"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Tarix: 16-01-2025, 11:05 | Çap et
 Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 saylı orta məktəb üç il əvvəl təmir adı ilə bağlanıb və bu günə qədər istifadəyə verilməyib. Bu müddət ərzində məktəbin 600-dən çox şagirdi təhsillərini xeyli uzaqda yerləşən 1 saylı məktəbdə davam etdirməyə məcbur qalıblar. Uzaq məsafə, pis hava şəraiti və təhlükəsizlik problemləri isə həm valideynləri, həm də şagirdləri ciddi narahat edir. “Gündəlik Naxçıvan”a danışan sakinlər bildirirlər ki, məktəbin yenidən qurulması tamamlanmaq üzrəykən FHN ciddi tikinti nöqsanları aşkarlayıb və istifadəyə yararsız elan edib. Daha sonra bəzi hissələr sökülsə də, işlər maliyyə çatışmazlığı adı ilə tamamilə dayandırılıb. Sakinlərdən Z. Həsənov deyir ki, şagirdlər qışın şaxtasında və yayın istisində kilometrlərlə uzaqda yerləşən məktəbə piyada və ya taksi ilə gedib-gəlmək məcburiyyətində qalırlar. Bu isə həm maddi, həm də fiziki çətinliklər yaradır: “Evlərimiz onsuz da məktəbdən uzaq idi, indi məsafə daha da böyüyüb. Uşaqlar 4 kilometr yol qət etməli olurlar. Qarşıdan qış gəlir, amma hamının maşını yoxdur ki, uşaqları aparıb-gətirsin. Hər gün bu yolu qət etmək uşaqlar üçün çətindir, üstəlik təhlükəlidir. Yol asfalt olsa da, hər an maşın vurmaq təhlükəsi var.” Digər sakin N. Qədirov isə məktəbin təmir olunub istifadəyə veriləcəyinə şübhə ilə yanaşır: “Qərar verilib ki, Azərbaycanda məktəblərin sayı azaldılsın. Yəqin ki, vəziyyətdən istifadə edib bu məktəbi də ixtisara salacaqlar. İl yarım əvvəl təmir başladı, dedilər ki, məktəb standartlara uyğun olmayıb. Sonra söküldü, amma indi heç bir iş getmir. Maliyyə olmadığını deyirlər, amma əvvəl ayrılan pulla iki məktəb tikmək olardı. Sanki məktəbin tamamlanması heç kəsi maraqlandırmır.” 2022-ci ildə təmir zamanı məktəbin divarlarından birinin çökməsi üç işçinin həyatına son qoymuşdu. Məsələ ilə bağlı cinayət işi açılsa da, buna görə heç kim məsuliyyətə cəlb olunmayıb. Üstəlik, məktəbin yenidən tikintisi ilə bağlı proseslərdə də ləngimələr müşahidə olunur. Sakinlər bu vəziyyəti maliyyə yeyintisi ilə əlaqələndirirlər: “Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır? Heç kim cavab vermir. Uçqunda üç nəfər öldü, məktəb də tikilmədi, amma heç kəs cəzalandırılmadı. 600-dən çox uşaq qışın soyuğunda əziyyət çəkir, amma heç kimin vecinə deyil. İllərdir işin bitməsi ilə bağlı vədlər verilir, amma nəticə yoxdur.” Valideynlər aidiyyəti qurumlara müraciət edərək, məktəbin tezliklə təmir olunub istifadəyə verilməsini tələb edirlər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
• Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44 |
|
|
|
• TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42 |
|
|
|
• "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38 |
|
|
|
• "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32 |
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
|