Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                 

ƏBÜLFƏS QARAYEVİN SAXTA TURİZM HESABATI
Tarix: 12-11-2011, 12:37 | Çap et
ƏBÜLFƏS QARAYEVİN SAXTA TURİZM HESABATI

YAXUD BİTMƏKDƏ OLAN "TURİZM İLİ"NİN QARANLIQLARI

DİA.AZ: - 2011-ci il Turizm İli elan edilmişdi. Bu isə hələ o vaxt yeni korrupsiya mənbəyi kimi qəbul olundu. Əslində nazir Qarayevin rəhbərlik etdiyi qurumun məhz turizm sektorunda korrupsiya bundan əvvəl də mövcud idi və bu faktlarının aşkarlanma tarixindən o qədər də uzun zaman keçməyib.

Dövlət başçısı tərəfindən 2011-ci ilin "turizm ili" elan edilməsində heç şübhəsiz nazir Əbülfəs Qarayevin hesabat və məlumatları da müəyyən əhəmiyyət kəsb edir. Elə nazirin özünün də ara-sıra ictimaiyyət üçün verdiyi açıqlamalarda Azərbaycanda ildən ilə turizmin inkişaf etməsindən söhbət açılır. Qarayev həmçinin təntənəli şəkildə dünya telekanallarının efirində Azərbaycanda istirahətə həsr edilmiş reklam rolikləri yerləşdirildiyini bildirir. Amma real faktlar bir digər hallarda olduğu kimi bu məsələdə də hakimiyyətin təbliğatının yalan üzərində qurulduğunu göstərir.

Azərbaycan hakimiyyəti turist dəvət etsə də, digər tərəfdən viza verilməsi qaydalarını sərtləşdirir. Belə ki, ötən ilin oktyabrında Bakı hava limanında viza verilməsi proseduru ləğv edilib. Azərbaycanın turizm obyektlərində mövcud olan yüksək qiymətləri də buna əlavə etsək, turistlərin cəlb edilməsi problemli görünür. Belə ki, xaricdən turizm axınının olması bir yana, bir çox ölkə vətəndaşları belə çoxdan Azərbaycandakı bahaçılıq ucbatından xaricdə istirahət etməyə üstünlük verir. Ötən yeni il tətili buna misal ola bilər. Statistik rəqəmlər onu göstərdi ki, yeni il münasibəti ilə minlərlə Azərbaycan vətəndaşı Qəbələdən qonşu Gürcüstanın qiyməti 3 dəfə ucuz olan kurortlarına daha çox üstünlük verib.

Azərbaycana gələn turistlər isə dünyadakı turistlərin cəmi 0,003 faizini təşkil edir ki, bu da olduqca kiçik rəqəmdir. 1999-cu ildə "Turizm haqqında" qanunun qəbulu ilə bu sahədə dövlət siyasətinin əsas prioritetləri və hədəflərinin müəyyən edilməsinə, o cümlədən 2002-2005-ci illər və 2010-2014-cü illər üçün turizmin inkişafına dair Dövlət Proqramlarının təsdiq olunmasına baxmayaraq, bu sektor qonşu ölkələrlə müqayisədə hələ də zəifdir. Turistlərin sayına görə Azərbaycan dünyada ən sonuncu yerlərdən birini tutur.

Geniş imkanlar olsa da ölkəyə nəinki turistlərin marağı artır, yerli vətəndaşlar da daxildəki müalicəvi turizm xidmətlərindən yararlanmırlar. Bu məqsədlə Rusiya, istirahət və əyləncə üçün isə Türkiyəni seçirlər. Müqayisə üçün bildirək ki, Türkiyə 2010-cu ildə turizmdən 20,807 milyard dollar gəlir əldə edib.

Son 2 ildə regionda turizmi inkişaf edən ölkələrin siyahısına Gürcüstan da əlavə olunub. Hətta 2013-cü ildə Gürcüstana gələn turistlərin sayının ölkənin əhalisinin sayını keçməsi planlaşdırırlıb. İstirahət üçün Gürcüstana ən çox Azərbaycan, Türkiyə və Ermənistan vətəndaşları üz tutur. Ümumilikdə Azərbaycanın turizm sənayesinin rəqabət apardığı coğrafiyada əsas yeri rusiyanın Qara dəniz və Şimali Qafqazdakı, Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri və Gürcüstanın Qara dəniz sahilləri tutur".

Mütəxəssis onu da bildirib ki, turistlər səfər etdikləri ölkələrdə əsasən təhlükəsizlik, gigiyena, keyfiyyətli xidmət, cəlbedici yerlər, qiymətlər və s. bu kimi amillərə diqqət verirlər. Sözügedən amillərdən birinin olmaması nəticə etibarilə yüksək keyfiyyətli turizm məhsulunun ortaya çıxmasına maneə yaradır. Turizm Nazirliyinin məlumatına görə hazırda ölkədə 140 turizm şirkəti, 10 Turizm İnformasiya Mərkəzi və 57 mehmanxana fəaliyyət göstərir. Statistika Komitəsi isə 2009-cu ildə mehmanxana və mehmanxana tipli müəssisələrin sayıni 452 göstərir. Yeri gəlmişkən, komitədən bildirirlər ki, 2004-cü ildə turizm müəssisələrinin sayı 58, 2005-ci ildə 81, 2006-cı ildə 96, 2007-ci ildə 117, 2008-ci ildə 123, 2009-cu ilə 124 olub. Rəqəmlərin təhlili göstərir ki, böhrandan sonra yeni müəssisələrinin yaradılması tempi aşağı düşüb. 2004-cü illə müqayisədə bu tip müəssisələrin sayı artsa da, təklif edilən turizm məhsullarının çeşidi dünya standartlarından geri qalmaqdadır. Şirkətlər hələ də dünya turizm bazarında öz potensialını tam reallaşdıra bilməyiblər.

Azərbaycanda otellərin qiymətinə də diqqət çəkir. Burda nömrənin qiyməti 300-1500 manat arasında dəyişir. Lüks şəraitli "VİP" nömrələrdə sutkalıq qiymət min manatdan iki min manata qədərdi. Halbuki Amerikada 1 həftəlik səyahət bizim vətəndaşa gediş-gəliş xərcləri də daxil olmaqla 5-6 min dollar başa gəlir. Birləşmiş Ərəb Əmirliklərində istirahətin qiyməti 1500 dollardır. Şimali Kiprdə isə belə istirahət təxminən 1000 dollara başa gəlir. Türkiyədə Antalya kimi tanınmış turizm bölgəsində istirahət xərci 600-700 dollardır. Qiymətlərin baha olması fonunda bir neçə mehmanxananı çıxmaqla, demək olar ki, xidmətlər dünya standartlarından xeyli geridədir. Yəni təklif olunan xidmətlərin keyfiyyəti otellərin malik olduğu ulduzlarla uyğun gəlmir. 4 ulduzlu otellərdə xidmət səviyyəsi xaricdəki 2-3 ulduzlu otellərdəki xidmət səviyyəsinə bərabərdi. Bunun da səbəbi Nazirlər Kabinetinin təsdiqlədiyi meyarlara görə mehmanxanalara ulduzların verilməsinin xidmətin keyfiyyəti ilə deyil, göstərilən xidmətlərin sayı ilə müəyyən edilməsidir. Araşdırmalarımız göstərir ki, xaricdə 2 və 3 ulduzlu otellərin sayı çox olsa da, Azərbaycan sahibkarları daha yüksək titullu otellər tikməyə üstünlük verirlər. Hostellərin açılmasına isə ümumiyyətlə maraq yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru