ÇOXMƏRTƏBƏLİ ÖLÜM
Tarix: 19-09-2011, 13:41 | Çap et
QATİL GÖYDƏLƏNLƏR ÖZ QURBANLARINI NECƏ MƏHV EDİR?
DİA.AZ: - Artıq bir neçə ildir ki, istər paytaxtda, istərsə də əyalətlərdə müxtəlif tikinti şirkətləri tərəfindən inşa edilən göydələn binaların sayı günbəgün artmaqdadır. Azərbaycan reallığında olduqca sərfəli biznes olan mənzil alqı-satqısının tikinti şirkətlərinə qazandırdığı külli miqdarda sərvətin nəticəsidir ki, bu gün orta məktəb və uşaq baxçasından tutmuş xəstəxana həyətlərinə qədər dövlət əhəmiyyətli torpaq sahələri də çoxmərtəbəli binaların tikinti meydançasına çevrilib.
Maraqlıdır ki, ölkə mətbuatı və tikinti üzrə mühəndis-ekspertlərin hamısı Azərbaycanda tikilən göydələnlərə münasibətdə yaınız bir faktın – onların keyfiyyətsiz inşası və bu səbəbdən də yeraltı təkanlara dayanıqlığının aşağı olması gerçəyinin üzərində dayanır ki, bu da problemin başqa tərəflərinin kölgədə qalmasına səbəb olur. Məsələ bundadır ki, bu gün zahiri əzəzməti və təntənəsi görünüşü ilə insanda rəğbət oyadan bu binaların böyük əksəriyyəti qatil funksiyasını yerinə yetirir. Çoxmərtəbəli ölüm maşınının insan həyatına necə və hansı şəkildə qəsd etdiyinə gəlincə, bu, xeyli maraqlı və bir o qədər də dəhşətlidir.
Kölgədə gizlənən ölüm
İlk öncə qeyd edək ki, ölçü və təyinatından asılı olmayaraq gerçəkləşdirilən hər bir tikilinin inşasında vətəndaşların çökmə və uçqun kimi təhlükələrdən sığortalanması üçün onların bilavasitə fiziki xəsarət almasını önləyən təhlükəsizlik tədbirləri həyata keçirilir. Bina inşasında istifadə olunan tikinti materiallarının keyfiyyətli olması, onların lazımi dəqiqlik və miqdarda istifadəsi bu cür təhlükələrin qarşısını almaq üçün görülən tədbirlərdən biridir. Lakin bu cür binaların inşasında gözlənilən, daha doğrusu, gozlənilməli olan şərtlərdən biri də vətəndaşların gigiyenik təhlükəsizliyinin təminatı ilə bağlıdır. Hələ sovet dönəmində aparılan elmi tədqiqatlar nəticəsində məlum olub ki, yaşayış binalarının bir-birinə hədddindən artıq yaxın məsafədə tikilməsi olduqca təhlükəlidir. Yaşayış binalarının bu şəkildə inşasının ölümgül xəstəliklərə yol açdığı dünya elminin çoxdan bəridir ki, qəbul etdiyi həqiqətlərdən biri olsa da, Azərbaycanda bu məsəsləyə yetərincə diqqət yetirilmədiyi məlum həqiqətlərdən biridir.
