsələ də var ki, belə anormal mühitin hökm sürdüyü yerlərdə işçilərin təşəbbüskarlığı olmur, olsa da ona əhəmiyyət verilməyəcəyi səbəbindən üzə çıxarılmır və beləliklə, adətən, gənclərdən ibarət sıravi məmurlar, türklər demiş, "şunu aparıb, şunu gətirən" robota çevrilirlər. Bunu qəbul etməyənlər, perspektivsiz məşğuliyyət sayanlarsa öz bilik və bacarıqlarının, enerji və təşəbbüslərinin realizəsi mümkün olan işə, xüsusən özəl sektora üz tuturlar.

Amma bəzən özəl sektordakı vəziyyət də bundan çox fərqlənmir. Oturuşmuş, özünü "tutmuş" şirkət və holdinq rəhbərləri arasında özlərini bayramdan-bayrama, tədbirdən-tədbirə görünüb tez də yoxa çıxan bəzi "birinci"lər kimi aparanlar az deyil. İki-üç qat ratsiyalı mühafizəçiləri öz yerində, yaxın ətrafları vasitəsilə uzaq ətrafdan təcrid olunmaları da bəzi yüksək çinli məmurlarındakından geri qalmır. 3-4 il əvvəl jurnalistikanı tərk edib tanınmış holdinqlərin birində məsul işə düzəlmiş keçmiş həmkarımla bu yaxınlarda təsadüfi görüşümüz zamanı dedi ki, indiyəcən holdinqin sahibinin nə üzünü görüb, nə də səsini eşidib.

Elə çıxmasın ki, biz böyük layihələrlə məşğul olan özəl şirkət rəhbərlərinin iş-gücünü atıb bütün vaxtlarını tabeliyindəki əməkdaşlarla görüşlərə həsr etmələrini məqbul sayırıq. Əsla belə deyil və bunu normal qəbul etmirik. Amma azsaylı bir dəstədən savayı çoxsaylı kollektivə qapalı qalmaq, gözə görünməmək də normal deyil axı... Bəlkə kollektivin arasında təşəbbüskarlığı, bacarığı, savadı ilə seçilən, şirkətə daha çox xeyir verə bilən işçilər var, onlara kim meydan verməlidir? Bəlkə birinin xidməti və ya şəxsi elə problemi yaranıb ki, onu yalnız şirkət rəhbəri həll edə bilər, bu şəraiti kim yaradacaq? Yaxın ətraf bunu etməyəcək. Çünki onların səlahiyyətləri və vəzifələri sırasında həmin "bənd" yoxdur.

Məhz belə özünütəcridin nəticəsidir ki, başqa ölkələrdə imkanlı sahibkarlar, iş adamları cəmiyyətdə üzdə olduqları, mesenatlıqları, sosial sahədə fəallıqları ilə seçildikləri halda, bizdə sanki kölgədə qalıblar, fəaliyyətlərindən kimsənin xəbər tutacağından, sifətlərini kimsənin görəcəyindən ehtiyatlanırlar. Halbuki dövlət bu gün daha çox və haqlı olaraq özəl sektora, iş adamlarına güvənir. Və sözsüz ki, bunun əməli işlə cavabı olmalıdır. Özünü cəmiyyətdən təcrid etmək, xalqdan kənar düşmək tələb edilən cavab deyil, hətta biznes sahəsində böyük uğurlar qazanılsa belə. Ən azından gərəkliyindən asılı olmayaraq heç bir uğurun onun sahibinin xalqdan gizlənməsinə əsas və bəraət verə bilmədiyi üçün.

Məlum olduğu kimi, artıq bir neçə ildir rayon icra hakimiyyətlərinin başçıları inkişaf etmiş ölkələrə ezam edilirlər. Prezidentdən gələn bu təşəbbüsün məqsədi hazırda Azərbaycanın hər yerində böyük vüsət almış tikinti-quruculuq və abadlıq işlərində qabaqcıl təcrübənin öyrənilib tətbiq olunmasıdır. Nəticə artıq göz qabağındadır. Şəhər, qəsəbə və kəndlərimiz indi daha planlı və zövqlə yenidən qurulur.

Bəlkə bundan sonra vəzifəli məmurlarımıza və onlara bənzəmək istəyən iş adamlarına xarici ezamiyyətlər zamanı əcnəbi həmkarlarının camaatla və öz işçiləri ilə davranış, eləcə də məsuliyyət daşıdıqları sahələrə rəhbərlik etmək qaydalarını öyrənmələri də tapşırılsın. Yoxsa onların hətta işə gəlib-getmələri hadisə olmaqda hələ çox davam edə bilər.

Bu yerdə Prezident İlham Əliyevin yüksək çinli vəzifə sahiblərinə xitabən dediyi sözləri yada salmamaq mümkün deyil: "Sizə tövsiyə edirəm ki, öz yerinizdə səmərəli işləyəsiniz. Mövcud olan bütün problemləri həll edəsiniz, insanlara daha böyük diqqətlə yanaşasınız ki, biz ölkəmizi daha da gücləndirək, zəngin və qüdrətli dövlətə çevirək".

"Azərbaycan" qəzeti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru