![BAKIDA GECƏ KLUBUNDA KÜTLƏVİ DAVA BAKIDA GECƏ KLUBUNDA KÜTLƏVİ DAVA](/uploads/posts/2012-11/1353482676_dava-kutlevi-main.jpg)
XEYLİ SAYDA YARALANAN VAR
Noyabrın 13-də saat 23:40 radələrində Bakı şəhərinin Bülbül prospektində yerləşən gecə klubunda kütləvi dava olub.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxslər xuliqanlıq zəminində Yalçın Əliyevə və Ramin Məmmədova bıçaqla, Elmar Qırxlarovu isə döyərək xəsarət yetirib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsinə xuliqanlıqda şübhəli bilinən Masallı rayon sakini Bəhruz Rzayev və Bakı şəhər sakini Orxan Əhmədov noyabrın 20-də yaxalanıblar.
Xuliqanlıqda şübhəli bilinən digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.