“Dünya” İnformasiya Agentliyi (diaaz.space) tərəfindən aparılan araşdırmalar nəticəsində bəlli olub ki, bir-birinə yaxın məsafədə tikilən binalar arasında məsafə həddindən artıq az olduğu üçün təhlükəli mikrob və bakteriyaların təbbi şəkilıdə məhvini həyata keçirən gün işığı sözügedən yaşayış obyektlərinin heç də hər tərəfini əhatə edə bilmir. Bu cür binalarda binaların bir və ya bur neçə hissəsi sutkanın bütün saatlarında gün işığı üçün keçilməz olur ki, bu da infeksion xəstəliklərin kölgə mühitində sürətlə artıb çoxalmasına gətirib çıxardır. Ümumiyyətlə, qəbul edilmiş standartlara əsasən binalar arasındakı məsafə onların hündürlüyündən iki dəfə çox aralı olmalıdır ki, gün ərzində lazımi qədər günəş işığı ilə təmin edilsin. Mütəxəssislərin hesablamasına görə, binaların kölgəsində artıb çoxalan mikrobların məhvi üçün onların kölgə saldığı əraziyə yay aylarında gündə ən azı 5 saat, yazda və payızda 3 saat, qışda isə 1 saat gün işığı düşməlidir. Lakin Azərbaycan reallığında inşa edilən binaların nəinki bu tələblərə qismən də olsa cavab vermədiyi, ümumiyyətlə, bu prinsiplərdən yerli-dibli uzaq olmasının nəticəsidir ki, bu gün həmin binalar ölüm yuvasına çevrilib. Hazırda ölkə paytaxtında istifadəyə verilən və demək olar ki, bir-birinə bitişik şəkildə inşa edilən binaların mikrob və infeksiya ocaqlarına çevrildiyi inkarolunmazdır. Ancaq təəssüflər olsun ki, ölkə göydələnləri ilə bağlı yeganə təhlükəli məqam yalnız bu deyil. Göydələnlərlə bağlı problemlərdən biri də onların əhatəsində əkilən ağaclarla bağlıdır.
Ölüm saçan yaşıllıqlar
Göydələn binların inşası ilə bağlı həyata keçirilməli olan kompleks tədbirlərdən biri də bu cür binaların tikildiyi ərazidə idman komplekslərinin və yaşıllıqların salınması ilə bağlıdır. Keçmiş sovet dönəmində qəbul edilmiş normativlərə görə, istənilən yaşayış rayonunun ərazisinin ən yaxşı halda yalnız 25%-ni göydələnlər təşkil etməli idi. Qalan ərazinin insanların sağlamlığı üçün idman kompleksləri və yaşıllıqlarla əhatə olunması vacib hesab edilirdi. O dövrün məlum standartlarına əsasən yaşayış binalarının mövcud olduğu rayonun ərazisinin 12,5%-ni uşaq meydançaları, 6,5%-ni idman meydançaları, 41,5%-ni yaşıllıqlar təşkil etməli idi. Xatırladaq ki, bugünki ekoloji böhran şəraitində yaşayış ərazisində yaşıllıqların artırılması ilə bağlı ötən illər üçün müəyyənləşən tələblər daha da artıb. Bu tələblərin hansı səviyyədə artırldığını müəyyən etmək üçün, təkcə bu fakta nəzər salmaq kifayətdir ki, bu da ABŞ-ın ümumi ərazisinin 25%-nin sonradan salınmış yaşıllıqlardan ibarət olması ilə bağlıdır. Bundan başqa, göydələnlər önündə əkilən ağacların növ və xüsusiyyətinə də ciddi şəkildə fikir verilməsi zəruridir. Belə ki, elmi baxımdan yaşayış binalarının qarşısında, çinar, söyüd kimi ağacların əkilməsi yolverilməz hesab edilir ki, bunun da çox ciddi səbəbi mövcuddur. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, sözügedən ağacların yarpaqları ətrafdakı mikrob və bakteriyaları özünə cəlb edən və bu mikrobları öz yarpaqlarının alt hissəsində cəmləyərək artırıb çoxaldan ağaclar kimi, insanların gur məskunlaşdığı yerlər üçün arzuedilməzdir. Sıx yaşayış zonalarında daha çox iynəyarpaqlı ağacların əkilməsi məsləhət görülür ki, bu da məlum ağacların vərəm çöpləri də daxil bir sıra mikrobları özünə cəlb edib məhv etməsi ilə bağlıdır. Lakin bu gün Azərbaycanda tikilən göydələnlərə ötəri də olsa nəzər salmaq kifayətdir ki, binaların ən cüzi yaşıllığa belə həsrət qalması məlum olsun. Həmçinin, əkilən tək-tük ağaclar içərisində də söyüd və çinar kimi təhlükəli ağac növləri üstünlük təşkil edir ki, bu da həmin ağacların iynəyarpaqlı və digər növ ağaclara nisbətən daha tez böyüməsi ilə əlaqədardır. Bu isə tikinti və abadlıq işləri aparan şirkətlərin insanların sağlamlığından başqa hər şey haqqında düşündüyündən xəbər verir.
