Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Tarix: 6-01-2025, 11:45 | Çap et
 Yanvar ayının 29-da ölkəmizdə növbəti dəfə Bələdiyyə seçkiləri keçiriləcək. Yenə də insanlarımız bu seçkilərə həvəs göstərməyəcək, ümidsiz yanaşacaqlar. Səbəbi isə çox sadədir. Çünki bu günə kimi keçirilən bələdiyyə seçkilərinə kənar təsirlər çox olub. Konkret desək yerli icra hakimiyyətləri açıq şəkildə prosesə müdaxilə ediblər. İnsanların iradəsini arxa plana keçirmək üçün əllərindən gələni ediblər. Ona görə də yerli özünüidarəetmə qurumu kimi bələdiyyələr bu günə kimi özlərini hələ də təsdiq edə bilməyiblər.

Təhlillər göstərir ki, ən normal bələdiyyə seçkisi 1999-cu ildə keçirələn ilk bələdiyyə seçkisi olub. Sonrakı seçkilərdə isə yerli icra hakimiyyətləri az qala MSK-nın funkisiyasını yerinə yetiriblər. Hazırda da vəziyyət ürək açan deyil. Çünki icra hakimiyyətləri yenə iş başındadır. Təbii ki, bunun bütün icra hakimiyyətlərinə şamil etmək olmaz. Amma 90 faizi belədir. Ən biabrçı vəziyyət isə Gəncə, Sumqayıt, Abşeron, Bərdə, Tərtər, Yevlax, Qazax, Balakən, Lənkəran, Qax və Şəkidədir.

Şəkidən gundemxeber.az-a daxil olan məlumatlar onu deməyə əsas verir ki, hətta icra başçısı Elxan Usubov YAP rayon təşkilatının hazırladığı siyahıya əl qoyub və birbaşa olmasa da, dolayısı ilə təzyiq göstərib. YAP Şəki Rayon Təşkilatının sədri yazıq Daşqın Mikayılov susmaqdan başqa çarə tapmayıb. Əgər belə olmasaydı yaşı 60-ın üzərində olan və başçısının işlərinə yarayan “qoca”lar YAP-ın siyahısında yer almazdı. Baxmayaraq ki, partiyanın Mərkəzi aparatından rayon və şəhər təşkilatlarına tövsiyə olunub ki, daha enerjili, daha intellektual və gənc namizdlər irəli sürülsün. Bir sözlə, bütün sahələrdə olduğu kimi Bələdiyyədə də gəncləşmə işi aparılsın. Amma sən saydığını say, gör köhnə təfəkkürlü icra başçıları nə sayır.
Etibarlı mənbənin məlumatına görə Şəkinin bütün kəndlərində icra başçısının siyahısında olan adamlar “seçiləcək”. Sakinlər belə artıq sədrin də, üzvlərində kim olduğunu bilir. Artıq İcra başçısı Elxan Usubovla 115 saylı Şəki kənd Seçki Dairəsinin sədri Rasim Əzizov yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərini özləri bildiyi və istədiyi şəkildə keçirməkdə israrlıdırlar. Xüsusən də böyük bələdiyyələri diqqətdə saxlayan icra başçısı sonuncu seçkisindən də qazanclı çıxmaqda israrlıdır. Cünki 2025-ci il Elxan Usubovun karyerasının sonudur. Bu günə qədər adı çoxsaylı qalmaqallarda hallanan cənab Usubov Şəki şəhər, Baş Göynük, Baş Layıskı, Oxud, Qoxmuq, Kiş, Baş Zəyzid, Böyük Dəhnə və Kiçik Dəhnə bələdiyyələrinə öz adamlarının seçilmısi üçün lazımi addımlarını atıb. Hətta həmin şəxslər icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri, şəkililər arasında "qoca qurd" adlandırılan Rəfail Mənəfovun vasitəçiliyi ilə dekabrın sonlarında 115 saylı Şəki kənd Seçki Dairəsinin sədri Rasim Əzizovla da görüşüblər.

Mənbənin iddiasına görə başçısının müəyyən etdiyi məbləğ zərfdə dairə sədrinə təqdim olunub. Dairə sədri də onlara bildirib ki, narahat olmasınlar, seçkinin nəticələri onların istədiyi kimi olacaq. İcra başçısı ona görə bu bələdiyyələrə öz adamlarının seçilməsində canfəşanlıq edir ki, həmin bələdiyyələr böyük ərazilərə malikdir, əhali sayı çoxdur, yaxşı gəlir əldə etmək imkanları genişdir, sədrlər də pulludur. Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov yaranmış vəziyyətydən səmərli istifadə etməkdə o qədər maraqlıdır ki, hətta krimminal aləmin içində olan, mafioz qruplarla iş birliyində olan “Dəhnəli Elçin” ləqəbli Elçin Calalovun 65 yaşlı qardaşını Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri etmək üçün hər oyundan çıxır. ...Bu haqda daha ətraflı növbəti yazımızda... Qeyd edək ki, bizə daxil olan iddialarla bağlı nə icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Rəfail Manafovun , nə də 115 saylı Şəki kənd Seçki Dairəsinin sədri Rasim Əzizovun mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Yazıda adıçəkilən şəxslərin hər birinin mövqeyini dinləməyə hazırıq.
GundemXeber.Az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
|