Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Tarix: 27-02-2025, 13:07 | Çap et
 Bakının Nizami rayonunda 1-ci dərəcəli Qarabağ əlilinə 17 il qabaq Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən qeyri-yaşayış sahəsinin KOMBİ sistemi ilə qızdırılmasına “Azəriqaz” İB 17 ildir qanunsuz qadağa qoyub.
Başlıca qanunsuzluq sayğacla təchizatın, quraşdırılmasının məişət abonenti əlilin hesabına həyata keçirilməsi, hətta abonent razı olsa da, xidmətdən qərəzlə imtina edilməsidir. Halbuki “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə görə, energetika müqaviləsinə uyğun olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə qoşub təchiz etməlidir. Qanunun 13-cü maddəsinin 9-cu bəndində , NK-nın “Qazdan istifadə qaydaları haqqında” Qərarının 4.2-ci bəndində isə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacının qaz paylayıcısının vəsati hesabına təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi təsbit olunub. 08.12.2023-cü ilə kimi qüvvədə olan “Təbii inhisarlar haqqında” Qanunun 10-cu, 08.12.2023-cü ildə qəbul edilən Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 40-cı maddələrinə görə, təbii inhisar subyektləri xidmətdən imtina edə bilməzlər. İmtina edəndə rəqabət orqanı, rəqabət komissiyası onları elə cəzalandırır ki, bir də özbaşınalıq etmək başlarına bəla olur. Bəs niyə “Azəriqaz”ın xidmətdən imtinasına, 17 ildir Qarabağ qazisinin öz hesabına balans sərhədinə kimi çəkdiyi qaz xəttinə, hətta öz hesabına belə sayğac quraşdırılmasından imtinaya niyə qiymət verilmir, rəqabət orqanı niyə təbii inhisar subyektini- qaz xidmətçisini cərimə etmir, məhkəməyə vermir? Yəqin rəqabət orqanı da cəriməni qanundan kənar tətbiq edir, cərimə dövlətin yox, məmurun cibinə gedir. Məntiq başqa cür fikirləşməyə yer qoymur.
Məhkəməyə gəldikdə, “Azəriqaz” məhkəməni də rüşvətlə özünə vəkil edib. Ərazi aidiyyəti üzrə Nizami məhkəməsində 4-cü aydır istehlakçı Qarabağ qazisinin qaldırdığı iddia süründürməçiliyin güdazına gedib. Soyuqdan qırılmamaq üçün müvəqqəti təminat tədbiri kimi sayğacın quraşdırılmasına ərizə verən əlilin ərizəsinə baxılmaqdan imtina edilib ki, məhkəmədə iddia ərizəsi yoxdur. Halbuki MPM-də müvəqqəti təminat tədbirinin təmin olunmasına ərizənin iddia qaldırmadan öncə də verilə bilməsi yazılıb. İddia qaldıranda isə hakim Qumru Əliyeva 3 aylıq hazırlıq icraatından sonra gizlincə işi Bakı Kommersiya Məhkəməsinə göndərib və orada da anında icraata qəbul edilib. Bu zaman hospitalda canı ilə əlləşən Qarabağ əlili , xəbər tutan kimi, hər iki məhkəmədən Ali Məhkəmənin , Məhkəmə Hüquq Şurasının sədrinə şikayət edib və iş Nizami məhkəməsinə geri qaytarılıb. Qumru Əliyeva yenə prosessual hərəkətsizlik etdiyindən, hətta PA-ya şikayətdən sonra 19.12.2024-cü il tarixli qərardadla 6 saylı vəkil bürosundan ayırdığı vəkilin iştirakını təmin etmədiyindən, iddiaçı əlil də cavabdeh qaz xidmətinin soy(uqdan) qırımına uğradığından 25.02.2025-ci ildə yenidən müvəqqəti təminat tədbiri haqqında, yəni sayğacın quraşdırılmasının təmin edilməsinə ərizə verib. Ərizəyə iddiaya baxan hakim Qumru Əliyeva baxmalı olduğu halda, ərizəni alan kimi həmin gün Nizami məhkəməsinə aid olmadığı əsası ilə geri qaytarmaqda cavabdehlərə vəkil xidməti göstərən hakim Həqiqət Əhmədova “baxıb” və anında geri qaytarıb. Guya xidmətdən imtina kommersiya məhkəməsinə aiddir. Halbuki MPM-in 159-cu maddəsində müvəqqəti təminat tədbiri haqqında ərizənin hansı hallarda geri qaytarılması təsbit olunub və bu halların içində işin başqa məhkəməyə aid olması yoxdur.
Özbaşınalığa baxın, vətəndaş əlil-qazi öz hesabına evini KOMBİ sistemi ilə qızdırmaq üçün, soyuqdan ölməmək üçün 17 ildir təbii inhisar subyektinin xidmətə məcbur edilməsinə nail ola bilmir. Nə qaz nəzarəti, antiinhisar-rəqabət orqanı, nə icra, nə qanunverici, nə məhkəmə hakimiyyəti orqanı xidmətdən imtinaya - “Azəriqaz”ın SOY(uqdan) QIRIMINA qiymət verir. Məhkəmə soy(uqdan) qırıma vəkillik edir, vəkil bürosu məhkəməyə.
Rəqabət Məcəlləsinin tələbinə görə, media qurumlarının məlumatı rəqabət orqanının araşdırması, tədbir görməsi üçün əsasdır. Elə hüquq mühafizə orqanları da mətbuatda dərc olunan hüquq pozuntuları barədə məlumatları yoxlamağa borcludurlar. Ona görə yazdıq. Di gəl, 17 ildir “qaz soyqırımından” isti-soyuq bilmədən yazılanlara baxan da yoxdur...
Məğrur BƏDƏLSOY - "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
|