İkiqat tələ
Binaların bir-birinə yaxın məsafədə inşasını arzuedilməz edən məqamlardan biri də fövqəadə hallar – xüsusilə də zəlzələ zamanı insanların təxliyyə üçün toplaşa biləcəyi geniş, açıq bir sahəyə ehtiyac duyulması ilə bağlıdır. Qərb ölkələri və eləcə də qonşu Rusiyada göydələnlərin inşası zamanı nəzərə alınan amillərdən biri də binalar arasında kifayət qədər boş, geniş ərazinin olmasıdır ki, bu da təbbi və ya texnogen qəzalar zamanı insanların təhlükəli ərazidən tez və qısa zaman ərzində köçürülməsini təmin edir. Odur ki, sözügedən ölkələrdə binalar arasında park və xiyabanların salınması, idman meydançalarının yaradılması həm də bu məqsədə hesablanır. Xatırladaq ki, paytaxt Bakıda tikilən göydələnlərin inşasında bu amil də nəzərə alınmır ki, bu da istənilən orta ballıq zəlzələdə çox böyük itkilərə səbəb ola bilər. Qeyd edək ki, türkiyədə gerçəkləşən məşhur istanbul zəlzələsi zamanı on minlərlə insan məhz göydələnlər arasındakı park və meydançalarda gecələyərək zəlzələnin növbəti dalğalarını dəf etmiş və bunun sayəsində əlavə itkilərin verilməsinin qarşısı alınmışdır. Azərbaycandakı göydələnlərin əhatəsində bu cür yelərin olmadığını nəzərə alsaq o zaman, varılığı ölüm bəxş edən binaların təbii fəlakət zamanı yerlə bir olacaq divarlarının da gizlənməyə yer tapa bilməyən insanların üzərinə aşacağı məlum olar. Məhz bu baxımdan hazırda minlərlə insanın məskunlaşdığı göydələnləri vətəndaşlar üçün hazırlanmış ikiqat tələ kimi qiymətləndirmək mümkündür.
Pulla alınan ölüm
Yuxarıda qeyd etdiyimiz kimi, yaşayış binalarının inşası üçün gərəkli olan tələblər kifayət qədər böyükdür. Lakin pulun hər cür qayda-qanundan üstün mövqedə qərarlaşdığı Azərbaycanda bu amillərin yerli-dibli nəzərə alınmadığı insanların böyük əksəriyyəti üçün nəini məlum, həm da normal və təbiidir. Ancaq nədənsə insanlar unudur ki, uzun illər ərzində min bir əziyyətlə qazandıqları pulla aldıqları mənzil onlarda cəmi bir neçə ildən sonra amansız xəstəliklərə düçar edəcək. Rahat və geniş mənzillərdə yaşayaraq sağlam həyat tərzi keçirdiyini düşünən insanların bəlkə də bəlli bir qismi ömürlərinin sonuna üzləşdikləri xəstəliklərlə mübarizə aparacaq, lakin bu xəstəliklərinin kökünün yaşadıqları bina ilə əlaqədar olduğunu, hər işə gedəndə, hər işdən qayıdanda bu xəstəliyin düz ortasından keçib getdiklərini ağıllarına belə gətirməyəcəklər. İnsanlar bilməyəcək ki, apardıqları müalicə başa çatar-çatmaz yenidən xəstəliyə düçar olmaqlarının yeganə səbəbi onların gigiyenik baxımdan yararsız olan binada məskunlaşmaları, bu binanın ölüm qoxan nəfəsini içlərinə çəkmələridir. Və insanlar bilməyəcək ki, onların mənzil adı ilə aldıqları şey əslində ölümün ta özüdür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|