Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > `Azəriqaz`da nədən EZAMİYYƏ PULLARI KƏSİLİB?
`Azəriqaz`da nədən EZAMİYYƏ PULLARI KƏSİLİB?28-01-2025, 08:28 |
"Neynirlər fəhləni ki?.. 750 manat maaş verirdilər... az qalmışdı hamını çıxardalar. 7 min manat maaş alana mislindən çox pul verdilər, amma yenə də gözləri axtarır ki, görəsən daha nədən pul qazanaq..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında SOCAR "Azəriqaz İB" Laçın rayonu 1_saylı Təmir tikinti quraşdırma sahəsində çalışan Elmin Rəhimov bildirib. Narazı vətəndaş daha sonra əlavə edir: "Sizdən xahiş edirəm ki, öyrənəsiniz: bu "Azəriqaz" İstehsalat Birliyinin Təmir tikinti idarəsinə niyə ezamiyyətlər üçün vəsa8it ayrılmır və yaxud da ayrılırsa, həmin pullar niyə verilmir? Aylıq ezamları həftəliyə çevirdilər... xərclərin azalmasına qənaət edilə deyə... İndi də ümumiyyətlə, verilmir... artıq 1 ilə yaxındır ki, ödəniş kəsilib. Mən şəxsən artıq götürdüyüm kreditləri ödəyə bilmirəm. 700 manat maaşla 5 nəfəri qidalandırım yoxsa, 1100 manat kredit verim? Ailə üzvlərimin hamsının səhhətində problemlər var. Heç olmasa fəhləyə də baxın, diqqət edin... Vallah, bu dünyadan insanın gedəndə tək aparacağı rəhmətdir ki, onu da qazanmağa hər adamın insanlığı gərək çata..." Geri qayıt |