![FİRONUN MƏMLƏKƏTİ YENİDƏN QARIŞDI FİRONUN MƏMLƏKƏTİ YENİDƏN QARIŞDI](/uploads/posts/2012-12/1354774851_misir.jpg)
ÖLKƏDƏ VƏTƏNDAŞ QIRĞINI GEDİR
Misirdə vətəndaş qırğını gedir. Dekabrın 5-i axşam saatlarından paytaxt Qahirədə müxaliflərlə hakimiyyət tərəfdarları arasında toqquşmalarda azı 4 nəfər həlak olub, 200-dən çox adam xəsarət alıb.
Ölkənin başqa şəhərlərində də gərginlik var. İsmailiyyə və Süveyş şəhərlərində müxalif qüvvələr hakim “Müsəlman qardaşlar” hərəkatının qərargahlarını yandırıb.
Noyabrın 22-də Misir prezidenti Məhəmməd Mursi Konstitusiya Bəyannaməsinə dəyişiklik edib. Yenilik prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Bu, müxalifətin kəskin etirazına gətirib. Müxaliflər prezidenti diktatorluqda ittiham edir.
Noyabrın 30-da Konstitusiya Komissiyası yeni ana qanun layihəsini bəyənib. Prezidentə geniş səlahiyyətlər verilməsini nəzərdə tutan konstitusiya referenduma çıxarılıb. Referendum dekabrın 15-də keçiriləcək. Müxalifət bunun əleyhinə çıxır. \ mediaforum \