“MƏNİM SƏNƏTİM NAXƏLƏFDİR”
Tarix: 5-11-2012, 09:14 | Çap et
KƏMALƏ HÜSEYNOVA: “GET... ÜZÜNÜ ÇEVİR GET...”
Əməkdar artist Kəmalə Hüseynovanın Milli.Az-a müsahibəsi.
- Kəmalə xanım, gününüz necə keçir?
- Günüm yaxşı keçir, şükür Allaha şikayətim yoxdur. Şikayətlənməyə heç haqqım da yoxdur. Düzdür, axır vaxtlar yalnız işim olanda teatra gəlirəm. Yeni tamaşa, hələ ki, yoxdur. Demirəm ki, boş vaxtlarımda gəlib otururam teatrda. Heç boş vaxtım da yoxdur. Dublyaj, məşq, çəkiliş, olanda tamaşa, olanda məşq, bax belə günüm keçir. Hərdən yatmaq üzünə həsrət qalıram, yuxusuzluqdan, vaxtın olmamasından şikayət edirəm. Çoxdandır bədənimin diktə etdiyi qədər yatmamışam, böyük yuxusuzluq var məndə.
- Geriyə qayıdıb nostalji anlar yaşamağı sevirsiniz?
- Yox, qətiyyən keçmişə qayıtmaqı sevmirəm. Heç vaxt... Heç bir santimertrdə geri qayıtmağı istəmirəm. Ömrümün sonuna kimi bu gün ilə qalaram, gələcəyə ümidsizliyin içində yaşasam belə, geri qayıtmaram. Geridə nələr qoymuş olsam belə... Nostalji anlara o insanlar qapanır ki, ondan yaxşısını yaşamayıblar. Mənim hər günüm daha gözəldir. Sabahım günü-gündən daha gözəl açılır. Hərdən mahnıya qulaq asanda fikirlərim harasa uçur, o nostalji anlar deyil, sadəcə, xəyallarımın sərbəstləşməsidir.
- Sənətinizdə istədiyiniz pilləyə, yüksəkliyə çatdığınızı düşünürsünüz?
- Mən doğulandan yüksəklikdəyəm, heç aşağı endiyim dövr olmadı ki. Çox istəyərdim hərdən aşağılara enim. Heç vaxt qanadlarımı sındırmadım, qanadımın sınan vaxtı da olmadı. Düzdü, hərdən olur ki, yuvamda pəjmürdə halda qalıram, amma ki, bir insan kimi həmişə yüksəklikdəyəm. Çünki nə bir insan, nə də aktrisa kimi özümü yerdə dən axtaran quş hesab etmirəm. Buna baxmayaraq bir aktrisa kimi hər zaman özümə inamsızlığım olur. Brüssol deyib ki, aktyorun inamsızlığı onun ləyaqətinin sübutudur. Ancaq ortabablar özlərindən razı ola bilərlər. Mən demirəm ki, bu saat Hollivudda olmalıyam. Yox... Çoxlarının dişi-dırnağı ilə qazanmaq istədiklərini mən oturduğum yerdə almışam.
- Qadın güclü qüvvədir... Qadın ilə kişi arasında fərq qoyursunuz?
- Ümumiyyətlə, insan güclü qüvvədir. Mən heç bir mövzunu qadın və kişiyə ayırmıram. Mənim üçün hamısı bütöv bir insandır. Necə deyə bilərik ki, kişi gücsüzdür? Qol gücündən söhbət gedirsə, əlbəttə ki, kişi güclüdür. Bilirsiniz, zaman-zaman qadınlar haqqında gözəl sözlər deyiblər ki, onlar sınmasınlar, özlərini zəif hiss etməsinlər (gülür). Günah qadınların özlərindədir, niyə özlərini zəif aparırlar ki, onlar haqqında belə sözlər deyilsin. Qadın haqqında zərif sözü deyiləndə mən əsəbiləşirəm. Lazım olanda kişi zərif, qadın isə kobud ola bilər. Hər şeyin öz məqamı var.
- Kəmalə xanım, bildiyimə görə paralel olaraq bir neçə serialda çəkilirsiniz...
- Yalnız “Məhkumlar” serialı haqqında danışa bilərəm, çünki o, artıq efirdə gedir. Serialın mövzusu qadınlara zorakılıq, erkən nikah, qohumluq əlaqələri, övlad sevgisidir. Hələ ki, cəmiyyətimizin həll edə bilmədiyi mövzulardır. Serialın rejissoru Yaşar Əhmədovdur. Serial belədir ki, 5-ci seriyadan artıq öz relsləri üzərində işə düşür. Hələ ki, nəsə demək çox tezdir. Paralel olaraq Nadir Diridağlının “Cənnətə səyahət” serialına da çəkilirəm. Bəhram Osmanovun çəkdiyi “Qarabağnamə” filminə də təsdiqlənmişəm. Dəvətlər çox gəlib, amma bu 3 serialdan sonra mənə ürəyim istədiyim rolu təklif etməyiblər.
- Efirdə gedən serialları izləyirsinizmi?
- O ki, ev işlərim olmayanda, görürəm ki, vaxtım var, oturub izləyirəm. Çünki bu mənim sənət dostlarımın işidir. Pis oldu, yaxsı oldu, evdəyəmsə mütləq baxmalıyam. Mən özüm bu işin içindəyəm, necə baxmaya bilərəm?
- Ev işlərinizə vaxt ayıra bilirsiniz?
- Bəli, bütün ev işlərini özüm görürəm. Arvadların bir sözü var : “Ev işi heç vaxt qurtarmır”(gülür).
- 3 övlad sahibi Kəmalə xanım...
- Bəli 3 övladım var, amma 2-si yanımda deyil, xaricdə təhsil alırlar. Yalnız kiçik oğlum Ayxan mənimlə qalır. Artıq onun da 14 yaşı var.
- Boş vaxtınızı ailənizlə necə keçirirsiniz?
- Boş vaxtım heç vaxt olmur. Bu yay həyat yoldaşım deyirdi ki, səni gəzməyə aparacağam, amma heç cürə vaxt edə bilmədim. Boş vaxtım olanda da yataqdan qalxmaq istəmirəm.
- Yoldaşınız qısqancdır?
- Qısqancdır. Qısqanc olduğu qədər də anlamlıdır. O da rejissordur. Universitetdə bir yerdə oxumuşuq, dram kino rejissorluğunu o bitirib, dram kino aktyorluğu fakültəsini mən. O, öz tamaşalarında mənə rol verdiyinə görə aktrisa olmuşam. Yoxsa heç aktrisa olmaq fikrində deyildim. Yoldaşımın bütün diplom tamaşalarında baş rollarda mən oynamışam.
- Fikirləşirsinizmi ki, etibarsız sənətlə məşğulsunuz?
- Axı o, məni atmayıb, mən necə ona etibarsız deyə bilərəm? Mən küçədə göyərti də sata bilərdim. O zaman kimi qamçılayacaqdım? Məni heç kim məcbur etmir. Sənətinə etibarsız o adam deyə bilər ki, o, sənətdən çox şey gözləyir. Mən bunun üçün sənətə gəlməmişəm. Çox insan bacara bilmir, sənətini qamçılayır ki, mənim sənətim naxələfdir. Get... Üzünü çevir get... Hansı sənət əziyyətsizdir ki? Mən xanım kimi gəlirəm, xanım kimi gedirəm (gülür). Çalış sən nəsə et, qarşındakından heç nə gözləmə. Mən övladlarımla da beləyəm. Onlar nə vaxtsa mənə baxacaqlar deyə, bu gün onlara baxmıram. Sadəcə olaraq, dünyaya gətirmişəm, sevirəm və borcumu yerinə yetirirəm. Özümü bir fərd kimi bu sənətlə ifadə edə bilirəm.
- Kəmalə xanım, çox vaxt problemli qadın rollarını teatrda oynayırsınız... Bunun şahidi özüm olmuşam...
- Gəl indi mən səndən müsahibə alım. Problemsiz kişini necə oynayardın? Ekran, insanlar o hadisələri sevir ki, onlar azdırlar. Yoxsa ki, səhər yuxudan dur, yeməyi ye, çantanı götür, get işə və axşam da o qayda ilə.. Bütün həyatı sınmış, taleyi üzünə gülməmiş və bütün bu hadisələrdən psixoloji sarsıntılar keçirən insanlar çoxdur məgər? Olsa da, bir dənə ya olar, olmaz. Mən inanmıram ki, sağıcı qadını oynaya bilərəm. Hər gün səhər tezdən duranda sən Dezdemona həyatı yaşayan qadın görürsən? Yoxdur, amma Şekspir onu yazıb. Səhnədə intihar mənə bir aktrisa kimi həmişə şirin gəlir. Bilmirəm nəyə görə. Psixoloji rolu oxuyan kimi anlayıram.
- Cülyettanı bu yaşınızda oynamaq istərdinizmi?
- Cülyettanı heç 19 yaşımda da oynamaq istəməmişəm.
- Niyə?
- Bilmirəm. Həmişə özümdən yaşca böyük, kamil qadın rollarını oynamaq arzusunda olmuşam. Mən artıq yaşlı insanın necə düşündüyünü, necə yeridiyini, nə istədiyini, hər şeyi bilirəm. Mehriban Ələkbərzadə mənə “Qatarın altına atılan qadın” tamaşasında rolu verəndə öz-özümə dedim ki, bu qadın artıq mənim içimdə var. Çox az bir məşqə mən bu rolu oynadım.
- Hiss edirsinizmi ki, sizi daha çox gənclər sevir?
- Bəli, hiss edirəm bunu. Bilmirəm nədəndir. Təbii ki, bu, mənə böyük zövq verir. Bir də görürsən ki, tamaşama gül gətirənlər olur, qapıda gözləyirlər. Mən buna görə çox sevinirəm.
- Qadın sənətçilərimiz filmlərimizdə qadın rollarının azlığından şikayətlənirlər. Siz necə?
- Həyatda heç nədən şikayətlənmirəm. Bəxtimə nə düşübsə, ona da şükür edirəm. Kim şikayətlənir bu, onların haqqıdır. Mən onların haqqını tapdalaya bilmərəm. O ki, qaldı kişi rollarına, bu dünyada da belədir. Say etibarı ilə kişilər baş rolda çox olurlar. Elə dublyajda oturursan, 3 nəfər kişi aktyor olur, 1 xanım.
Beləliklə məşq prosesindəki yarım saat fasilə zamanı bu cür söhbətimiz alındı. Kəmalə xanım nostalji anlara qayıtmasa da, səmimi söhbəti ilə məni yalnız ona sakitcə dayanıb qulaq asmağa vadar edirdi. Danışanda da hiss edirdim ki, elə bil səhnədədir, çünki dediyi hər bir sözün mənasını izah edir, məğzini aydınlaşdırmağa çalışırdı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
|