Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Təhsil sistemində ƏN YEMƏLİ YER...
Təhsil sistemində ƏN YEMƏLİ YER...Dünən, 16:57 |
![]() Elm və Təhsil Nazirliyinin orta məktəb dərsliklərinin çapı ilə bağlı keçirdiyi tender müsabiqələrinin 3 qalibi müəyyən edilib. Tender müsabiqələri 1-2-ci siniflər, 5-6-cı siniflər və 7-9-cu siniflər üzrə dərsliklərin çapı ilə bağlı olub. Qeyd edək ki, 1-2-ci siniflər üzrə dərsliklərin çapını “Çaşıoğlu Elm-İstehsalat” MMC (VÖEN- 1300069061), 5-6-cı siniflər üzrə dərsliklərin çapını "Təhsil" Nəşriyyat Poliqrafiya MMC (VÖEN – 1300379491), 7-9-cu siniflər üzrə dərsliklərin çapını isə “Şərq-Qərb” ASC (VÖEN - 2000043631) həyata keçirəcək. Nazirlik dərslik çapı üçün bu şirkətlərə müvafiq olaraq 3 101 103 manat, 3 275 105 manat və 2 535 277 manat ödəyəcək. Onu da bildirək ki, tenderin qalibi olan şirkətlərin çap edəcəkləri kitabların sayı və bir ədəd kitab üçün alacaqları orta məbləğ aşağıdakı kimi olub: “Çaşıoğlu Elm-İstehsalat” MMC – 2 361 250 ədəd (bir ədəd dərslik 1 manat 39 qəpik); "Təhsil" Nəşriyyat Poliqrafiya MMC – 1 341 950 ədəd (bir ədəd dərslik 2 manat 31 qəpik); “Şərq-Qərb” ASC – 1 066 800 ədəd (bir ədəd dərslik 2 manat 38 qəpik). "DİA-AZ" araşdırmaları nəticəsində bildirir ki, yuxarıda təqdim olunan rəqəmlər açıq-aşkar korrupsiya əlamətidir və bununla bağlı gərəkən qurumların hərəkətə keçməsi mütləqdir. Ən azından bir-iki faktı diqqətinizə təqdim edirik. Məsələn, “Çaşıoğlu Elm-İstehsalat” MMC–yə ayrılan 2 361 250 ədəd dərslik üçün vəsait yetərincə şişirdilib. Şünki faktiki olaraq bir ədəd dərslik 1 manat 39 qəpik ayrılsa da, realda xərclənəcək vəsait bir ədə dərslik üçün 74 qəpikdən baha deyil. Digər bir fakt: "Təhsil" Nəşriyyat Poliqrafiya MMC–yə 1 341 950 ədəd dərsliyin hər birinə ayrılan 2 manat 31 qəpik yetərincə şişirdilmiş rəqəmdir və bhurada aşkar korrupsiya faktı var. Məsələ diqqətimizdədir. Geri qayıt |